Qəhrəman qadınlarlarımız: Sümeyyə Boyacı

Mən kuklayam. Saçlarım açıq qəhvəyi, gözlərim mavidir.

2087073
Qəhrəman qadınlarlarımız: Sümeyyə Boyacı

Qəhrəman qadınlarlarımız: Sümeyyə Boyacı

Mən kuklayam. Saçlarım açıq qəhvəyi, gözlərim mavidir. Həm də mənim iki qolum yoxdur. Amma məni digər kuklalardan fərqləndirən odur ki, mənim super gücüm, yəni görünməz qanadlarım var. Çünki mən Sümeyyə Boyacının kuklasıyam.
“Sümeyyə Boyacı kimdir?” Dediyinizi eşitmiş kimi hiss etdim. İcazə verin onu dərhal sizə təqdim edim...
Sümeyyə Boyacı 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olub. Bu gözəl qız qolsuz doğulsa da, ayaqlarını əl, qılçalarını isə qol kimi istifadə edə bilirdi. Cəmi 4 yaşında ikən rəsm çəkməyə başlayıb və əsərlərini həm Türkiyedə, həm də Moskvada sərgiləyib. Amma Sümeyyənin nailiyyətləri təkcə sənət sahəsi ilə məhdudlaşmırdı.
2008-ci ildə cəmi beş yaşında ikən balıqların qolsuz üzmə qabiliyyətinə heyran olub və anasının təşviqi ilə üzgüçülüyə başlayıb. Sümeyyə əvvəlcə qorxsa da, təslim olmayıb və çox çalışıb və nəhayət delfin kimi üzməyi öyrənib. Ətrafındakı bir çox insanlar onun haqqında belə deyib: “Bu qız üzgüçülükdən əl çəkəcək. Onun bədəni buna imkan verməyəcək''. Amma bu sözlərin əksinə Sümeyyə daha çox çalışmağa və iddialı olmağa başlayıb və 2016-cı ildə Milli İdmançı adını qazanıb.
Çox üzr istəyirəm... İndi susmalıyam. Hazırda onu birinə hədiyyə etmək üzrəyəm. Çox həyəcanlıyam, görəsən o kimdir? Məni görəndə nə deyəcək?
Kiçik bir qızın : "Ata, bu nədir?" dediyini eşitdim. Atası cavab verdi: "Sənə hədiyyə almışam, əziz balacam". Sonra sözünə davam etdi: “Bilirəm ki, ayağın qırıldığına və məşqə gələ bilmədiyinə görə  çox kədərlisən. Ona görə də sənə bir az təsəlli vermək istədim. Nə gözləyirsən? Qutunu aç! Görək bəyənəcəksənmi?
Kağız səsi eşidildi. Gün işığını yenidən görə bildim, amma daha da önəmlisi balaca Azra ilə göz-gözə baxdıq. Məni görən kimi çox sevindi. "Ata, çox gözəldir, sağ ol" dedi və sevgi ilə baxdı mənə. “Əgər fikir verdinsə,  bu kuklanın hər iki qolu yoxdur. Bu kukla  Cümhuriyyət tarixində ilk paralimpiyaçı qadın üzgüçü Sümeyye Boyacının kuklasıdır. O, bir çox uğurlara imza atmış idmançıdır. Hədəflərimizə çatmaq üçün biz də Sümeyye kimi çox çalışmalı, təslim olmamalıyıq. Balaca xanım, sən də məşqinə tez qayıtmaq istəyirsənsə bu gənc idmançını nümunə götürə bilərsən'', - deyə atası gülümsədi. Azra atasını böyük maraqla dinlədi və baş hərəkəti ilə onun dediklərini təsdiqlədi.
Mən isə bu sözləri eşidəndə özümü xoşbəxt və qürurlu hiss etdim. Sonra düşündüm:
Sümeyye Boyacı 1.54 boyunla rəqiblərindən qısa ola bilərsən, amma mübarizəni heç vaxt dayandırmadın. Nailiyyətlərin saysız-hesabsız olsa da, onlardan ən önəmlisi 2022-ci ildə Portuqaliyada keçirilən Para Üzgüçülük üzrə Dünya Çempionatında qızıl medal qazanmağındı. Digər önəmli olay isə 2023-cü ildə İngiltərədə keçirilən dünya çempionatında bürünc medal qazanaraq 2024-cü ildə Paris Paralimpiya Oyunlarına vəsiqə qazanman oldu.Kim bilə bilər daha hansı uğurlara imza atacaqsan,  amma sən öz duruşunla, səylərinlə və böyük ürəyinlə artıq bizim qəlblərimizi fəth etmisən!''.
Birdən Azranın diqqətlə gözlərimin içinə baxdığını gördüm. “Görəsən düşüncələrimi eşitdimi? deyə düşündüm. Saçlarımı sığalladı və dedi: “Mən sininlə razıyam. – Sümeyyəyə heyran olmamaq mümkün deyil, ata. Yavaşca məni özünə yaxınlaşdırdı və asta səslə gülümsəyərək "Bilirəm, sənin görünməz qanadların var" dedi.
Hekayəmizi bütün gənclərimizə və Sümeyyə Boyacıya həsr etmək istəyirik.



Әlaqәli Xәbәrlәr