Su elektrik enerjisi niyә bu qәdәr önәmlidir?

Türkiyenin ümumi elektrik enerjisinin üçdə biri 32 min 400 meqavatlıq su elektrik stansiyaları tərəfindən təmin edilir.

2125274
Su elektrik enerjisi niyә bu qәdәr önәmlidir?

Su elektrik enerjisi niyә bu qәdәr önәmlidir?

2023-cü ildə Türkiye elektrik enerjisi istehsalının 36,3%-ni kömürdən, 21,4%-ni dövrəli elektrik stansiyaları vasitəsilə təbii qazdan, 10,4%-ni küləkdən, 5,7%-ni günəşdən, 3,4%-ni geotermal enerjidən və 19,6 faizini də su elektrik enerjisi mənbələri hesabına əldə edib.

Türkiyenin ümumi elektrik enerjisinin üçdə biri 32 min 400 meqavatlıq su elektrik stansiyaları tərəfindən təmin edilir.

Milli və təmiz elektrik enerjisi istehsalı üsulu olan su elektrik stansiyaları enerji istehsalı prosesində heç bir tullantı və ya karbon emissiyasına səbəb olmur və ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə böyük töhfə verir.

2002-ci ildən bəri ‘‘Yusufeli’’ su bəndi və su elektrik stansiyası, ‘‘Ilısu’’ su bəndi və su elektrik stansiyası, ‘‘Deriner’’ su bəndi və su elektrik stansiyası, ‘‘Ermenek’’ su bəndi və su elektrik stansiyası kimi dünya miqyasında ciddi əhəmiyyətə malik layihələr də daxil olmaqla 650-yə yaxın su elektrik stansiyası istifadəyə verilib.

2000-ci illərin əvvəllərində 45 milyard kilovat-saat olan su elektrik stansiyasının illik istehsal gücü təqribən 120 milyard kilovat-saata yüksəldi.

Beləliklə, Türkiyedə hər üç lampadan biri su elektrik stansiyaları vasitəsilə istehsal olunan elektrik enerjisi ilə işıqlandırılır.

Su elekrtik stansiyalarının genişləndirilməsi resursların ən səmərəli şəkildə istifadə edilməsi məqsədini daşıyır.

''Yusufeli'' su bəndi və su elektrik stansiyası 275 metr hündürlüyü ilə Türkiyenin ən yüksək bəndidir və öz kateqoriyasında dünyanın 5-ci ən yüksək bəndidir. Bu layihənin istehsal etdiyi elektrik enerjisi Antalya böyüklüyündə bir şəhərin əhalisinə uyğun gələn 2,5 milyon insanın elektrik ehtiyacını ödəyə bilər.

‘‘Ilısu’’ su bəndi və su elektrik stansiyası ‘’Atatürk’’, ‘‘Karakaya’’ və ‘‘Keban’’ bəndlərindən sonra quraşdırılmış gücə görə Türkiyenin 4-cü ən böyük elektrik stansiyasıdır. ‘‘Ilısu’’ su bəndi həcminə görə Türkiyenin 2-ci ən böyük bəndidir.

İlk elektrik enerjisini 19 may 2020-ci ildə istehsal edən və 23 dekabr 2020-ci ildə tam gücü ilə fəaliyyətə başlayan obyekt, bu günə qədər 8 milyard kilovat elektrik enerjisi istehsalı ilə ölkə iqtisadiyyatına təxminən 23 milyard lirə töhfə verdi.

''Deriner'' su bəndi və su elektrik stansiyası 249 metr hündürlüyü ilə ‘’Yusufeli’’ su bәndindәn sonra Türkiyenin 2-ci ən yüksək bəndidir və 670 meqavat quraşdırılmış güclə ildə orta hesabla 2 milyard 118 milyon kilovat-saat elektrik enerjisi istehsal edə bilәr.

Su elektrik enerjisinin qlobal quraşdırılmış güc sıralamasında Türkiye 32 GVt ilə dünyada 9-cu, Avropada 2-ci, Çin 415 min MVt ilə birinci, Braziliya 110 min MVt ilə ikinci, ABŞ isə 102 min MVt ilə üçüncü yerdədir.

Türkiyənin su bəndlərinə yatırdığı sərmayə elektrik istehsalı baxımından böyük əhəmiyyət kəsb edir, lakin bənd tikintisinə əhəmiyyət verilməsinin tək səbəbi bu deyil.

Adambaşına düşən suyun miqdarını nəzərə alsaq, Türkiye su stresindən əziyyət çəkən ölkə hesab olunur.

Proqnozlara görə, bu gün Türkiyedə 1519 m3 olan adambaşına düşən suyun miqdarının əhalinin 100 milyona çatacağı gözlənilən 2030-cu ildə 1100 m3-ə qədər azalacağı gözlənilir. Bu, Türkiyəni sudan kasıb ölkələr sırasına daxil edir. Bu səbəbdən sudan səmərəli istifadə üçün çox mühüm bir layihə də həyata keçirilir.



Әlaqәli Xәbәrlәr