Cəzalandırma əməliyyatları və PKK-nın çirkli neft şəbəkəsi

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun məqaləsi...

2090450
Cəzalandırma əməliyyatları və PKK-nın çirkli neft şəbəkəsi

Cəzalandırma əməliyyatları və PKK-nın çirkli neft şəbəkəsi

PKK terror təşkilatının İraqın şimalındakı dağlıq ərazilərdə Türkiye Ordusuna qarşı həyata keçirdiyi terror aktlarından sonra Türkiye Hərbi Hava Qüvvələri və Türkiyenin Milli Kəşfiyyat Təşkilatı  MİT-in PUA-ları İraq və Suriyada havadan bombardmanlarla Cəzalandırma əməliyyatı həyata keçirdi. Türkiye yeni doktrina olaraq terror təşkilatının həyata keçirdiyi hücumlardan sonra İraq və Suriyada hərtərəfli hava əməliyyatları həyata keçirir. Bu çərçivədə təşkilatın Suriya başda olmaq üzrə enerji infrastrukturu və istehsal obyektlərinin hədəfə alınması PKK-nın Suriyada neft və təbii qaza nəzarətinə bir daha diqqəti yönəltdi.

Terror təşkilatı PKK qış aylarında ümumilikdə qış yerləşməsi deyilən bir hərəkət tərzi ilə geri çəkilib, bu dövrdən özünü qoruma, təlim və ideoloji fəaliyyət göstərmək üçün istifadə etmişdir. Lakin son vaxtlarda xüsusilə İraqın şimalındakı dağlıq ərazilərdə Türkiye Silahlı Qüvvələrinə (TSQ) qarşı, ardıcıl hücumlar həyata keçirdi. Burada hava şəraitinin yaratdığı imkanlar ön plana çıxsa da, təşkilatın məğlubiyyət psixologiyasından qurtula və üzvlərinə ayaqdayam mesajını verə bilmək üçün bu “intihar” hücumlarını  həyata keçirdiyi düşünülə bilər. Nəhayət, bu hücumlarda təşkilat ciddi itkilər də verdi. Lakin burada beynəlxalq konyuktura və İsrailin Qəzzadakı hücumları kontekstində baş verən yeni regional güc mübarizəsini də əlavə etmək və təşkilatın həm özünə dəstək verən güc mərkəzlərinin Türkiyenin enerjisinin yenidən terrorla tükətilməsinə qarşı axtarışların da təsiri olduğunu unutmamaq lazımdır. Axırda bu hücumlar həyata keçirildi, Türkiye isə daha sonra çox sərt cavab verdi. Bu hərəkət tərzini konseptual hala gətirmək lazımdırsa, bunu Cəza əməliyyatları adlandıra bilərik.

İstanbulun İstiqlal küçəsində törədilən terror aktından sonra ilk dəfə həyata keçirilən bir doktrina olaraq, PKK-nın Türkiye, İraq yaxud da Suriyada hətaya keçirdiyi terror hücumlarından sonra təşkilatın xüsusilə Suriyadakı tərkip hissələrinə istiqamətli çox ağır hava bombardmanı həyata keçirərək hücumların dəyərini artırmağa əsaslanan bir doktrinadır. Bu son terror hücumlarından sonra Türkiye Silahlı Qüvvələri və MİT-ə bağlı SİHA-lar Suriyada kritik infrastruktur və üst strukturları, xüsusilə də təşkilatın tabeliyində olan strateji neft və təbii istehsal obyektlərini hədəf alan onlarla havadan bombardmanlar həyata keçirdi. Suveyda və Odeh neft yatağında neft və qaz hasilatı ilə paylayıcı qurğular bunlardan bəziləri idi. ABŞ-ın dəstəyi ilə Suriyadakı enerji ehtiyatlarının yetmiş faizindən çoxu təkcə PKK-nın nəzarətindədir ki, bu da potensial olaraq gündə 300 min barrel neft hasilatı, milyardlarla dollarlıq istehsal gücü deməkdir. Lakin sahədəki şərait və Türkiyenin hərbi müdaxilələri bu potensialın reallaşmasına mane olur və təşkilatın neft satışı hesabına özünü maliyyələşdirməsinin qarşısı qismən alınır. Türkiyenin önümüzdəki dövrlərdə müvafiq hava əməliyyatlarını artıracağını proqnozlaşdırmaq olar.



Әlaqәli Xәbәrlәr