İki mühüm qitə arasında körpü rolunu oynayan İstanbul

Bu qədim və möhtəşəm şəhəri ziyarət etməyə İstanbulun ən şərq səmtindəki Şilədən başladıq. Bu gün İstanbulun mərkəzinə bir az da yaxınlaşacağıq.

2061466
İki mühüm qitə arasında körpü rolunu oynayan İstanbul
İstanbul Boğazı2.jpg
istanbul.jpg

İki mühüm qitə arasında körpü rolunu oynayan İstanbul

Bu qədim və möhtəşəm şəhəri ziyarət etməyə İstanbulun ən şərq səmtindəki Şilədən başladıq. Bu gün İstanbulun mərkəzinə bir az da yaxınlaşacağıq.

Macarıstanın tanınmış şəxsiyyətlərindən olan memar Karoly Kos “İstanbul bir şəhərdir, hər hansı bir şəhər deyil” deyir və bu sözləri ilə İstanbulun asanlıqla izah edilə bilməyəcəyini və qısa vaxt ərzində ziyarət oluna bilməyəcəyini söyləyir. İnanın, minillik tarixi olan bu şəhəri ziyarət etmək üçün nə qədər vaxt lazım gələcəyini bilmirəm. İstanbulu gəzmək və kəşf etmək üçün bir ömür kifayət etməz deyirlər. Doğrudan da, İstanbulu qısa vaxtda ziyarət etmək, tanımaq mümkün deyil. Başlayaq, kəşf edək, görək nə qədər görə biləcəyik.

Qədim tarixçilər İstanbulu “Boğazın kraliçası”, yaxud da “Boğazın incisi” adlandırırlar. Doğrudan da, İstanbulun gözəlliyi dillərə dastandır, ifadəsinin söyləndiyi vaxtdan yüz illər keçməsinə baxmayaraq, İstanbulun gözəlliyi barədə hələ də danışılır. İstanbul iki qitəni birləşdirən dünyanın nadir şəhərlərindən biridir. Həm gözəlliyi, həm də strateji mövqeyi ilə bütün dövrlərin sevimli şəhəridir. Asiya və Avropa qitələrinin ortasında yerləşərək bu iki mühüm qitə arasında körpü rolunu oynayır. İstanbulun Asiya qitəsindəki torpaqları “Anadolu Yaxası” və ya “Asiya Yaxası” kimi tanınır. Avropa yaxası dünyanın hər yerindən gələn turistlərə daha yaxşı tanışdır, lakin mən sizə ilk dəfə eşidə biləcəyiniz bir şeyi danışacağam. İstanbulda ilk yaşayış məntəqəsi məhz Anadolu yaxasında qurulub. Antik dövrün məşhur tarixçisi Herodot yazırdı ki, Bizans qurulmazdan əvvəl Anadolu tərəfində yaşayış məntəqəsi olub. Herodotun "Korlar ölkəsi" adlandırdığı deyilən yer Kalkedon, indiki Kadıköydür.

Buna görə də hər iki sahildə haqqında danışılmağa layiq xüsusi yerlər və gözəl hekayələr var. Təbii ki, iki qitəni birləşdirən iki tərəf arasında fərqlər var! Məsələn, Anadolu yaxasında Avropa yaxası ilə müqayisədə daha az sıxlıq var. Çünki Anadolu yaxasının əhali sayı qarşı tərəfin yarısı qədərdir. Buna görə də daha sakit və daha az streslidir. Yollardakı tıxaclar da,  təbii ki, Avropa Yaxası ilə müqayisədə azdır. Buna görə də araşdırmalar Anadolu yaxasında yaşayan və işləyən istanbulluların daha sakit olduqları və daha az stress keçirdiklərini ortaya çıxarıb. Bundan əlavə, Avropa yaxası daha sürətli tikintiyə məruz qaldığından yaşıllıq sahələri daha azdır. Lakin Anadolu tərəfi meşələrlə, parklarla, yaşıllıqlarla zəngindir. Anadolu yaxasında yaşayanlar üçün şəhərdən uzaqlaşmadan təbiətlə təmas qurmaq və stresdən azad olmaq daha asandır. Məsələn, Beykoz, Üsküdar, Şile, Ağvaya çox qısa müddətdə və ictimai nəqliyyatla getmək mümkündür. Xüsusilə həftəsonları dinclik  axtaran istanbullular adını çəkdiyim bu yerlərə getməyə tez-tez üstünlük verirlər.

Avropa yaxasının bəzi mənfi cəhətlərinə toxundum, amma Avropa tərəfi tarixi dəyərləri ilə Anadolu yaxasını üstələyir. Məsələn, İstanbulun antik dövrdəki sərhədlərini müəyyən edən və şəhərin qurulduğu və inkişaf etdiyi bütün bölgə olan “Tarixi yarımada” Avropa yaxasında yerləşir. Sultanəhməd, Ayasofya, Topqapı Sarayı, Qapalıçarşı və diğər tarixi yerlər hər turistin görmədən dönmək istəmədiyi yerlərdir...

Hər iki tərəf də bir-birindən daha cəlbedicidir... Hər ikisini də ziyarət edib görəcəyik. “Səyyah”la o tərəfə keçərkən aldığımız simiti qağayılara atıb, Boğazın bənzərsiz gözəlliyindən zövq alacağıq.

İstanbul müxtəlif dinləri, mədəniyyətləri və sivilizasiyaları möhtəşəm bir coğrafiyada bir araya gətirir. Onun möhtəşəm keçmişi, valehedici silueti, təbiəti və tarixi hər cəhətdən insanları heyran edir. İstər Anadolu, istərsə də Avropa Yaxası insanları müxtəlif aspektlərdən özünə cəlb edir. İstanbul haqqında danışılacaq çox şey var, amma vaxtımız məhduddur. “Səyyah”dakı yerinizi və bizimlə görüşünüzü unutmasanız, İstanbul nağılına qulaq asmaqla yanaşı, bu nağılı bizimlə birlikdə yaşaya bilərsiniz.



Әlaqәli Xәbәrlәr