“Qərbə dair üç ayrı yanaşma”

Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Qərbə dair üç ayrı yanaşma” yazısını təqdim edirik. (Qlobal perspektiv_31 (01.08.2018)

1023216
“Qərbə dair üç ayrı yanaşma”

Son 200 ilə nəzər saldıqda Osmanlı imperiyasının son dövrü, Cümhuriyyət dövrü və müasir mütəfəkkirlərin əsas mübahisə mövzularından biri Qərbə dair necə bir yanaşmanın qəbul edilməsidir.

Tənzimat, Qərb mədəniyyətin, Avropa İttifaqı və son dövrlərdə də qloballaşma ilə bağlı fərqli məfhumlar çərçivəsində aparılan mübahisə əsas olaraq Qərblə əlaqəli özümüzün mövqe tutmasına dair əsas mübahisənin davamıdır.

Deyilə bilər ki, Osmanlı imperiyasında son dövrlərdəki mütəfəkkirlər Qərbə, Qərb mədəniyyətinə dair əsas olaraq üç fərqli yanaşma ortaya qoyublar.

Təslim olma kimi ifadə edilə biləcək ilk yanaşmanın ən maraqlı nümunəsi dövrün “İctihad” məcəlləsinin sahibi və yazarı Abdullah Cövdətin yanaşmasıdır. Onun fikrincə tək bir mədəniyyət vardır. O da qərb mədəniyyətidir. Qərb mədəniyyəti tikanı və gülü ilə qəbul edilməlidir. Əks təqdirdə yox olmağımız qaçılmazdır.

İkinci yanaşma isə rədd edən yanaşma kimi adlandırıla bilər. Tamamilə reaksiya göstərərək, qərbə dair nə varsa buna etiraz edən, Qərbi eynilə bütün pisliklərin anası kimi görən yanaşmadır.

Üçüncü yanaşma isə ehtiyatlı yaxud  özünə inamlı yanaşma kimi adlandırıla bilər.  Bu yanaşmada Qərbin imperialist axtarışları gözdən yanındırıla bilməz. Bununla yanaşı təslim olma və rədd etmə arasında ehtiyatlı, təmkinli bir mövqe ortaya qoyulur. Qərbə olan acığımızın Qərbin müsbət cəhətlərinə və özümüzün mənfiliklərimizə mane olmaması istənir.  Bu yanaşmanın ən konkret ifadəsi Birinci Dünya Mühabirəsi illərindəki Osmanlı sədrəzəmi Said Halim Paşada dəqiq şəkildə müşahidə olunur. Paşaya görə o səviyyədə yaşananlara baxmayaraq Şərqin və Qərbin birlikdə yaşaması, bir-birlərini yaxşı tanımaları vacibdir. Şərq ilə Qərb arasındakı ziddiyyətdən sadəcə Qərbin günahkar olmadığını, bu nəticəyə çatılmasında Şərqin də günahı olduğunu ifadə edir. Paşa “Təəssüb” adlı əsərini yazmaqdakı məqsədin bu iki icma arasındakı kin və düşmənçiliyi artırmaq deyil, birlikdə yaşamağa məhkum və bir-birini tanıyıb öyrənməyə eyni dərəcədə məcbur iki cəmiyyət arasında yaxşı əlaqələr qurulmasına mane olan səhv fikirlərin və qəflətin aradan qaldırılması olduğunu bildirib.

Səhv mövqe tutulması və nəticələri

Bu mübahisə tarixdə qalan bir mübahisə deyil. Hazırda bəlkə daha da sərtdir. Qloballaşma proseslərilə Şərqin, Qərbin, Şimalın, Cənubun coğrafi və təsvir edən mənada harada başlayıb harada bitdiyi artıq keçmişdə olduğu qədər dəqiq deyildir. Dünya daha çox iç-içə girib. Dünyadan təcrid şəkildə özünün mədəniyyət sərhədləri daxilində qala bilmək artıq daha çətindir.

Hazırda Qərbdə milyonlarla mühacir və müsəlman yaşayır. Coğrafi mənada Qərbdən kənarda yaşayan icmaların Qərbə dair mövqe tutma cəhdlərini bir tərəfə qoyaraq, buradan addımlaya bilərik. Qərbdə yaşayan icmalar ətrafında mübahisəni davam etdirə bilərik. Çünki Qərb icmaları daxilində yaşayan mühacirlər və müsəlmanlar üzərindən mövzu daha yaxşı dərk edilə bilər. Digər tərəfdən Qərbdən başqa icmaların Qərbə dair mövqeləri də ifadə edilə bilən bu üç yanaşmadan kənarda deyildir.

Hazırda Qərbdə yaşayan mühacirlər və müsəlmanlar arasında, Osmanlı ziyalıları arasında da müşahidə edilən təslim olma və rədd etmə yanaşmasının xeyli yayğın olduğunu söyləyə bilərik. Qarşı-qarşıya olduqları məğlubiyyət psixologiyası ilə insanlar təslim olma yaxud qəbul etməmə düşüncəsilə radikal olma yoluna üz tuta bilirlər.

Avstraliya, Kanada, ABŞ kimi ölkələrdə fərqli şəxsiyyət və mədəniyyətlər nisbi olaraq daha azad yaşayırlar. Bu vəziyyətin bir nəticəsi kimi bu ölkələrdə yaşayan müsəlmanlar və mühacirlər yaşadıqları icmalara daha az reaksiya göstərirlər.  Bəlkə də elə həmin səbəbdən daha sürətli şəkildə inteqrasiya olunur. Avropada isə ölkələrin daha qəddar, assimilyasiya edən, bir formaya salan siyasətlərinə görə, təslim olma və qəbul etməmə yanaşmaları daha çox görülür.  Bu ölkələrdə mühacirlər, gətirdikləri mədəniyyət və inanclar ilə birlikdə yaşadıqları icmanın dəyərləri və əlaqəli dövlətlərin qəddar siyasətləri arasında qaldıqlarına görə tabe olmağa yaxud da qəbul etməməyə üz tuta bilirlər.

O icmanın dəyərlərini qəbul etməmə baxımından, öz şəxsiyyət və mədəniyyətilə gəldiyi Qərb ölkəsində qəbul edilməyən yaxud özünü ifadə edə bilməyənlər, birlikdə yaşadıqları icmanın xüsusiyyətlərini, qurumlarını tamamilə rədd edən bir baxışa sahib ola bilirlər. Belə bir radikallığa üz tutanlar bir müddət sonra yaşadıqları icmadan tamamilə qopurlar. Bu mərhələdən sonra bu insanların özlərinə, gəldikləri ölkələrə və yaşadıqları icmaya töhfə verə bilmə potensiyalları da qalmır. Bu insanlar bir müddət sonra terror təşkilatlarının da çox rahat şəkildə zəmin tapa bildikləri insanlar halına gələ bilirlər. Bu səbəbdən Əfqanıstan, İraq, Liviya kimi Qərb tərəfindən işğal edilən ölkələrdən savayı, DEAŞ kimi terror təşkilatlarına ən çox qatılma Qərbli ölkələrdə reallaşa bilir. Hər şəyə etiraz edən, hər şəyi rədd edən bir psixoloji depressiya içində Qərbdəki bu insanlar üçün terror təşkilatları bir azadlıq kimi görünə bilir.  Halbuki bu gənclər ingiliscə, fransızca, almanca kimi müxtəlif dilləri bilirlər. Bəziləri yaxşı təhsil də alıblar. Gəldikləri ölkələrin mədəniyyətlərini və dillərini də bilirlər. Düzgün mövqe tuta bilsələr Qərb üçün də gəldikləri ölkələr üçün də bir dəniz fənəri ola biləcəkləri halda, səhv mövqe ilə terror təşkilatlarına üz tutaraq məhv olub gedirlər.

Rədd etməyin, yox olmadan başqa  istər psixolojiyə sahib olan fərdlər və istərsə yaşadıqları icmalar üçün heç bir gələcəyi yoxdur. Bu səbəblə, rədd edən yanaşma, plüralizmi bir təhdid kimi görən eyni formadaki insanlar və bəzi qərbli kəşfiyyat idarələri tərəfindən də dəstək görə bilir.  Bu idarələr rədd edən insanların və düşüncələrin müsəlman ölkələrə ixrac edilməsi üçün də cəhd göstərilə bilər.

Rədd etməyin tam ziddi olaraq Qərbdə yaşayan mühacirlər başqa bir səhv mövqe olaraq təslim olan bir yanaşma qəbul edə bilirlər. Bunun qəbul edilməsində birlikdə yaşanılan icmanın dövlətin başqa heç bir çıxış yolu buraxmamasının da təsiri böyükdür. Təslim olma yanaşmasında fərdlər keçmişdə sahib olduqları dəyərləri, inancları, mədəniyyətləri tamamilə tərk edərək assimilyasiya prosesilə qarşı-qarşıya ola bilərlər. Təslim olan insanların da öz azadlıqlarını tamamilə tərk etdiklərindən, birlikdə yaşadıqları icmaya töhfə verə bilmə potensiyalları aradan qalxır. Təslim olan insanlar, birlikdə yaşadıqları icmalara yaranmaq yaxud özlərindən belə bir şey gözlənildiyi düşüncəsilə yaxud gələcək qayğısı ilə öz mədəniyyətlərini, icmalarını və gəldikləri ölkələri davamlı təhqir etmə düşüncəsilə rəftar edə bilməktədir. Bu mövqe əslində öz ürəyində qəbul edilə bilməyən bir yanaşmanın hər hadisədə yenidən ortaya çıxmasının bir nəticəsi ola bilər. Avropadakı mühacirlərdən assimilyasiya olmuş bəzi insanların gəldikləri icmaya, mədəniyyətə və ölkəyə qarşı ciddi mənada reaksiya göstərmələrinin bir səbəbi də bu ola bilər. Bu radikal yanaşma, mühacirlərin özlərindən olanlar tərəfindən təhqir edilməsinə, birlikdə yaşadıqları ölkə rəsmiləri tərəfindən imkan yaradılsa, bu vəziyyət yaşadıqları ölkə ilə mühacirlərin və gəldikləri ölkə arasındakı əlaqənin  daha da zəhərlənməsilə nəticələnə bilər.

Məntiqli bir mövqe tutmağın xeyrinin nə olduğu mövzusunu gələn həftə davam etdirəcəyik. 



Әlaqәli Xәbәrlәr