Türkiyenin xarici siyasət parametrləri

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsini tәqdim edirik.

2000506
Türkiyenin xarici siyasət parametrləri

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq ilk xarici səfərini Şimali Kıbrıs Türk Cümhuriyyəti və Azərbaycana edib. Onun həyata keçirdiyi səfərlər zamanı verdiyi mesajlar Türkiyenin yeni dövrdəki xarici siyasəti ilə bağlı mühüm ipucları verib. Hər iki ölkə təkcə Türkiyenin xarici siyasət prioritetləri baxımından deyil, regional rəqabət və problemlər baxımından da çox önəmlidir. Kıbrıs Türkiyenin Şərqi Aralıq dənizi siyasətinin mərkəzindədir. Azərbaycan Türkiye üçün həyati əhəmiyyət kəsb edən ölkədir. İki ölkә arasındakı münasibәtlәr Qarabağ zəfərindən sonra daha da güclənib.

Yeni dövrün xarici siyasətinə Prezident Rəcəb Tayyib Ərdoğanın uzun illərdir yürütdüyü liderlik diplomatiyası rəhbərlik edəcək. Qlobal movzuların həlli məsələsində liderlik mövqeyinə sahib olan  Rəcəb Tayyib Ərdoğan yeni dövrdə daha çox qlobal mövzuda ön plana çıxacaq. Onun digər liderlərlə münasibətləri, mühüm qlobal məsələlərdə oynadığı diplomatik rol və qlobal məsələlərlə bağlı çıxışları liderlik mövqeyini daha da ön plana çıxarır. Türkiyedəki prezident-üsul idarə sistemi Rəcəb Tayyib Ərdoğana bu rolu daha rahat icra etmәsinә imkan verir.

Türkiye son illərdə qurduğu strateji muxtariyyət mərkəzli xarici siyasət anlayışını dərinləşdirəcək. Bu vəziyyət Türkiyənin müstəqil xarici siyasət yürütməsini asanlaşdırır. Xüsusilə Qərblə münasibətlərdə muxtariyyət daha strateji prioritet kimi ön plana çıxır. Çünki Türkiye ilə Qərb arasında ortaq olmayan bir çox məsələlər var. Strateji muxtariyyət hədəfinin dərinləşərək yeni dövrdə də davam edəcəyini deyə bilərik.

Digər prioritet kəsb edən mövzu isə yeni dövrdə tez-tez eşidəcəyimiz normallaşma məsələsidir. Normallaşmanın ən mühüm sütunu Yaxın Şərqdəki proseslərdir. Hakan Fidanın xarici işlər naziri vəzifəsinə təyin olunması ilə Suriya ilə davam edən prosesi sürətləndirmək mümkün ola bilər. Körfəz ölkələri ilə yeni bir dövrün başlayacağını gözləyə bilərik. İran mövzusunda isə vəziyyət bir az fərqli görünür. Prezident Ərdoğanın Azərbaycan səfərindən sonra mətbuata verdiyi açıqlamada İranı açıq şəkildə tənqid etməsi yeni dövrdə Ankara ilə Tehran arasındakı münasibətlərin gərgin olacağından xəbər verir.

Digər mühüm mövzu isə normallaşma ilə paralel irəliləyəcək iqtisadi münasibətlərin gündəmə gətirilməsidir. Türkiyenin iqtisadi böhrandan qurtulmasının yeganə yolu daha çox ixrac edərək iqtisadi inkişafı təmin etməkdir. Beləliklə, xarici siyasətdə normallaşma və diplomatiyanın birinci yerdə olması çox vacibdir. Yeni xarici siyasət prosesi bu baxımdan çox önәmlidir. Prezident Ərdoğanın Azərbaycan səfərindən sonra Yunanıstanla  bağlı verdiyi açıqlamalar rәsmi Afina ilə Ankara arasında yeni dövrün rahat keçəcəyinə işarə edir. Normallaşma təhlükəsizliyin ikinci plana keçəcəyi mənaya gəlmir. Bu səbəbdən təhlükəsizlik ilə xarici siyasət  arasındakı əlaqə balanslı şəkildə davam edəcək. Hakan Fidanın yeni rolu bu mənada ön plana çıxa bilər. Yeni dövrdə Türkiyenin beynəlxalq gündəmindә mühüm mәsәlәlәr olacaq. Bu baxımdan Ərdoğanın BMT islahatı, iqlim dəyişikliyi, Ukrayna böhranı, Afrika və Fələsktin mövzularında ön plana çıxacağını gözləyirik. Yeni dövr Türkiyeyə yeni fürsətlər də təqdim edəcək.

 



Әlaqәli Xәbәrlәr