Dişləri fırçalamaq lazımdır, çünki … (mətin və audio)

TRT "Türkiyənin səsi" radosunun dinləyiciləri, bu gün sağlamlığımızla bağlı sadə tədbirlərin bizi böyük təhlükələrdən necə qoruduğuna diqqət yetirəcəyik, belə ki, dişləri fırçalamaq lazımdır, çünki…

2128019
Dişləri fırçalamaq lazımdır, çünki … (mətin və audio)

Diş fırçalamaq və sağalmlıq

 

   Bədənimizdə fərqli funksiyaları olan sistemlər var. Onların vəzifələri fərqli olsa da, sistemlərin işləməsi bir-birinə bağlıdır. Bir funksiyadakı uğursuzluq ümumi sistemə təhlükə yaradır. Məsələn, araşdırmalar göstərir ki, diş əti zədələndikdə ürək xəstəliyinə səbəb ola bilir.

  Təxminən yüz il əvvəl diş çürüməsi ölümlə nəticələnə bilən xəstəliklər arasında idi. Tibb və əczaçılıq sənayesindəki inkişaflarla bu problem aradan qaldırılsa da, ağız və diş baxımı sağlamlığımızla çox yaxından əlaqəli bir problem olaraq qalır.

  Məlumdur ki, ağız boşluğunun iltihabı və diş əti xəstəlikləri orqanizmdə ümumi iltihaba səbəb olur. Xroniki iltihab ürək xəstəliyi, diabet və digər sistem pozuqluqları ilə əlaqələnir.

  Ağız və dişə qulluq, ilk növbədə, xəstəliklərdən qorunmaq üçün müntəzəm olaraq həyata keçirilməli olan bir sıra vərdişlərə bağlıdır. Bunlardan ən vacibi gündə iki dəfə diş fırçalamağa 2-3 dəqiqə vaxt sərf etməkdir.

  Diş minası və bakteriyaları təmizləmək üçün ən əsas dişə qulluq addımı olan dişi fırçalama diş ətini təmizləyir və qan dövranını artıraraq diş ətinin sağlamlığını dəstəkləyir. Dişləri fırçalamaqla ağızdakı qida qalıqları və bakteriyalarla yanaşı, ağız qoxu da gedir. Fırçalayarkən diş minasında olan zərərli turşular təmizlənərək diş həssaslığının qarşısı alınır. Dişləri fırçalamaqla yanaşı, şəkərli və turşulu qidalardan uzaq durmaq da ağız və diş sağlamlığı üçün vacib tədbirlərdir. İldə iki dəfə stomatoloq müayinəsi ağrı verməyən və heç bir əlamət göstərməyən xəstəliklərə qarşı tədbir görməyə imkan verir. Sağlamlığımız üçün bütün bu və digər səbəblərə görə dişlərimizi müntəzəm fırçalamalıyıq.



Әlaqәli Xәbәrlәr