Məzlum Abdiyə qarşı əməliyyat və KYB üçün cavab vermə vaxtı

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Məzlum Abdiyə qarşı əməliyyat və KYB üçün cavab vermə vaxtı" başlıqlı məqaləsi

1974596
Məzlum Abdiyə qarşı əməliyyat və KYB üçün cavab vermə vaxtı

Həftənin Analizi-33-2023

Duhokda 2 helikopterin qəzaya uğramasından sonra KYB-PKK/YPG əlaqələri sorğulanıb, daha sonra isə Türkiye KYB-yə (Kürdüstan Yurdsevərlər Birliyi) qarşı sərt tədbirlər gördü. Bu çərçivədə Süleymaniyyə hava limanına uçuşlar dayandırıldı, daha sonra hava məkanı tamamilə bağlandı. Məhz, belə bir dövrdə Süleymaniyyə hava limanında baş verən SİHA hücumu bütün diqqətləri buraya cəlb etdi. Əldə edilən məlumat kontekstində PKK/YPG-nin Suriya komandiri adlandırılan Məzlum Abdinin konvoyu hədəfə alındı və konvoyda ABŞ əsgərlərinin olduğu məlum olub.

İraqın şimalındakı yerli mənbələr Süleymaniyyə hava limanında partlayış olduğunu bildirdikdə bütün diqqətlər buraya çevrildi. Partlayışın səbəbi araşdırılmağa başlandı. YPG-liləri daşıyan 2 helikopterin Duhokda düşməsindən sonra PKK/YPG ilə KYB arasında əməliyyat əlaqələri deşifrə oldu, daha sonra Süleymaniyyə hava limanına uçuşlar dayandırıldı və Türkiyenin sərt reaksiyası ilə Türkiye hava məkanı bağlandı. Belə bir vaxtda Süleymaniyyədə baş verən partlayış təbii olaraq böyük marağa səbəb oldu.

Partlayışdan sonra SDG/YPG komandiri Məzlum Abdinin karvanının vurulduğuna dair məlumatlar mətbuata sızmağa başladı və KYB və PKK/YPG-dən olan mənbələr bunu təkzib etdi. Hətta SDG-nin rəsmi sözçülüyü də "Komandirimiz Məzlum Abdin Suriyada vəzifədədir" bəyanatını yaydı. Ancaq sonrakı saatlarda ABŞ hərbi rəsmiləri hücumu təsdiqləyərək Məzlum Abdinin Süleymaniyyədə hədəf alındığını açıqladılar, açıqlama bununla məhdudlaşmadı, müvafiq konvoyda 3 ABŞ əsgərinin olduğunu da bəyan etdilərr. Bəs bütün bunlar nə demək idi?

Helikopterlər qəzaya uğradı, konvoylar vuruldu, Bafel Talabaninin rəhbərliyi altında PKK/YPG ilə KYB arasında ortaya çıxan əlaqələr... Təbii ki, bütün bu əlaqələr şəbəkəsi ABŞ-ın himayəsi altında inkişaf edirdi. ABŞ-ın Məzlum Abdini hərbi təyyarələrlə Süleymaniyyə hava limanına apardığı, hətta müşayiət etdiyi, üstəlik, yanında ABŞ əsgərlərini də yerləşdirərək canlı qalxan rolunu oynadığı məlum olur.

Türkiye isə Məzlum Abdinin karvanını vuraraq yaxud xəbərdarlıq atəşi açaraq döyüş qaydalarını dəyişdiyini həm ABŞ-a, həm KYB-yə, həm də PKK/YPG-yə göstərdi. Türkiye özünün milli təhlükəsizliyini təhdid edəcək şəkildə ABŞ-ın himayəsi altında yeni bir oyunun formalaşdığını, bunun aktyorları kimi YPG və KYB-nin önə çıxdığını görərək oyunu pozan həmlələrlə əks mövqe tutur. Türkiye xüsusilə KYB-yə qarşı çox sərt addımlar atmağa başladı. Hava məkanının bağlanmasından sonra Süleymaniyyə hava limanının vurulması mühüm göstəricidir. Ancaq bunun davamı da olacaq. Bafel Talabani ABŞ-ın himayəsi altında çox riskli bir oyuna cəhd etdi, şübhəsiz ki, YPG-ni İraq meydanında legitim bir aktor kimi yerləşdirməsi, ona legitimlik verəcək şəkildə hərəkət etməsi və hərbi əməliyyatlarda ortaq işlərlə məşğul olması diqqətəlayiqdir.  Bunu təkcə KDP-yə qarşı əlini gücləndirmək üçün etmir, əksinə ABŞ/İsrail kimi böyük dövlətlərlə qəyyumluq əlaqələri qurur və bu yeni tənlikdə rol oynayır. Yenə Türkiyedə mümkün hakimiyyət dəyişikliyində bu vəziyyətin Türkiye tərəfindən qəbul ediləcəyini düşünmüş və ya bu istiqamətdə təkliflərə məruz qalmış ola bilər.

Ancaq Türkiyenin dəqiq mesajları, atdığı addımlar, Süleymaniyyə hava limanının hədəf alınmasıyla ortaya qoyduğu yeni döyüş qaydaları KYB-yə qarşı böyük bir faktura çıxardı. Görünən odur ki, Türkiyenin bu hərəkət tərzinin davamı bundan sonra da olacaq. Kubad Talabaninin tələsik Ankaraya gəlib, MİT sədri Hakan Fidan ilə görüşünü də mənfi nəticəyə nəzarət cəhdi kimi görmək olar. KYB Türkiyenin tələblərini yerinə yetirməsə, onu yeni addımlar gözləyir. Və bu addımlar təkcə siyasi və iqtisadi xarakter daşımayacaq.



Әlaqәli Xәbәrlәr