Seçkilərdən sonra Türkiyenin xarici siyasəti

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Seçkilərdən sonra Türkiyenin xarici siyasəti” başlıqlı məqaləsi...

1993904
Seçkilərdən sonra Türkiyenin xarici siyasəti

Həftənin Analizi-40

Seçkilərdən sonra Türkiyenin xarici siyasətindən danışmaq üçün mühüm bir dövrdəyik. Seçkidə qalib gələcəyi təqdirdə Türkiyenin xarici siyasətində prezident Ərdoğanın Türkiyenin davamlılıq yaradacağına daha əvvəl işarə etmişdik. Bəs, yeni dövrün xarici siyasətində önə çıxan mövzular nələr olacaq? Və hansı xarici siyasət prosesi gözləyir bizi?

Suriya Türkiyenin xarici siyasətinin gündəmindəki ən vacib mövzu kimi görünür. Çünki Suriya bir çox cəhətdən Türkiyeni yaxından maraqlandıran bir məsələdir. Bunlara terrorla mübarizə, qaçqınların geri qayıtması, ABŞ başda olmaqla digər güclərlə münasibətlərin müəyyənləşdirilməsi daxildir. Bu səbəbdən prezident Ərdoğanın birinci prioriteti Suriyada davam edən prosesi pozmadan müvəffəqiyyətlə sona çatdırmaq olacaq. Davam edən proses baxımından nəzərdən keçirildikdə müəyyən bir yol xəritəsinin formalaşdığı görünür. Moskvada keçirilən xarici işlər nazirlərinin sonuncu sammitində bu yol xəritəsinin dördlü formatda davam etdiriləcəyi məlum olur. Sığınacaq axtaranların geri qaytarılması, terrorla mübarizə və Suriyada hərtərəfli həllə nail olmaq bu yol xəritəsinin hədəfləri arasındadır. Artıq Türkiyenin sığınacaq axtaranların geri qaytarılması ilə bağlı daha konkret addımlar atdığının şahidi oluruq. Bu yaxınlarda Suriyanın şimalında geri qayıtmaq üçün başladılan infrastruktur layihəsi bu siyasətin konkret nəticələrindən biridir. Ancaq YPG məsələsinin necə həll olunacağı, hansı təqvimlə irəliləyəcəyi ilə bağlı heç bir dəqiq addım yoxdur.

Digər tərəfdən, qaçqınların Əsədin hakimiyyətindəki bölgələrə necə qayıdacaqları isə sirr olaraq qalır. Aydındır ki, qaçqınlar Əsədin nəzarətində olan ərazilərə qayıtmaq istəmir. Çünki bu bölgələrdə qaçqınlarla bağlı ciddi narahatlıqlar var. Ancaq bu məqamda Əsədlə ərəb ölkələri arasında son aylarda aparılan danışıqlarda qaçqınların da yer aldığını nəzərə alsaq, bu mövzuda ən çox rahatlaşacaq ölkənin Türkiye olduğunu söyləyə bilərik. Ona görə də qaçqınların geri qaytarılması prosesinin ərəb ölkələri ilə sinxronlaşdırılması prosesin daha sağlam və planlı şəkildə işləməsini təmin edə bilər.

Təbii ki, Suriya məsələsini təkcə qaçqınlar və terrorla mübarizə kontekstində həll etmək olmaz. Hərtərəfli həllə nail olmaq üçün Cenevrə prosesi aktivləşdirilməlidir. Yəni Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində konstitusiya yazılması, Suriyada seçkilərin keçirilməlsi və keçid dövrünün hazırlanması vacibdir. Suriyadakı bütün dinamikanı nəzərə alsaq, bu hədəfin hələ çox uzaqda olduğunu söyləmək mümkündür.

Xarici siyasətin yeni dövrdə çox vacib gördüyümüz başqa bir mövzusu Ukraynada davam edən müharibədir. Müharibə və Türkiyenin bütün müharibə boyu izlədiyi xarici siyasəti nəzərə alsaq, Ukrayna böhranı bizə Türkiyenin xarici siyasət yanaşmasının o qədər əhəmiyyətli olduğunu göstərir ki, bu siyasət bundan sonrakı yol xəritəsinə təsir edə bilər. Türkiyenin birinci prioriteti hazırkı mövqeyini sabit şəkildə qoruyub saxlamaqdır. Yəni Türkiye bundan sonra da Ukrayna böhranında vasitəçi rolunu oynayacaq, böhran səbəbindən həm özünü, həm də dünyanı narahat edən kritik məsələlərdə mövqeyini gücləndirəcək, müharibənin dərinləşməsinin və ya başqa ölkələrə yayılmasının qarşısını almağa cəhd göstərəcək. Rusiya ilə münasibətlər hazırda Ukrayna böhranı ilə sıx bağlıdır.

Təbii ki, Türkiye-Rusiya münasibətlərinin çərçivəsi kifayət qədər genişdir. Bu, təkcə Ukrayna ilə məhdudlaşmır. Bununla belə, Ukraynanın həlledici bir məsələ olduğu da çox aydındır. Ona görə də Ukraynada böyük dəyişikliyin baş verməsi çətin görünür. Ancaq tamamilə aydındır ki, müharibənin istiqamətinin dəyişməsi ilə paralel olaraq Türkiye ilə Qərb arasında yeni bir münasibət modeli hazırlanmalıdır. Türkiyenin Avropa və NATO üçün əhəmiyyəti indi daha aydın başa düşülüb.

Digər tərəfdən, Rusiyanı Ukraynada uğursuzluğa məhkum edən Avropa və ABŞ siyasətinin nə dərəcədə davamlı olacağı mühüm sualdır. Həm də çox aydındır ki, indiki siyasətlərin çox faydası yoxdur, onlar müharibənin davam etdirilməsinə xidmət göstərir və sonda bütün Avropanın sabitliyini pozacaq dinamikaya çevrilib. Bu səbəbdən Türkiyenin Ukrayna böhranı ilə bağlı tutduğu mövqeyə görə Türkiyeyə təzyiq etmək ehtimalı o qədər də çox deyil. Əksinə, yeni dövrdə Türkiyenin artan strateji əhəmiyyətinə əsaslanaraq, Avropa ilə Türkiye arasında yeni bir əlaqə modelinin hazırlanması lazımdır. Yəni Türkiye ilə münaqişə edərək, Türkiye əleyhinə mövqeləri genişləndirməklə və ya əks-Türkiye cəbhəsi yaratmaqla Türkiyeni qazanmaq mümkün deyil. Bu səbəbdən Avropa ilə Türkiye arasında Ukrayna böhranının daha da risk təşkil etmə ehtimalına qarşı yeni bir geosiyasi razılaşma ortaya qoyulmalıdır. Bu konsensus baxımından Türkiyenin mövqeyi kifayət qədər aydındır. Türkiyenin maraqları yalnız Avropa ilə koordinasiyalı şəkildə, ancaq lazım gəldikdə müstəqil hərəkət edə bilən müstəsna bir siyasətdir.

Yəni nə Avropa ilə iki fərqli cəbhədə iştirak etmək, nə də Avropanın Rusiyaya qarşı mövqeyini sual etmədən qəbul etmək. Bu, Türkiye-Avropa əlaqələrində yeni dövrün ən əhəmiyyətli şüarı olacaq.

Yeni dövrün ən mühüm mövzularından biri də Türkiye-ABŞ münasibətləri olacaq. Yaxşı dövr keçirdiyimizi söyləmək mümkün deyil. Türkiye-Amerika münasibətlərinin dinamikası, ortaq maraqların qavranılması və təhlükə qavrayışları əhəmiyyətli transformasiyaya məruz qalıb. İndi dəyişən beynəlxalq sistemin əsas dinamikası Türkiye-Amerika münasibətlərinə də təsir edir. Birgə maraq sahələrində hələ də bəzi davamlılıq faktları var, lakin maraqların ortaq olmadığı bir çox məsələlər də var. Təbii ki, təhlükə qavrayışlarında ümumilik var. Məsələn, terrorla mübarizə onlardan biridir. Bununla belə, YPG məsələsi ortaq təhdiddən çox Türkiye üçün ABŞ-a əsaslanan təhdid kimi qəbul edilir. Bu problemi həll etmədən Türkiye-Amerika münasibətlərində böyük irəliləyiş əldə etmək mümkün görünmür. Təbii ki, yeni dövrdə irəliləyiş gözlədiyimiz bəzi məsələlər var. Məsələn, yaxın gələcəkdə F-16 qırıcıları məsələsində irəliləyiş əldə etmək mümkün ola bilər. Deyə bilərik ki, ikitərəfli münasibətlərdə iqtisadiyyat da prioritet məsələdir. İkitərəfli ticarət əlaqələrində 100 milyard dollarlıq hədəfə çatmaq bu baxımdan hərəkətverici amil kimi qiymətləndirilir. Türkiye-Amerika münasibətlərində yeni strateji çərçivə lazımdır. Türkiye-Avropa münasibətlərində olduğu kimi, Türkiyenin də yeni dövrdə eyni geosiyasi çərçivəni mənimsəyəcəyini görəcəyik. Yəni Türkiye öz müstəqilliyini əsas götürən bir yanaşma nümayiş etdirəcək. Lakin bu, ABŞ əleyhinə və daim qarşıdurma şəraitində davam etməyəcək.

Yeni dövrün ən maraqlı mövzularından biri də Orta Şərq və regiondakı normallaşmadır. Bu, xarici siyasətdə əhəmiyyətli bir məsələ olaraq davam edəcək. Türkiyenin regional normallaşmaya dəstək verəcəyini deyə bilərik. Əslində, regional normallaşma hələlik problemlərin həllinə o qədər də kömək etməsə də, bu, regionda gərginliyin azaldılması, münaqişələrin dondurulması və potensial əməkdaşlığın dərinləşməsi kontekstində görünür. Belə bir regional konyuktura xüsusilə Türkiyenin iqtisadi maraqlarına xidmət edir. Yeni dövrdə Orta Şərqlə münasibətlərdə çərçivənin daha aydın görünməsi mümkün görünür.

Seçkidən sonra Türkiyenin xarici siyasətində Türk Dövlətləri Təşkilatı vasitəsilə Orta Asiyada aktiv bir dövr olacaq, Yenidən Asiya təşəbbüsü davam etdiriləcək və Afrika ilə əlaqələr yeni ölçüyə daşınacaq. Beynəlxalq sistemin gərginləşdiyi, regionun normallaşdığı bir vaxtda Türkiye bu ikisini birləşdirən yanaşmanı mənimsəyərək beynəlxalq statusunu daha da möhkəmləndirəcək.



Әlaqәli Xәbәrlәr