Tarixdə bu gün

4 fevral təqvim gününə aid əlamətdar hadisələr.

1138135
Tarixdə bu gün

4 fevral 1783-cü il... Amerika Birləşmiş Ştatlarının İstiqlal müharibəsi… Böyük Britaniya Amerika Birləşmiş Ştatları ilə olan düşmənçiliyinə son verdiyini rəsmən elan etdi.

 

 4 fevral 1789-cu il... Corc Vaşinqton (George Washington) ABŞ-ın ilk prezidenti seçildi. 4 fevral 1792-ci il tarixində isə Vaşinqton ikinci dəfə prezident oldu.

 

 4 fevral 1794-cü il... Fransa müstəmləkələrində köləliyi qadağan etdi. Fransa 18-ci əsrdə ABŞ-ın şimal ştatlarında köləlik rejiminə qoyulan məhdudiyyətlərdən ruhlanaraq bütün müstəmləkələrində köləliyi ləğv etdi. Lakin bu qərar uzun müddət davam etmədi. 1802-ci ildə Napoleon Bonapart köləlik rejiminin yenidən geri qaytarılmasına qərar verdi.

 

 4 fevral 1871-ci il tarixində Şeyx Şamil vəfat etdi. Qafqaz xalqlarının məşhur milli qəhrəmanı Şeyx Şamil həcc ziyarətinə getdiyi Ərəbistanda vəfat etdi. Şeyx Şamil gənc yaşlarından Qafqaz xalqlarının Rusiya qarşısındakı azadlıq mübarizəsinin lideri olub.

 

 4 fevral 1945-ci ildə Yalta Konfransı keçirildi. Sovet İttifaqının Yalta şəhərində ABŞ, İngiltərə və Rusiya bir araya gəldilər. II Dünya müharibəsi zamanı keçirilən  konfransda müharibənin sonunda Almaniyanın məğlub edilməsindən sonra yaranacaq şərtlər müzakirə olundu. Almaniyanın müharibədən sonra işğalı, nasizmin ləğvi və alman ordularının tərxisi barədə qərarlar qəbul edildi.

 

 4 fevral 1957-ci... il İlk nüvə sualtı gəmi - "USS Nautilus" (SSN-571) suyun üzünə çıxmadan 60,000 dəniz mili qət edərək,  Jül Vernin (ules Verne)   "20 000 lye su altında" adlı məşhur romanındakı  xəyali "Nautilus "sualtı gəmisinin göstərdiyi nəticəni həyata keçirmiş oldu.

 

 4 fevral 2004-cü il...  Harvard Universitetinin tələbəsi Mark Zuckerberg tərəfindən  "Facebook yaradıldı. Bu gün "Facebook" dünyanın ən çox çox istifadə edilən saytlarından biridir.



Әlaqәli Xәbәrlәr