Dünyanın ən məşhur təyyarə mühəndisindən birinin türk olduğunu bilirsinizmi?

1885-ci ildə anadan olan Əli Yar 1912-ci ildə Türkiyenin birinci, dünyanın isə üçüncü təyyarə mühəndisidir.

1983352
Dünyanın ən məşhur təyyarə mühəndisindən birinin türk olduğunu bilirsinizmi?

Dünyanın ən məşhur ilk üç təyyarə mühəndisindən birinin türk olduğunu bilirsinizmi?
1885-ci ildə anadan olan Əli Yar 1912-ci ildə Türkiyenin birinci, dünyanın isə üçüncü təyyarə mühəndisidir.
Osmanlı İmperiyasının son dövründə  təhsil müddəti on il olan Qalatasaray liseyini altı ildə bitirən Əli Yar 1908-ci ildə təhsil üçün göndərildiyi Fransada Sorbonna Universitetini bitirib. Daha sonra hazırda  "L'ecole Nationale Superiuere de L'aeronautinque" adlanan Aeronavtika Mühəndisliyi Məktəbini bir ildə bitirib. 1912-ci ildə Türkiyenin birinci, dünyanın isə üçüncü təyyarə mühəndisi və pilotu olaraq İstanbula qayıdıb. O,  Qalatasaray liseyində və İstanbul Universitetində   dərs deyib. O, cümhuriyyət elan olunduqdan sonra da bu xidmətlərini davam etdirib. 1955-ci ildə təqaüdə çıxana qədər bir müddət də riyaziyyat dərsi deməyə davam edib.
Əli Yar Türkiyedə riyazi təfəkkürün inkişaf etdirilməsi üçün riyaziyyatın müxtəlif sahələrinə aid bir çox xarici əsərləri türk dilinə tərcümə edərək, məktəblərdə tədris olunmasına şərait yaradıb. Astronomiya  mövzusunda  kitab yazan professor Əli Yar 80 yaşında İstanbulda dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr