Hakan Fidanın xarici siyasәt perspektivi

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Hakan Fidanın xarici siyasәt perspektivi” başlıqlı mәqalәsini tәqdim edirik…

2022823
Hakan Fidanın xarici siyasәt perspektivi

Həftənin Analizi-50

Xarici işlər naziri Hakan Fidan 14-cü Səfirlər Konfransında milli xarici siyasətə baxış və nazirliyin rolu ilə bağlı ən əhatəli çıxışlardan birini etdi. Qlobal sistemin “mürəkkəb və çoxsaylı böhran” yaşadığını vurğulayan H.Fidan mövcud ədalətsizliyə, artan risklərə və sistemdə “dəyişiklik” ehtiyacına diqqət çəkdi. Nazir prezident Ərdoğanın rəhbərliyində Türkiyenin aparıcı dövlətlərdən biri kimi yeni beynəlxalq sistemi formalaşdıranlar sırasında olacağını vurğuladı. H.Fidan bildirdi ki, Türkiyenin yeni əsrinin xarici siyasətinin perspektivi “ölkəmizi sistem qurucularından birinə çevirmək”dir.

Şübhəsiz ki, Türkiye təkbaşına hərəkət etməyəcək, əksinə, “yeni həll yönümlü çoxtərəflilik anlayışını” təmsil edəcək. Pandemiya və Ukraynadakı müharibə zamanı olduğu kimi “hərtərəfli və əhatəli beynəlxalq sistem yaradılması” üçün digər ölkələrlə birgə işləyəcək.

Xarici işlәr naziri Hakan Fidan çıxışında dörd əsas strateji hədəfi vurğuladı: “Bölgəmizdə sülh və təhlükəsizliyin bərqərar olması, xarici əlaqələrimizi struktur əsasda qurmaq, firavanlıq mühitini inkişaf etdirmək və qlobal məqsədlərimizə nail olmaq”. Bu məqsədlərə çatmaq üçün iqtisadiyyatdan müdafiəyə, enerjidən rabitəyə qədər bir çox sahənin koordinasiyası ön plana çıxır. Türkiyenin xarici siyasətinin bölgələrə, ölkələrə və məsələlərə bu məqsədlərə uyğun yanaşmasını ümumiləşdirən H.Fidanın “milli xarici siyasət baxışı” həm Ərdoğanın inteqrasiya olunmuş siyasi anlayışı, həm də hökumətin 2023-cü il seçki manifestinin konseptuallaşdırılması ilə üst-üstə düşür.

Hakan Fidanın qarşıdakı beş il üçün bəyan etdiyi məqsəd və baxışının real olduğu və iyirmi illik xarici siyasət təcrübəsinə əsaslandığı başa düşülür. Ukrayna müharibəsinin qlobal sistemə yeni qeyri-müəyyənliklər və münaqişələr gətirdiyi də göz qabağındadır. Afrikadakı ardıcıl çevrilişlər yeni böyük güc rəqabəti üçün bir mərhələ olacaq. Qlobal və regional gücləri yeni böhranlar və münaqişələr gözləyir.

Belə bir şəraitdə H.Fidanın ifadə etdiyi milli xarici siyasət baxışı həm ehtiyacdan, həm də Türkiyenin üzərinə götürdüyü yeni beynəlxalq status axtarışına əsaslanır. Bu baxış iddialı görünür, lakin macəralı deyil. İnstitusionallaşmaya, inteqrasiyaya, prinsiplərə, çoxtərəfliliyə, dostlar və müttəfiqlərlə işləməyə üstünlük verir. Ancaq, mövcud böhranların həllində və idarə olunmasında real gözləntilərə malikdir. Həmçinin təhlükəsizlik problemlərinin risklərindən xəbərdardır. Təbii ki, milli xarici siyasət baxışını əldə edə bilmək Türkiye üçün mühüm koordinasiya və potensialın artırılmasını tələb edir.

Bu nöqtədə prezident Ərdoğanın təsirli liderliyi və təcrübəsi ən böyük üstünlük kimi önə çıxır. Nazir H.Fidan Türkiyenin yeni əsri ilə bağlı fikirlərini reallaşdırmaq üçün nazirliyə təyin etdiyi rolu üç başlıq altında ümumiləşdirir. Xarici əlaqələrin hər baxımdan inventarını hazırlamaq, mövcud problemlər və strateji imkanlar barədə mövqelər hazırlamaq, nazirliklər və qurumlar arasında koordinasiya təmin etmək.

H.Fidanın Xarici İşlər Nazirliyi qarşısında qoyduğu bu üç missiya diplomatları daha fəal və məhsuldar olmağa məcbur edəcək və Türkiyenin son illərdə əldə etdiyi diplomatik fəallığı gücləndirəcək.



Әlaqәli Xәbәrlәr