Hər cür quru öskürəyin təbii müalicə üsulları

Bu gün sizə “Hər cür quru öskürəyin təbii müalicə üsulları”ndan danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2052680
Hər cür quru öskürəyin təbii müalicə üsulları

Quru öskürəyin təbii müalicə üsulları

 

  Evdə tətbiq edə biləcəyiniz quru öskürək üçün ən yaxşı üsulları bir-biri sayırıq.

  • Bal. Hər növ öskürəyə qarşı bal bilinən ən qədim öskürək kəsicilərdəndir. Zəncəfil, limon, darçın və qara bibər ilə bal qarışdırıldıqda boğazın qıcıqlanmasının qarşısını alır və quru öskürəyi aradan qaldırmağa kömək edir. Təbii antiinflamatuar təsiri olan bal infeksiyaların aradan qaldırılmasında təsiredicidir.
  • Zəncəfil. Mədə xəstəliklərinə qarşı faydalı olan zəncəfil quru öskürəyə də yaxşı gəlir. Tənəffüs yollarının əzələlərini rahatlatmağa kömək edərək öskürək refleksini boğur. Bal ilə zəncəfili qarışdırıb çay kimi də istifadə etmək mümkündür.
  • Sarımsaq. Antibakterial və antiviral təsiri olan sarımsaq quru öskürəyə qarşı təsirlidir. Sarımsaq istifadəsi həm də soyuqdəymə əlaməti olaraq ortaya çıxan quru öskürəyə qarşı faydalıdır.
  • Sarıkök. İltihab əleyhinə olan sarıkök quru öskürəyə qarşı da istifadə edilir. Astma və quru öskürək kimi simptomları aradan qaldırmaqda yardımçı olur. Sarıkök çay və ya bal ilə qarışdırılaraq quru öskürəyə qarşı istifadə edilə bilir.
  • Duzlu su. Duzlu su ilə qarqara boğazda infeksiyanın qarşısını alır və boğazın nəmlənməsinə kömək edir. Quru öskürəyi aradan qaldırmaq üçün duzlu su ilə qarqara edərək quru öskürəkdən yaranan qıcıqlanmanın qarşısını almaq mümkündür.
  • Bitki çayları. Bal və limon əlavə etməklə nanə, kəklikotu, sarıkök, biyan kökü, zefir kökü və zəncəfil kimi bitki çaylarından istifadə etmək quru öskürəyi aradan qaldırmağa yardım edir.
  • Mərcan köşkü. Kəklikotunun bir növü kimi tanınan marjoram – mərcan kökü astma, bronxit və soyuqdəymə, həm də bu xəstəliklərlə əlaqəli quru öskürəkdən qurtulmağa yardımçıdır. Dörd çay qaşığı qurudulmuş mərcan kökünü qaynar suda dəmləyib gündə iki dəfə içmək öskürəyi aradan qaldırmağa kömək edir.
  • Biyan kökü. Biyan kökünün tərkibində boğaz ağrısını aradan qaldırmağa və boğazı nəm saxlamağa kömək edən maddələr olduğu üçün quru öskürəyə qarşı yaxşıdır. İki xörək qaşığı biyan kökünü qaynar suya töküb 10 dəqiqə dəmlədikdən sonra içmək məsləhətdir, amma dozasına diqqət edərək, çünki uzun müddət istifadəsi zamanı baş ağrısı və yorğunluğa səbəb ola bilir.
  • Zefir kökü. Adətən şərbət və ya pastil şəklində olan zefir kökü boğaz ağrısı və quru öskürək üçün də yaxşıdır və qıcıqlanmanın qarşısını alır.
  • Kəklikotu. Kəklikotu boğazdakı əzələləri rahatlatmağa kömək edərək quru öskürəyə yaxşı gəlir. Dörd çay qaşığı qurudulmuş kəklik otunu qaynar suda dəmləyib içmək lazımdır. Boğazı sakitləşdirmək üçün bir az bal da əlavə etmək mümkündür.
  • Bütün bunlarla birlikdə, bol maye qəbul etmək və buxarla nəfəs almaq boğazın nəmli qalmasına kömək edir və quru öskürəyə qarşı yaxşı gəlir.

  Evdə ən sürətli öskürək kəsən içkilər bunlardır:

• Alma çayı. Tərkibindəki C vitamini sayəsində alma çayı tənəffüs yollarını narahat edən bəlğəmi yumşaldır ki, bu da öskürəyə qarşı yaxşı gəlir.

• Süd. Qızdırılmış südə bal əlavə etməklə boğazda qıcıqlanma və öskürəyin qarşısını almaq olur. İsti süd boğazı sakitləşdirir və öskürəyi azaldır.

• Zəncəfil çayı. Toz halında olan zəncəfil 1 stəkan qaynadılmış suya tökülür, üzərinə darçın və mixək əlavə edilərək 5-6 dəqiqə dəmlənilir. Zəncəfil çayına bal əlavə etməklə öskürəyin tez kəsilməsinə nail olmaq mümkündür.

• Bunlardan başqa, itburnu, heyva, çökə, adaçayı, nanə, ekinezya çayları, badam-portağal şirəsi, zəncəfil-darçın qarışıq çay, qara bibərlə bal, tut və üzüm bəkməzləri, turp və bal qarışığı da öskürəyin qarşısını sürətlə almağa kömək olur.

 



Әlaqәli Xәbәrlәr