Səhər yeməyinin sağlamlıq üçün faydaları (audio)

Bu gün sizə “Səhər yeməyinin sağlamlıq üçün faydaları”ndan danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2036816
Səhər yeməyinin sağlamlıq üçün faydaları (audio)

Səhər yeməyini yeyənlər və yeməyənlərin sağlamlıq vəziyyəti

 

   Səhər yeməyinin ən mühüm xüsusiyyəti maddələr mübadiləsini gücləndirməsi və gün ərzində daha çox kalori əritməyə kömək etməsidir. Amma səhər yeməyini yemədiyimiz zaman vücud gələn kaloriləri yandırmaq əvəzinə saxlayır. Araşdırmalar göstərib ki, səhər yeməyini atlayan insanlar gün ərzində az kalori belə qəbul etsələr, bədəndə kütlə indeksi yüksək olur.

  Günə səhər yeməyi ilə başlamağın əsas faydaları bunlardır:

  • daha az çəkiyə malik olmaq,
  • gün ərzində daha az yağ istehlakı,
  • daha çox gündəlik kalsium qəbulu,
  • daha çox gündəlik lifə malik olmaq,
  • daha yaxşı performans qazanmaq,
  • məktəb yaşlı uşaqlar üçün yaddaş və diqqətin artması.

  Əgər səhəri sağlam qidalansaq, doyurucu yesək, gün ərzində daha az yeyərik.

  Tarazlı səhər yeməyi enerji verir. Səhər yeməyini atlayanların gün ərzində fiziki aktivliyi və enerji sərfiyyatı az olur. Xərclənən enerji azaldıqca arıqlamaq çətinləşir. Uzun müddət ac qalan orqanizm növbəti yeməkdə qəbul edilən qidaları yağa çevirir və ehtiyatda saxlayır. Bu mənfi təsirlərin qarşısını almaq üçün oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yemək lazımdır.

  Səhər yeməyi yeyən insanlar yeməyənlərə nisbətən daha çox fiziki fəaliyyət göstərə bilir. Bunun səbəbi səhər yeməyin günə daha çox enerji ilə başlamağa kömək etməsidir.

  Səhər yeməyi yeyənlər atladanlara nisbətən gün ərzində daha çox kalori işlədir, lakin aktiv olduqları üçün kökəlmirlər.

  Yuxudan durandan sonra səhər yeməyi yemək insana ehtiyac duyulan enerjini əldə etmək üçün fiziki və psixoloji daha yaxşı hiss etdirir. Səhər yeməyi yeməyənlərdə gün ərzində yorğunluq, halsızlıq, konsentrasiyanın azalması, qanda şəkərin aşağı düşməsi və yuxusuzluq hiss edilir. Bundan əlavə, səhər yeməyi yeməyənlər gün ərzində yağlı və şəkərli qidalara daha çox meyilli olur, yeyənlər isə iştahlarını yaxşı idarə edə bilir.

KEÇİD

  Səhər yeməyi ürəyi qoruyur. Səhər yeməyi yeməyən insanların ürək xəstəliyindən əziyyət çəkmə ehtimalı yeyənlərə nisbətən daha çoxdur. Tədqiqatlar göstərir ki, səhər yeməyini atlayan insanlar kökəlirlər ki, bu da diabet, yüksək xolesterin və təzyiqə səbəb olur, bütün bunlar ürək xəstəliyi riskini artırır.

  Yaddaş və diqqət üçün. Səhər yeməyinin konsentrasiyanı yaxşılaşdırmaq, diqqətin yayınmasının qarşısını almaq və yaddaşı gücləndirmək kimi təsirləri var. Beyin üçün lazım olan enerji təmin olunduqda öyrənmə qəbul olunur. Səhər yeməyi yeyilmədikdə uzun müddət davam edən oruc müddəti qan şəkərinin ən aşağı səviyyəyə düşməsinə səbəb olur və beyin kifayət qədər qlükoza ala bilmir. Bu da konsentrasiyanın və səmərəliliyin azalmasına səbəb olur.

  Səhər yeməyi həm böyüklərdə, xüsusən uşaqlarda yaddaşı, konsentrasiyanı, məlumatın emal sürətini, düşünmə, öyrənmə və danışma qabiliyyətlərini yaxşılaşdıra bilir.

  Diabet riskini azaldır. Erkən səhər yeməyi şəkərli diabetə səbəb ola biləcək qan şəkərinin dəyişməsinin qarşısını almağa kömək edir.

Tədqiqatlar göstərir ki, səhər yeməyi yeyən insanlarda şəkərli diabetə tutulma riski daha azdır. Səhər yeməyini atlayan insanlarda isə yeməkdən sonra şəkər və insulin səviyyəsi daha yüksək olur, çünki səhər yeməyini atlatmaq insulin həssaslığını pozur. Eyni zamanda, səhər yeməyini gecikdirən və ya yeməyənlər gün ərzində daha tez-tez aclıq hiss edir və yeyərkən də çox yeyirlər. Bu da şəkər mübadiləsini pozur ki, nəticədə diabetə gətirib çıxarır.

  Saç tökülməsi ilə mübarizə. Səhər yeməyini atlatmaq saç tökülməsinə də səbəb ola bilir. Amma proteinlə zəngin səhər yeməyi saçları qidalandırır və sağlam saçların uzanmasını dəstəkləyir.

  Baş ağrıları və miqrenlə mübarizə aparır. Səhər yeməyindən məhrum olmaq qan şəkəri səviyyəsinin aşağı olması (hipoqlikemiya) səbəbindən baş ağrısı və miqrenlə nəticələnə bilir. Səhər yeməyini atmaq miqreni tətikləyir.

  Lif qəbulu. Səhər yeməyi yüksək miqdarda həll olunan lifi almaq üçün mükəmməl bir vaxtdır.

  Daha yaxşı əhval-ruhiyyə. Sağlam səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır. Araşdırmalara görə, gecə yuxusundan sonra səhərlər yemək beynin şəkər ehtiyatını doldurur. Çox adam səhər yeməyindən sonra daha yaxşı əhval-ruhiyyə qazanır və az hirsli olur.

  Hansı növ səhər yeməyi yaxşısıdır? Səhər yeməyinin müsbət təsirlərindən maksimum səviyyədə faydalanmaq üçün açma, poğaça, qoğal, bulka kimi yüksək yağ tərkibli və tez acdıran xəmir

 yeməklərindən uzaq durun. Ən yaxşı səhər yeməyi tam taxıllı çörək, pendir, yumurta, pomidor, xiyar, zeytun və qoz kimi qidalardan ibarətdir.  



Әlaqәli Xәbәrlәr