Qansızlığa – anemiyaya qarşı təbii müalicə üsulları

Mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2029082
Qansızlığa – anemiyaya qarşı təbii müalicə üsulları

Qan azlığına qarşı təbii müalicələr

 

   Qan azlığı, yəni anemiya bədənin orqan və toxumalara kifayət qədər oksigeni daşımaq üçün kifayət qədər sağlam qırmızı qan hüceyrələrinə malik olmadığı zaman meydana gələn bir vəziyyətdir. Qan dövranındakı qırmızı qan hüceyrələrinin sayı azaldıqda anemiya meydana gəlir.

  Anemiya əsasən bu səbəblərdən baş verir: bədəndə kifayət qədər qırmızı qan hüceyrəsinin yarana bilməməsi, qanama zamanı qırmızı qan hüceyrələri itkisi, qırmızı qan hüceyrələrinin normaldan daha az müddətdə məhv olması.

  Qan azlığının müalicəsi anemiyanın növünə, gedişatına və şiddətinə görə dəyişir. Müalicənin əsas məqsədi qansızlığa səbəb olan vəziyyəti aradan qaldırmaqdır. Dəmir çatışmazlığı və fol turşusunun səbəb olduğu anemiya üçün pəhrizdə qırmızı ət istifadəsi artırılmalıdır. Qırmızı ətdən başqa, həkimin tövsiyə etdiyi yaşıl tərəvəz və meyvələri də əskik etmək olmaz. Bu meyvə-tərəvəzlər hansılardır?

  Göy-göyərti - ispanaq, kələm, kələm və pazı sağlığı qorumaq və qansızlıq pəhrizinə dəmir və C vitamini əlavə etmək üçün vacibdir.

  Sitrus meyvələri qan azlığı olanlara çox faydalıdır. Tərkibində dəmiri udmağınıza kömək edən yüksək miqdarda C vitamini var. Sitrus meyvələrinə limon, narıngi, portağal, nar, ərik, qreyfurt daxildir.

  Lobya və noxud kimilər böyük dəmir mənbəyidir.

  Balqabaq və günəbaxan toxumları sağlam qansızlıq pəhrizinə yaxşı əlavədir.

  Kartof anemiya pəhrizinə daha çox dəmir əlavə etmək üçün əla və asan yeməkdir.

  Çuğundur qansızlığı aradan qaldırmaq üçün mükəmməl bir tərəvəzdir. Dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırmağa kömək edir. Buna görə də, uzun müddət qəbul edildikdə qanda oksigenin səviyyəsi tədricən artır.

  Çuğunduru həm çiy, həm bişmiş, həm də əzib mayeləşdirməklə meyvə suyu kimi qəbul etmək olur.

  Qara zirə (çörək otu) dəmir çatışmazlığına xeyirlidir. Tərkibindəki dəmirlə zəngindir.

  İspanaq və kərəviz. Anemiya, adətən, qan dövranı insan orqanizmində lazım olduğu qədər hemoqlobin istehsal edə bilmədiyi zaman qanda fol turşusunun çatışmazlığından yaranır. Əgər müntəzəm olaraq ispanaq və kərəviz qəbul olunsa, bu vəziyyəti aradan qaldırmaq mümkündür. Bu yarpaqlı göyərtilər B12 vitamini, fol turşusu və digər həyati əhəmiyyət kəsb edən qidaların təbii qaynağıdır. Onları gündəlik yeməyin bir parçası etməklə çox qısa müddətdə müsbət təsirini gösmək mümkündür.

  Banan C vitamini, fol turşusu kalium və dəmirlə zəngindir. Yaşıl və ya yetişmiş banan qəbulu dəmirin səviyyəsini artırmağa kömək edir.

  Xurma, kişmiş və əncir C vitamini və dəmirin əla mənbəyidir. Vitamin C immunitet sistemini gücləndirir və vücudun dəmiri daha yaxşı mənimsəməsinə yardımcı olur. Əncir dəmir, A vitamini, maqnezium və fol turşusu ilə zəngindir. Səhərlər həftədə ən azı üç dəfə bir ovuc əncir, xurma və kişmiş yemək hemoqlobin səviyyəsinin artmasına kömək edir.

  Qara küncüt dəmirlə zəngindir, zəiflik və qan azlığı olanlara məsləhət görülür.

  İstəkli dinləyicilər, bu gün sizə “Qansızlığa – anemiyaya qarşı təbii müalicə üsulları”ndan danışdıq. Mətni doktor Mehmet Uçar hazırlamışdı, mən Sevda Mirzə oxuyub təqdim etdim.



Әlaqәli Xәbәrlәr