Tarixdә bu gün

Tarixin bu günü harada nәlәr baş verib? Qısaca nәzәr salaq

1137553
Tarixdә bu gün

 

Osmanlı İmperiyasının  6-cı padşahı vә Fatih Sultan Mehmedin atası  II Murad 1421-ci ildә atası I Mehmed vәfat etdikdәn sonra taxta çıxıb. II Muradın rәhbәrlik etdiyi ordu çox sayda zәfәr әldә edib. II Murad 1451-ci ildә taxtı oğlu II Mehmedә tәhvil verir. II Murad hәmin ilin 3 fevralında dünyasını dәyişir. 21 yaşında taxta çıxan II Mehmed  isә 1453-cü ildә İstanbulu fәth edәrәk tarixә Fatih Sultan Mehmed olaraq düşür.

****

1899-cu ilin 3 fevral tarixindә Türk teatrının nüfuzlu nümayәndәlәrindәn Әli bәy vәfat edib.

Fransız dilini mükәmmәl bilәn  Әli bәy 1894-cü ildә ‘‘Düyun-i Umumiye’’ idarәsinin direktoru vәzifәsinә tәyin olunur. Bu sәbәblә ona ‘‘Direktor’’ lәqәbi verilir. Әli bәy yumor jurnalları üçün çox sayda hekayә qәlәmә alıb.

***

Şәrqin ulduzu vә Misirin 4-cü ehramı olaraq da tanınan misirli müğәnni  Ümmü Gülsüm 1975-ci ilin 3 fevral tarixindә vәfat edib. 20-ci әsrin әvvәlindә anadan olan Ümmü Gülsüm  Misirin әn gözәl sәsli müğәnnisi olaraq bilinirdi.

Yaxın Şәrqin әn çox tanınan müğәnnilәrindәn  biri olan Ümmü Gilsümün cәnazә mәrasiminә 4.5 milyon adam qatılıb.


Etiketlәr: #Tarixdə bu gün

Әlaqәli Xәbәrlәr