"Vaqner" qiyamı vә mümkün nәticәlәri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun “Vaqner qiyamı vә mümkün nәticәlәri”  başlıqlı mәqalәsi.

2007902
"Vaqner" qiyamı vә mümkün nәticәlәri

Həftənin Analizi-45

Rusiya Ukrayna müharibəsinə fokuslanmış yay üçün mümkün olan hücuma hazırlaşarkən gözlənilməz yerdən zərbə gördü, gücləndirib böyütdüyü "Vaqner" adlı muzdlu ordu birdən-birə Ukraynada cəbhə xəttindən geri çəkildi və Rusiyanın daxilində Moskvaya tərəf  istiqamət aldı. Rusiya Ordusu çarəsizcəsinə seyr edərkən, Putin, hakimiyyətinin ən böyük problemi ilə üzləşdi. Nəhayət, "Vaqner" Moskvaya 200 km-ə yaxınlaşanda Belarus lideri Aleksandr Lukaşenkonun müdaxiləsi ilə razılaşma əldə olunanda "Vaqner" dayanıb geri çəkildi. Bununla belə, "Vaqner" qiyamının həm Rusiya həm də Ukrayna başda olmaqla Suriya və Liviya kimi ölkələrdə  mühüm nəticələri olacaq.

İyunun 24-də "Vaqner"ә bağlı muzdlular Ukraynada cəbhə xəttini tərk edərək qəfil Rusiyaya daxil olaraq Rostov kimi şəhərləri ələ keçirərək Moskvaya doğru irəlilədilər ki, bu da yəqin ki, bütün dünya kimi Rusiya prezidenti Putini şoka saldı. Rusiya tərəfindən yaradılıb, böyüdülən və demək olar ki, heç bir məsuliyyət daşımayan əzələ gücü kimi istifadə olunan "Vaqner" bu dəfə Rusiyanın maraqlarına deyil, birbaşa özünə təhlükə olaraq Moskvaya doğru irəliləyirdi. Rusiyanı yaxından izləyən ekspertlər bilirdilər ki, Rusiya Müdafiə Nazirliyi ilə Priqojinin rəhbərlik etdiyi "Vaqner" arasında ciddi problemlər var. Xüsusilə, Priqojin son vaxtlar çox sərt açıqlamalar verib, müdafiə naziri Şoyqunu və Baş Qərargah rəisi Gerasimovu vətənə xəyanətdə ittiham etdi. Onların Ukrayna müharibəsini çox pis idarə etdiklərini vurğuladı. Son olaraq isə Rusiya Ordusunun "Vaqner"in düşərgələrini bombaladığını iddia etdi vә sonra ədalət yürüşü olaraq xarakterizə etdiyi hərbçi hәmlәyә başladı. Əslində, Rusiya Müdafiə Nazirliyi "Vaqner"in tabeliyində olanların birbaşa onunla müqavilə imzalaması prosesini başlatmışdı. "Vaqner"in həddən artıq gücləndiyini və nəzarətdən çıxdığını hiss edirdi. Lakin lazımi addımların atılması barәdә çox gec qalınmışdı və beynәlxalq miqyasda Rusiyanı çox çətin vəziyyətə salan, onu kövrək zəif bir ölkə mövqeyinә gәtirәn qiyam başladı. Qiyamın özü və davam edən proses Priqojinin bir çox iddialarını da təsdiqlədi. Rusiya Ordusu "Vaqner"in şəhərləri ələ keçirməsinə mane ola bilmədi, hətta Moskvanı müdafiə etmək gücündə olmadığını sübut etdi. Həm kəşfiyyat, həm də əmr-nəzarət baxımından ciddi zəifliklərinin olduğunu bir daha ortaya qoydu. Putin dә Rusiya prezidenti kimi bu prosesdən ən çox əziyyət çəkənlərdən biri oldu. Təbii ki, Moskvanın dərin sularında "Vaqner"i arxadan dəstəkləyən elitanın kimliyi hələ bəlli deyil və Belarusun vasitəçiliyi ilə əldə olunan razılaşmanın nəticələri də elәcә. Amma Putinə qarşı kiminsә qazandığını görә bilmәk çətin deyil.

Bundan əlavə, Rusiyadakı bu qiyamın Ukrayna müharibəsində ciddi nəticələri olacaq. Çox güman ki, Ukrayna ordusu və onun müttəfiqləri müharibədə qalib gəlmək əzmini artıracaq təsirə malik olacaq və “Vaqner”in Suriya və Afrikanın müxtəlif ölkələrində mövcudluğunun gələcəyi də şübhə altına alınacaq. Moskvanın dəstəyi olmadan "Vaqner"in buralarda daha çox varlıq göstərməsi elə mümkün olmaya bilər, lakin "Vaqner"in dəmir yumruğu olmadan da Rusiya üçün geosiyasi itkilər gündəmdə olacaq. Putinin bundan sonra idarə etməsi lazım gələn çox çətin bir tənliyi var. Düşmənləri isə daha çox qəzəblənib.



Әlaqәli Xәbәrlәr