Qәhraman qadınlarımız: Dilek Gürsoy

Qәhraman qadınlarımız: Dilek Gürsoy

2119053
Qәhraman qadınlarımız: Dilek Gürsoy

Qәhraman qadınlarımız: Dilek Gürsoy

Təxmin edin mən kiməm? Hamı məni sevginin simvolu kimi tanıyır. Rəngim qırmızıdır. Hər insanda məndən var. Hər zaman sizin üçün hərəkətdə olsam da, xüsusilə həyəcanlandığınız zaman və ya idmanla məşğul olduğunuz zaman məni daha yaxşı hiss edə bilərsiniz. Kədərli olanda incidiyimi söyləsəniz də, əslində yaxşıyam.

Mənim çəkim təxminən 300 qramdır və sizin yumruğunuzun ölçüsündəyəm. Əslində mən əzələyəm, ancaq hər hansı bir əzələ deyiləm. Mən bədəninizdəki ən vacib əzələyəm! Bəziləri məni bədən dinamosu ilə müqayisə edirlər.

Bəli, mən sizin ürəyinizəm və bu gün sizi çox vacib bir ürək cərrahı ilə tanış etmək istəyirəm. Onun adı Dilek Gürsoydur.

Dilek Gürsoy Avropada süni ürək transplantasiyası həyata keçirən ilk qadın cərrah kimi tanınır. Təbii ki, bu uğurlu qadının arxasında işinə olan həvəsi, qətiyyəti və ən əsası da illərin təcrübəsi dayanır.

1976-cı ildə Almaniyanın Neuss şəhərində anadan olan Dilek Gürsoy Zeynep və İhsan Əli Gürsoyun qızıdır.

O, uşaqlıq illərindən etibarən həkim olmaq istəyirdi. Həmin  dövrdə izlədiyi Yeşilçam filmlərindəki cərrahlardan və anası ilə xəstəxanada maraqlanan həkimlərdən çox təsirləndi.

Dilek Gürsoy orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Düsseldorfdakı Heinrich Heine Universitetində tibb təhsilinə başladı və 2003-cü ildə müvəffəqiyyətlə bitirdi. Tibb təhsilinin birinci semestrində ürək əməliyyatını canlı izləmək imkanı əldə etdi. O, bu əməliyyatdan o qədər təsirləndi ki, bu sahəyə yönəldi.

Dilek Gürsoy 2003-cü ildə Almaniyanın  Bad Oeynhauzen qəsəbəsindəki ürək klinikasında köməkçi həkim kimi fəaliyyətə başladı. O, əvvəlcə ürək transplantasiyası şöbəsində təcrübə qazandı daha sonra süni ürək mövzusunda ixtisaslaşmaq üçün əməliyyatlara qatılmağa başladı..

Dilek Gürsoy 2010-cu ildən süni ürəklə bağlı fəaliyyətini davam etdirir. 2012-ci ildə isə  o, Avropada süni ürək transplantasiyası əməliyyatını həyata keçirən ilk qadın cərrah kimi tarixə düşüb. Çoxsaylı mükafatlar qazanan və qazanmağa davam edən bu heyrətamiz qadın həm də Almaniya kardioloji cərrahiyyəsinin ən tanınmış simalarından birinə çevrilib.

Amma onun əsl məqsədi bir gün ondan kömək istəyən və ürək transplantasiyası gözləyən xəstələrinə “Artıq gözləməyə ehtiyac qalmadı'', “Bizim süni ürəklərimiz var” deyə bilmək. O, düşünür ki, xüsusən də yaşadığımız bu dövrdə, kosmosa turist göndərə bildiyimiz bir zamanda bunu deyə bilməliyik.

Bəli, mən sizin ən vacib orqanlarınızdan biriyəm. Məni unutmayın və mənə qayğı göstərin. Amma arzum budur ki, Dilek Gürsoy kimi həkimlərin sayəsində yaxın gələcəkdə bütün yorğun ürəklərə çarə tapılsın.

Hekayəmizi daha yaxşı bir həyat üçün çalışan hər kəsə və Dilek Gürsoya həsr etmək istəyirik. 



Әlaqәli Xәbәrlәr