Mövsümə görə yemək lazımdır, çünki … (mətin və audio)

Bu gün həm sağlamlığımız, həm də gələcək nəsillərin təhlükəsiz qida qəbul etməsilə bağlı bir mövzudan danışırıq

2111411
Mövsümə görə yemək lazımdır, çünki … (mətin və audio)
meyvə və tərəvəz_.png

Mövsümə görə yemək lazımdır

 

  Bu gün həm sağlamlığımız, həm də gələcək nəsillərin təhlükəsiz qida qəbul etməsilə bağlı bir mövzudan danışmaq istəyirik. Mövsümə görə yemək lazımdır, çünki …

  20-ci əsrin son rübünə qədər dünya əhalisinin əksəriyyəti kənd yerlərində yaşayırdı. Əsas gəlir mənbəyi əkinçilik və heyvandarlıq olan kənd yerlərində və ya yaxın ərazilərdə yaşayan insanların təzə tərəvəz və meyvələrə çıxışı indikindən daha asan idi. Lakin şəhərlər böyüdükcə, kəndlər boşaldıqca vəziyyət dəyişməyə başladı. Biz buna sürətlə artan əhalini də əlavə etdikdə kənd təsərrüfatı məhsullarının ənənəvi deyil, sənaye üsulu ilə istehsal olunduğunu görürük.

  Tez-tez eşitdiyimiz və ya dediyimiz “hanı o köhnə pomidorlar” kimi şikayətlər haqsız deyil. Çünki indi meyvə-tərəvəz daha çox sahədə deyil, istixanalarda yetişir. Günəşdə yetişən, vaxtı gələndə yığılan və satışa verilən mövsümi meyvə və tərəvəzlərə indi nadir hallarda rast gəlirik. Bu vəziyyət sağlamlığımız üçün 2 cəhətdən zərərlidir. Birincisi, süni mühitdə yetişdirilən kənd təsərrüfatı məhsullarının qida dəyəri aşağıdır. İkincisi, kimyəvi gübrə qalıqları bu istehsal növündəki qida məhsullarında daha çox olur.

  Sağlamlığımız üçün daha ciddi təhlükə mövsümdən kənar istehsal edilən, bir çox qidalarda olan konservant və kimyəvi maddələrin bağırsaq florasındakı faydalı mikroorqanizmləri zədələyərək immunitet sistemini zəiflətməsidir. Mövsümündə və təbii olaraq yetişdirilən meyvə və tərəvəzlər isə tərkibindəki yüksək lif sayəsində immunitet üçün son dərəcə əhəmiyyətlidir.

  Qeyri-təbii üsullarla istehsal olunan və süfrələrimizə çatan meyvə-tərəvəz gələcəyimizi də təhdid edir. Süni mühitlərdə istehsal, yığım, saxlama və qablaşdırma mərhələlərində istehlak edilən enerji və suyun bədəlini sonrakı nəsillər də ödəyir. Ona görə də hər meyvə-tərəvəzi mövsümündə yemək lazımdır ki, faydası dəysin, sağlığımız itməsin, ruhumuz-huzurumuz rahat, əhval-ruhiyyəmiz xoş olsun.



Әlaqәli Xәbәrlәr