Tekstil sektorunda su istifadəsi sürətlə artır

Tekstil sektoru ildə təxminən 79 milyard kubmetr su istifadə edir.

2045555
Tekstil sektorunda su istifadəsi sürətlə artır

Tekstil sektorunda su istifadəsi sürətlə artır

Tekstil sektoru ildə təxminən 79 milyard kubmetr su istifadə edir. Bunun  2030-cu ildə 120 milyard kubmetrədək artması gözlənilir.
Pambıq köynək hazırlamaq üçün təxminən 2700 litr su sərf edildiyini bilirsinizmi? ''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində tekstil sektorunda bir ildə istifadə edilən su miqdarından danışacağıq.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) və Avropa Parlamentinin hesabatlarına görə, dünyada tekstil sektorunda hər il təxminən 79 milyard kubmetr su istifadə olunur.
İldə 5 milyon insanın su ehtiyacını ödəyən bu miqdarın 2030-cu ildə 120 milyard kubmetrәdәk artacağı təxmin edilir.
Pambıqdan bir köynək hazırlamaq üçün təxminən 2700 litr su sərf edilir. Bu miqdar bir insanın 2,5 illik içməli su miqdarına bərabərdir.
Bir cüt cins şalvarın istehsalında istifadə olunan təxminən 7500 litr su bir insanın 7 il ərzində içməli su miqdarına bərabərdir.
2000-2015-ci illər arasında geyim istehsalı iki dəfə artsa da, sürətli moda trendi səbəbindən geyim məhsullarının  istifadəsi azalıb.
Qlobal çirkab sularının 20 faizinin istehsal olunduğu moda sektorunda hər saniyə tekstil materialları ilə dolu bir zibil maşını yandırılır və ya atılır.
İstifadə olunmuş paltarların yarısından azı təkrar istifadə və ya təkrar emal üçün toplanır, bu paltarların yalnız 1 faizi yeni paltara çevrilir.
Enerjidən sonra atmosferi çirkləndirən ikinci sənaye olan moda sənayesi qlobal karbon emissiyalarının 10 faizini təşkil edir. Bu nisbət beynəlxalq uçuşlar və gəmi daşımaları nəticəsində yaranan ümumi karbon emissiyalarından çoxdur.
Bəs tekstil sektorunda necə qənaət edə bilərik?
Məhsulların lazımi temperaturda yuyulması, lazımi dərəcədə və üsullarla qurudulması, bəzi məhsulların təlimatlara uyğun olaraq quru təmizlənməsi çox vacibdir.
Bu zaman həm suya, həm də enerjiyə qənaət etmək mümkündür.
Bundan əlavə, tekstil müəssisələri təkrar emala sərmayə qoymalı və tullantı sularının istifadəsinə diqqət yetirməlidir.
Digər tərəfdən istifadə olunan su yenidən süzülərək istifadə edilməlidir. Xüsusilə, tullantı sularının 70 faizinin təkrar emalı variantı da nəzərdən keçirilməlidir.

 

Mənbə: Anadolu Agentliyi



Әlaqәli Xәbәrlәr