Kimə və nəyə görə “mülayim İslam”?

"Mülayim İslam", Yaxın Şərq, Qərb və terrorizm mövzusu mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_22 (30 may 2018)

982555
Kimə və nəyə görə “mülayim İslam”?

  Zaman-zaman bəzi mərkəzlər, bəzi ölkələrin xüsusi xidmət orqanları həqiqəti tərs üzünə çevirmək üçün saxta mübahisələrlə daim gündəmi təyinetmə səylərinə girirlər. Tarix isə bizə göstərir ki, günəş palçıqla malalanmaz və zaman həqiqət çox acı bir şəkildə özünü ortaya qoyur. Bu vəziyyətə aid konkret nümunələrdən biri "mülayim İslam" mövzusunu müzakirə etmələridir.

  "Mülayim İslam", Yaxın Şərq, Qərb və terrorizm mövzusu mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Yaxın dövr hadisələri Qərb və bəşəriyyət üçün qorxunc risklərə hamilə ikən gündəmə daim "mülayim İslam" mübahisələri gətirilir. Bir zaman Qərb İkinci Dünya müharibəsi ərəfəsində özü və bəşəriyyət üçün yaratmaqda olduğu təhdidi görməyib, daim yəhudiliyi müzakirə edirdi, indi də keçmişdəki korluğu, neo-nazizmi, neo-faşizmi görməyib, "mülayim İslam"ı ortaya atırlar.  

  300 fransalı bir Qərb xəstəliyi olan şiddəti və yəhudi düşmənçiliyinin təşviqi əsasında Qurandan bəzi ayələrin çıxarılması üçün bəyanat hazırlayır. Amma eyni ziyalılar ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə reaksiya göstərən fələstinli mülki vətəndaşların üzərinə İsrailin, hüququ, beynəlxalq cəmiyyəti və insanlıq vicdanını heçə sayaraq, atəş açaraq qətliamına, onlarla vətəndaşı şəhid etməsinə, minlərlə uşağın yaralanmasına çox səssiz qalır. Bundan artıq irqçilik, İslam və bəşəriyyət düşmənliyi ola bilərmi?

  “Mülayim İslam” fikri yaratmaqda qərəz din adından istifadə edən, yaşadıqları məkanda bütün insani, əxlaqi, vicdani və İslami dəyərləri tanımayıb hər cür zülmə əl atan terror təşkilatları ilə mübarizə aparılarsa, ağıllı heç kim qarşı çıxmaz. O zaman da bu işi “mülayim İslam” deyil, “terrorla mübarizə” adlandırmaq lazımdır. Çünki hansı adla edilirsə edilsin, terror terrordur. Ona görə işi görəndə də məntiqlə görmək lazımdır. Son zamanlar artan xristian terrorçuların hərəkətləri heç də "mülayim xristianlıq" adı altında müzakirə edilmir. Eləcə də İsrailin BMT-nin qərarları və insanlıqxarici on illərdir fələstinlilərə qarşı törətdiyi şiddət və terror "mülayim yəhudilik" deyə yumşaldılmır.

  Demək, "mülayim İslam" ritorikasından nəzərdə tutulanın terrora qarşı çıxmaq olmadığı aydın görünür. Məqsəd terroru mühakimə etməkdirsə, o zaman imperialist axtarışlarla din və ideologiyaların üstünə getmə deyil, terrora qarşı ortaq bir mövqe müəyyənləşdirmək lazımdır.

  Həyatın reallıqlarına, hansı ölkə və ya kəşfiyyat orqanlarının meydanda hansı mövqe nümayiş etdirdiklərinə, kimlərə dəstək verdiklərinə baxanda görünür ki, "mülayim İslam" ritorikası imperialist maraqlarına, müsəlman ölkələrinin yerüstü və yeraltı sərvətlərinin qəsb edilməsinə, işğala, zülmlərə, ölümlərə, vətənlərindən qovulmalara xidmət üçün bir vasitə kimi istifadə edilir. İmperialist ölkələr öz maraqları üçün Yaxın Şərqdə at oynadır, amma günahkar yenə bu coğrafiyanın insanları və ideologiyaları sayılır. Yerli-köklü sakinlərin var-yoxunun talan edilməsi, didərgin salınması, vəhşicəsinə öldürülməsi birbaşa Amerikadan qaynaqlanan problemlərdir, məhz bunlar müzakirə olunmalıdır. Amma onlar öz qlobal imperialist axtarışlarını müxtəlif adlarla ortaya qoymağa davam edirlər.

  FETÖ, DAEŞ, PKK, PYD kimi terror təşkilatları şəbəkəsinin istifadə etdiyi silahlara baxanda görünən səhnə budur ki, bu əliqanlılar bəzi Qərb kəşfiyyat təşkilatları ilə iç-içə çalışır.

   Qərb dövlətlərinin öz xalqları belə bu siyasəti təqdir etmir, amma hökumətləri müsəlman ölkələrindəki mürtəce rejimlərlə iş birliyi qurmağa davam edirlər. Sanki İsraildən başqa, Yaxın Şərqdə heç bir yerdə demokratik inkişaf yoxdur.

  Ölkəsində qətliamlar törətmiş Misir rəhbərliyilə də işləri yoxdur, xalqlarının istəyinə qarşı hakimiyyətlərini davam etdirən bəzi monarxiyalar da “yaxşı”dır. Bir ölkəyə "artıq qadınlarınız avtomobil sürə biləcək" deyə təriflər yağdırırlar. Halbuki qadınların dünyada ilk səsvermə haqqı 1876-cı ildə olub. Qərbdə qadınlarının seçmə və seçilmək haqqı yox ikən 1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, sonra isə 1934-cü ildə Türkiyədə qadına kişilərlə bərabər səs hüququ verildi.

  Bəzi Qərb ölkələrinin Yaxın Şərq siyasətinə baxanda nə görürük? - Yaxın Şərq xalqı, tarixi, coğrafiyası ilə sülhə, böyük mədəniyyətə malik baş cərəyanları ilə deyil, köksüz, məzhəbçi, bir-birilə döyüşən qruplar olaraq təsvir edilir. Buna görədir ki, Misir və bəzi Körfəz ölkələrində monarxiya rejiminin, xalqından uzaq hakimiyyətlərin ömrünün uzadılması üçün təriflər yağdırılır, Türkiyə xalqı və başçısı Rəcəb Tayyib Ərdoğan kimi sülh və demokratiya xidmətçiləri isə şeytanlaşdırılmağa çalışılır.

  Bəzi Qərb ölkələri və mərkəzlərinin bu münasibətlərini - hazırladıqları “mülayim İslam”la nə istədiklərini, nə gözlədiklərini bilmək çətin olmur. Ölkəsində və bölgəsində Qərbin əməliyyatlarına susan, imperialist məqsədlərə biganə qalan rejimlər "mülayim", buna müqavimət göstərənlər isə "qatı diktator" adlandırılır.

  Xülasə, Qərbin bu “mülayim İslam” yeni düşüncəsi Şərq ölkəsi insanlarına – müsəlmanlara zalım və xain plandır.

  Beynəlxalq aləmin bəzi mərkəzləri Yaxın Şərqdə xalqı tərəfindən qanuni seçilməyən rəhbərlikləri, yenilənən terror təşkilatlarını dəstəkləməklə öz mənfəəti üçün çalışırlar. Halbuki Qərbin ancaq azadlıqsevər və plüralist təbəqələri Yaxın Şərq xalqları və bütün bəşəriyyət üçün doğru və faydalı olan, demokratik üsul və idarəetməni dəstəkləməlidir. Mədəni ənənələrdən uzaq, köksüz, yeni zühur etmiş, bəzi Qərb mərkəzləri tərəfindən dəstəklənən terrorçu hərəkətlər üzərindən köklü sivilizasiya təcrübəsi olan ölkələri ortadan qaldırma səyi düzgün yol deyil. Türkiyə Balkanlar və Yaxın Şərqdə bir zaman toqquşan tərəfləri uzun əsrlər "başa çatmış osmanlı sülhü" (“pax ottomana”) ilə bir arada yaşadabilmə təcrübəsinə malik və çox mühüm töhfələr vermiş böyük dövlətdir.



Әlaqәli Xәbәrlәr