Tarixdə bu gün

28 yanvar təqvim günündə tarixdə baş verənlər.

1133952
Tarixdə bu gün

 

1820-ci ilin yanvarında Antarktida kəşf edildi.

Antarktidanın kəşf müddəti e.ə. 600-300-cü illərə təsadüf edir. Yunan filosoflarının Yer kürəsinin simmetrik olduğu və onun tənasübünün qorunması üçün cənubda böyük bir torpaq sahəsinin olması fikri ilə başlayan bu proses əsrlər boyu Antarktida adasının axtarışı ilə keçdi. Müxtəlif səyyahlar o tarixə qədər kəşfə yaxınlaşsalar da, gəmilərindəki heyətlə birlikdə qitəni, və ya buz sahələrini ilk görüb qeydə alanlar Фабиан Готтлиб фон Беллинсгаузен Fabian Gottlieb von Bellingshausen və Mixail Petrovich Lazarevin rəhbərliyindəki rus qrupu oldu.

 

NASA-nın "Columbia Space Shuttle"dan sonra istifadə etməyə başladığı ikinci kosmik gəmisi "Challenger" 28 yanvar 1986-cı ildə qalxışdan 73 saniyə sonra partladı. İlk uçuşunu 4 aprel 1983-cü ildə həyata keçirən, sonra Yer kürəsi orbitinə doqquz uçuş edən "Challenger"də olan beş peşəkar astronavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu. Qəza qatı yanacaq mühərriklərindəki sızma ilə əlaqələndirildi.

 

 1932 -ci il... Gənc Türkiyə Respublikasında modernləşmə səyləri  yüksək sürətlə davam edir. Bu səylər çərçivəsində başlayan gözəllik müsabiqələrinin dördüncüsü keçirilir və Keriman Halis birinci seçilir. O illərin ən böyük tacirlərindən biri olan atasının adını qeyd etdirməsi ilə müsabiqədə iştirak edən Keriman Halis Belçikada "International Pageant of Pulchritude"da (Beynəlxalq Gözəllik və Zəriflik Müsabiqəsi) Türkiyəni təmsil etmə haqqı əldə edir. Keriman Halis Belçikaya gedir və ölkəsinə birinci olaraq qayıdır., Türkiyənin ilk Dünya gözəli olaraq tarixə keçir. O günlərdə ölkəni sevinclərə qərq edən bu gözəl qadın 28 yanvar 2012-ci ildə vəfat edib.

 

 

 



Әlaqәli Xәbәrlәr