Türkiyenin Balıkəsir şəhərində onlarla unikal pendir növünün istehsal olunduğunu bilirsinizmi?

Bir çox mədəniyyətlərdə süfrələrin vaz keçilməzi olan pendirin tarixi eramızdan əvvəl 5000-ci illərə gedib çıxır.

2032503
Türkiyenin Balıkəsir şəhərində onlarla unikal pendir növünün istehsal olunduğunu bilirsinizmi?

Türkiyenin Balıkəsir şəhərində onlarla unikal pendir növünün istehsal olunduğunu bilirsinizmi?

Türkiyenin Balıkəsir şəhərində onlarla unikal pendir növünün istehsal olunduğunu bilirsinizmi?

Bir çox mədəniyyətlərdə süfrələrin vaz keçilməzi olan pendirin tarixi eramızdan əvvəl 5000-ci illərə gedib çıxır. Orta Şərq və Avropadan gəldiyi düşünülən pendir Türkiyədə də çox istifadə edilən qidalardandır. Anadolunun hər bölgəsində müxtəlif pendir növü istehsal olunur. Mədəni cəhətdən qorunan və iqtisadi dəyər kimi dəstəklənən pendirlər Türkiyedə 1995-ci ildən etibarən  "coğrafi işarə" siyahısına salınıb.

Balıkəsir bölgəsi pendir istehsalı baxımından Türkiyenin ən zəngin yerlərindən biridir. Balıkesir şəhəri həm Mərmərə, həm də Egey dənizləri ilə əhatə olunub. Yerləşdiyi bölgə və iqlimi şəhərin bütün rayonlarında zəngin mədəniyyətlərin və adət-ənənələrin formalaşmasına şərait yaradıb. Bölgədə məskunlaşan köçərilər, tatarlar, bosniyalılar, albanlar, gürcülər, çərkəzlər heyvandarlığı və südçülüyü inkişaf etdirərək iqtisadi əhəmiyyət kəsb edən pendirin müxtəlif növlərini hazırlayıblar.Təkcə bu bölgədə 50-yə yaxın pendir növü qeydə alınıb. Türkiyenin pendir cənnəti olaraq bilinən Balıkəsir şəhəri gündəlik iki min iki yüz ton süd istehsalı ilə Türkiyenin ilk üç şəhəri arasındadır. Balıkəsirdə iribuynuzlu və xırdabuynuzlu heyvanlar otlaqlarda təbii üsullarla bəslənildiyi üçün burada istehsal olunan pendirlər daha dadlıdır.

Balıkəsirdə bəzi pendir növləri brend statusu qazansa da, bir çoxu kənd yerlərində və evdə istehsal edildiyi üçün tanınmır. Bu ləzzətlərin təbliği üçün iki il davam edən araşdırmadan sonra  “50 pendir növünə sahib Balıkesir” adı altında bir kitab dərc edilib. Balıkəsirdəki pendir növlərinin hekayəsi, tarixi və istehsalından bəhs edilən kitabda artıq çox az hazırlanan pendir növləri də yer alıb. “50 pendir növünə sahib Balıkesir” adlı kitab UNESCO-nun Qastronomiya sahəsində “yaradıcı şəhər” adını daşıyan Çinin Makao şəhərində 2019-cu ildə keçirilən beynəlxalq Gourmand Cookbook Award müsabiqəsində Türkiyeni təmsil edib. Kitabın müәlliflәri Berrin Bal Onur və Neşe Aksoy Biberdir.

Qeyd edәk ki,  kitab  "pendir və süd" kateqoriyasında "dünyanın ən yaxşısı" seçilib.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr