Salam vermək lazımdır, çünki … (mətin və audio)

Bu gün gündəlik həyatda insanlar arasında müsbət qarşılıqlı əlaqəni artıran kiçik, lakin əhəmiyyətli bir davranışdan - salamlaşmadan danışırıq. Salam vermək lazımdır, çünki...

2122099
Salam vermək lazımdır, çünki … (mətin və audio)

Niyə salamlaşmaq lazımdır?

 

  Dilimizə ərəbcədən gələn “salam” sözü “sülh, inam, əmin-amanlıq” deməkdir. Salamlaşma bir insana və ya qrupa yaxınlıq, sevgi və mehribanlıq göstərmək, sağlıq, rifah və uğurlar arzulamaqdır.

  Sosial qarşılıqlı əlaqədə salamlaşma mühüm addımdır və bütün mədəniyyətlərdə tolerantlıq, hörmət və ünsiyyət bacarıqlarını əks etdirən əsas davranış hesab olunur. Salamlaşma həm də insanlarda müsbət təəssürat və anlayışlı ünsiyyət mühiti yaratmaq üçün ilk addımdır.

  Sosial varlıq olan insanın sağlam ictimai həyat sürməsində salamlaşma mühüm rol oynayır. Salamlaşma adamlar arasında sosial əlaqələr yaratmaq və cəmiyyətə inteqrasiya etmək üçün bir yoldur. Digər insanda xoş təəssürat yaradan salamlaşma uzunmüddətli münasibətlərin təməlinin qoyulmasına təkan verir.

  İlk qarşılaşmada nəzakətli və hörmətli davranış göstərmək qarşı tərəfdən bir şey istədikdə istəklərimizə çatmağı asanlaşdırır. Məsələn, hamımız şahidi olmuşuq ki, hansısa mağazaya, bank filialına girərkən salam verəndə işçilər bizə daha səmimi və gülərüzlə yanaşır. Çünki tanımadığın bir adama belə sağlıq arzulamaq və ona zərər verməyəcəyin bildirən salamla söhbətə başlamaq sadə olduğu qədər təsirli bir addımdır.

  Salamlaşma ünsiyyətə başlamaq, eləcə də mədəni normalara və gözləntilərə riayət etmək üçün yaxşı başlanğıcdır. Gözlənilən davranışların nümayiş etdirilməsi insanların ictimai harmoniyasını artırır və məhsuldar sosial qrupların formalaşmasına töhfə verir.

  Salamlama tərzləri bölgədən bölgəyə və mədəniyyətdən mədəniyyətə fərqli olsa da, onlar əsasən digər insanlara nəzakətli və hörmətli yanaşmağın bir yolu kimi qəbul edilir.



Әlaqәli Xәbәrlәr