Hobbilərimiz olmalıdır, çünki … (mətin və audio)

Bu gün bir çox insanın həyatında yeri olan və daha az adamın müntəzəm olaraq arxasınca getdiyi bir anlayış olan hobbilərdən danışırıq

2087048
Hobbilərimiz olmalıdır, çünki … (mətin və audio)
hobbi.jpg

Hobbi lazımdır, çünki ...

 

  Bu gün bir çox insanın həyatında yeri olan və daha az adamın müntəzəm olaraq arxasınca getdiyi bir anlayış olan hobbilərdən danışırıq.

  Hobbilərimiz olmalıdır, çünki …

  Vəzifə və məsləkdən kənar sevərək görülən, dinləndirən, rahatlaşdıran bir fəaliyyət kimi təyin olunan hobbi insanın boş vaxtını keçirmək, əylənmək, stressi atmaq və ya öyrənmək üçün həvəslə və zövqlə yerinə yetirilən bir işdir. Hobbilər investisiya vasitəsi də ola bilir. Orta və uzun müddət mütəmadi olaraq hobbi işlə məşğul olmaq işdən, ailədən və ictimai həyatdan kənarda vaxtı faydalı işlə idarə etmək bacarığı qazandırır. Bu mənəvi və bəzən maddi qazanc həm də iş və ailə həyatına müsbət təsir göstərir.  

  Hobbi insana öz qabiliyyətlərini inkişaf etdirməyə, özünü göstərməyə və yeni bacarıqlar əldə etməyə imkan verir. Bir çox oxşar maraqları olan insanlar hobbi qruplarında paylaşır. Bu gün kommunikasiya texnologiyasında əldə edilən səviyyə sayəsində insanlar dünyanın hər yerindən olan adamlarla ünsiyyət quraraq hobbilərini rahat şəkildə inkişaf etdirə bilir.

  Sosial mediada hobbi ilə bağlı məzmun yaratmaq da son vaxtlar çox adi hala çevrilib. Bu baxımdan hobbilər sosial ünsiyyətin yüksək səviyyədə yaşandığı vərdişlərə dönüb.

  Hobbilərin mühüm xüsusiyyəti vaxtdan passiv, boş deyil aktiv istifadə etməkdir. Televiziya və ya idman oyunlarına baxmaq hobbi sayılmır. Hobbilərdə fərdin alət çalmaq, topladığı əşyaları müəyyən xüsusiyyətlərə görə düzmək və sair kimi fiziki və zehni fəaliyyətləri əsas sayılır.

  Hobbilərin fiziki və ruhi sağlamlığa təsiri uzun illər araşdırma mövzusu olub. Tədqiqatlar göstərir ki, mütəmadi olaraq müəyyən hobbi ilə məşğul olanların, xüsusən də erkən gənclik dövründə psixo-sosial inkişafı hobbisi olmayanlara nisbətən daha müsbətdir. Gündə ən azı bir saat hobbi ilə məşğul olanların demans inkişaf riski az olurmuş. Hazırda mütəxəssislər yüngül və orta dərəcəli depressiyanın müalicəsində klinik üsullarla yanaşı, xəstələri də hobbi ilə müntəzəm məşğul olmağa təşviq edirlər.


Etiketlәr: #hobbi nədir

Әlaqәli Xәbәrlәr