Şam meşələri ilə örtülmüş sıldırım yamacları, yamaclarında taxta evləri və yaylaları ilə Kocaeli

Şam meşələri ilə örtülmüş sıldırım yamacları, yamaclarında taxta evləri və yaylaları ilə Kocaeli bizə Qara dəniz bölgəsini xatırlatsa da, Mərmərə Bölgəsində yerləşir.

2043247
Şam meşələri ilə örtülmüş sıldırım yamacları, yamaclarında taxta evləri və yaylaları ilə Kocaeli
uzunkum.jpg
Çoban Mustafa Paşa Camii Kocaeli Gebze.jpg

Şam meşələri ilə örtülmüş sıldırım yamacları, yamaclarında taxta evləri və yaylaları ilə Kocaeli

Qayığımızdan çıxan köpükləri arxamızda buraxaraq Qara dənizdə səyahətimizə davam edirik. Bugünkü marşrutumuz Kocaelidir. Şam meşələri ilə örtülmüş sıldırım yamacları, yamaclarında taxta evləri və yaylaları ilə Kocaeli bizə Qara dəniz bölgəsini xatırlatsa da, Mərmərə Bölgəsində yerləşir. Üstəlik, İstanbula çox yaxındır və buna görə də, xüsusilə həftə sonları bir çox ziyarətçi tərəfindən ziyarət nöqtəsi olaraq seçilir. Buraya yayda gündəlik piknikçilər, payız və qışda isə düşərgə və motosiklet həvəskarları üstünlük verir.

Sakaryadan Kocaeliyə səyahət edərkən dayanacağımız ilk yer Uzunkum təbiət parkıdır. Park bir tərəfində dəniz, digər tərəfində meşə olan möhtəşəm təbiət parçasıdır. Elə bir bir filmin səhnəsidir. Quru yolu ilə səyahət edəcəklər bu yola uyğun maşına üstünlük verməlidirlər. Ona görə də çox ziyarətçi yoxdur, amma qayıqla getdiyimiz üçün bu bizim üçün problem deyil. Bu sakit və toxunulmaz yerdə təbiətlə vaxt keçirmək, çimərlikdə və ya düşərgədə uzun gəzintilər etmək və günəşin doğuşunu izləmək istəməzdinizmi?

Buradan baxanda düz qarşınızda gördüyünüz ada Kefken adasıdır. Qara dənizdə irili-xırdalı adalar olsa da, bu adalarda insan yaşamır. Kefken adası Qara dənizdə üzərində insanyaşayan yeganə ada kimi tanınır. Adaya on dəqiqəlik yoldan sonra çatmaq olar. İndi marşrutumuzu Kefkenə çevirək. Adada Ellinistik, Roma və Bizans dövrlərinə aid şəhər divarlarının xarabalıqları və su anbarları var. Kefken adası köçəri quşların keçid yolunda yerləşdiyi üçün quş müşahidəçilərinin üstünlük verdiyi yerdir. Adanı gəzdikdən sonra yenidən qarşı sahilə keçirik. Qazlı suları və incə qumlu geniş çimərliyi ilə Mavi bayraq meyarlarına sahib Cebeci var. Xatırladaq ki,  Mavi bayraq həm çimərliyin, həm də dənizin təmizliyinin simvludur. İstər bu gözəl çimərlikdə dənizdən və qumdan həzz alın, istər balıq ovuna gedin, istərsə də meşə ilə əhatə olunmuş bu gözəl yerdə gəzintiyə çıxın. Burada ediləcək çox şey var! Amma bütün vaxtımızı burada keçirməyəcəyik, çünki Kefkendə mütləq görməli olduğunuz bir yer var: Pink Rocks. Bu, tarixdən əvvəlki dövrlərdən günümüzə qədər gəlib çatan və fərqli görünüşü ilə diqqət çəkən bir yerdir. Bu yer qədim zamanlardan karxana kimi istifadə olunub. Çünki daşların bu fərqli rəngi fərq yaradır və memarlıqda üstünlük verilir. Üstəlik suda yumşaq olan çəhrayı qayalar çıxarıldıqdan sonra sərtləşir! Yəni, onları kəsmək çox əmək tələb etmir və buna görə də əsrlər boyu buradan müxtəlif yerlərə gəmilərlə materiallar daşınıb. Osmanlı dövründə Sultanəhməd məscidi və Rumeli qalasının tikintisində qayalardan istifadə edilmişdir.

Bənzərləri ilə nadir hallarda rastlaşacağınız çəhrayı qayaların rəngi, günəş batınca yayılan qırmızı rənglər sayəsində daha qabarıqlaşır. Bir-birindən fotolar çəkmək istəyənlər körpü tərəfinə üz tutsunlar.

Buradan Kerpəyə keçək. Kerpenin digər mühüm xüsusiyyəti Türkiyenin Qara dəniz sahillərində aparılan ilk elmi sualtı qazıntılara ev sahibliyi etməsidir.

Kerpe də Kefken kimi Mavi bayraqlı çimərlikləri ilə məşhurdur. Dəniz sörfinq üçün də əlverişlidir. Bununla belə, bir daha xatırlatmaq istəyirik ki, su axını ilə bağlı xəbərdarlıq edilən yerlərdən uzaq durmalısınız və dənizdə mütləq üzməməlisiniz, çünki səfərlərimiz zamanı dəfələrlə təkrar etdiyimiz kimi, Qara dəniz bir qədər təhlükəli dənizdir.

Kerpenin ən uzaq nöqtəsində Kartal qayaları var. Min illər boyu dalğaların formalaşdırdığı qat-qat təbəqələrdən ibarət olan bu təbiət möcüzəsi qayalıqlar fərqli görünüşləri ilə diqqət çəkir. Və ziyarətçilərə gün batımında gözəl fotoşəkillər çəkmək imkanı təqdim edir.

Bu gün vaxt sürətlə keçdi və biz Kocaeli sahillərinə daha gedə bilmədik. Bununla belə, bu şəhərdə hələ də görməli yaylalar, dərələr və gözəl şəlalələr var. Buraları da görmədən getmək olmaz. Gələcək söhbətimizdə görüşənədək.

Bu gün vaxt sürətlə keçdi və biz Kocaeli sahillərinə daha gedə bilmədik. Bununla belə, bu şəhərdə hələ də görməli yaylalar, dərələr və gözəl şəlalələr var. Buraları da görmədən getmək olmaz. 

Әlaqәli Xәbәrlәr