Suriyada kimyəvi qətliam

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun mövzu ilə bağlı fikirləri(Gündəm analizi_15, 13 aprel 2018)

949714
Suriyada kimyəvi qətliam

Suriyanın paytaxtı Dəməşqdə Şərqi Qutanın Duma bölgəsində yeni kimyəvi silah hücumunun olduğu dünya mətbuatında əks etdi. Hücumda təəssüf ki, ümumilikdə qadın və uşaqlardan ibarət xeyli sayda mülki vətəndaş həyatını itirdi. Suriyadakı vətəndaş müharibəsinin başladığı gündən bəridir müxalifətin nəzarətində olan Şərqi Quta bölgəsi rejimin son zamanlardakı əsəs hədəflərindən biri idi. Aylardır bölgə şiddətli şəkildə bombardman edildiqdə, bölgədəki xəstəxana, məktəb, məscid kimi mülki obyektlər də hədəf götürülürdü.

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun mövzu ilə bağlı fikirlərini təqdim edirik.(Gündəm analizi_15, 13 aprel 2018)

Şərqi Quta bölgəsi paytaxt Dəməşdəki mövqeyinə görə rejimi birbaşa təhdid edən stratejik əhəmiyyətə malikdir. Bu bölgəni ələ keçirmək və müxalifəti bölgədən  təmizləyə bilmək rejim üçün ciddi mənada əhəmiyyət daşıyır. Hərbin başlandığı gündən bəridir, yəni 7 ildir mühasirədə olan Şərqi Quta bölgəsi son prosesdə Türkiyə və Rusiyanın razılığı ilə həyata keçirilən Astana prosesi çərçivəsində münaqişəsiz bölgələr arasında idi. Rejim və rejimə dəstək olan Rusiya və İran bölgədəki terror təşkilatlarını bəhanə gətirərək bölgəni hədəf götürməyə başladı. Şiddətli bombardmanlardan sonra bölgədəki müxalifət də son dövrdə Rusiyanın vasitəçiliyilə təslim olmağa və Suriyanın şimalı istiqamətində, Türkiyənin əhalisinin yaşadığı sahələrə doğru təxliyə edilməyə başlandı.

Təxliyə proseslərilə ən son Şərqi Qutadakı Duma bölgəsi Ceyş əl-İslamın nəzarətində qaldı. Ceys əl İslam ilə rejim arasındakı danışıqlarda Rusiya vasitəçilik etdi. Rusiya ilə qəbul edilən razılaşma çərçivəsində Ceyş əl-İslam bölgədəki mövcudluğunu davam etdirəcəyini və polis gücü olaraq bölgədə asayişi təmin edəcək idi. Lakin bu razılaşmanı Əsəd rejimi  qəbul etmədi. Ceyş əl-İslamın Dumadan təxliyə olmağı qəbul etməsilə danışıqlar dayandı. Bu proses zamanı Dumaya istipamətli kimyəvi silah tətbiq edildi. Kimyəvi silah hücumu nəticəsində xeyli mülki şəxs həyatını itirdikdə, Ceyş əl-İslam kimyəvi silah tətbiqindən sonra Dumadan Suriyanın şimalı istiqamətində təxliyə edilməyi qəbul etmək məcburiyyətində qaldı. Bir tərəfdən Dumada qalmaqda israr etməyin maliyyəti kimyəvi silah hücumları ilə yüksəldildi. Digər tərəfdən kimyəvi silah tətbiqindən sonra dinc əhalidəki qorxu və narahatlığın artması qarşısında Ceyş əl-İslam mülki şəxslərin istəkləri ilə təxliyə üçün razılaşdı. Kimyəvi silah hücumu ilə Əsəd rejimi Dəməşq mərkəzinin yaxınlığındakı suriyalı müxalifətin ana bazasının təxliyə edilməsini təmin etdi.

Təxliyə ilə əlaqəli razılaşma həyata keçməyəcəyi təqdirdə Dumanı ələ keçirmək istiqamətində hərbi əməliyyatın maliyyəti çox yüksək olacaq idi. Duma bölgəsində Ceyş əl-İslamın uzun müddətdir müdafiə xəttləri inşaa etdiyi, silah anbarlarında xeyli miqdarda silah-sursat olduğu məlum idi. Həmçinin suriyalı müxaliflər arasında Ceyş əl-İslam hərbi gücü ilə ilk plana çıxırdı. Ceyş-əl İslam ümumilikdə əsgərlərdən ibarət bir qruplaşmadır. Onun Dumada mühasirə altındakı müdafiəsi rejimə baha başa gələcək idi. Nəticədə Dumaya oxşar Darayya şəhərini ələ keçirmək üçün Əsəd rejiminin aylarla davam edən əməliyyat üçün ciddi mənada  xərci çıxdı. Əsəd rejiminin tətbiq etdiyi iddia edilən kimyəvi silah hücumu ehtimal olunan ciddi maliyyətləri aradan qaldırmış və asan nəticə əldə edilmişdir. Kimyəvi silah tətbiqi insani dəyərlərə ziddi metod olsa da, son hücum rejim cəhətdən böyük qazanc mənasını daşıyır.

Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinin maliyyəti beynəlxalq reaksiya doğurmadığı müddətdə rejim üçün ən aşağı maliyyəti olan həll yolu olduğu dəqiqdir. Müharibənin başlanmasından bu yana 215 dəfə kimyəvi silahdan istifadə edən Əsəd rejiminin beynəlxalq ictimaiyyətin laqeydliyini nəzərdə tutaraq yenidən kimyəvi silaha müraciət etdiyi iddia edilir.  Ayrıca diplomatik mənada BMT Təhlükəsizlik Şurasında Rusiyanın dəstəyinə etimad edən rejim hərbi mənada da Rusiya tərəfindən şərtsiz olaraq qorunduğunu nəzərdə tutaraq bu metoda müraciət etmiş ola bilər. İnsani dəyərlərin gözdən yayındırıldığı və beynəlxalq ictimaiyyətin laqeyd yanaşdığı bir tənlikdə Əsəd rejimi tərəfdən Duma üçün ən yaxşı həllin kimyəvi silah tətbiqi olduğu söylənə bilər.



Әlaqәli Xәbәrlәr