Reklam dünyasının yeni bazarı: yuxu mühәndisliyi

Texnologiya dünyasının ən böyük ilham mənbələrindən biri, şübhəsiz ki, film sənayesidir.

1967933
Reklam dünyasının yeni bazarı: yuxu mühәndisliyi

Texnologiya dünyasının ən böyük ilham mənbələrindən biri, şübhəsiz ki, film sənayesidir. Bu gün də yaxın keçmişin elmi fantastikaları gerçəyə çevrilməyə davam edir. Kristofer Nolanın yazdığı “İnception” filmi dә bu janrda çәkilәn filmlәrdәn biridir.

Mütəxəssislər gördüyümüz yuxunun 50 faizini unutduğumuzu, oyandıqdan 10 dəqiqə sonra isə yuxunun 90 faizinin yaddaşdan silindiyini bildirir.  Ancaq süni intellektin yuxularımızı qeyd etməyə başlaması ilə bu, tezliklə dəyişə bilər.

Filmin süjetini xatırlayırsınız? Leonardo Dikaprionun canlandırdığı Kobb obrazı çox istedadlı oğru idi. Halbuki onun oğurluq etdiyi yer nə bank, nə muzey, nə də market deyildi. O, zehnin ən həssas olduğu vaxtda insanların şüuraltından məlumat oğurlayırdı. Bəs bu film necə reallığa çevrilə bilər?

İddialar MIT, Harvard və Monreal universitetlərindən 3 tədqiqatçının yazdığı məqalə ilə gündəmə gəlib. MİT-in yuxuları qeydə almaq və yatan insanlarla ünsiyyət qurmaq üçün bir cihaz ixtira etdiyi məlumdur. Ancaq bu tədqiqatların yuxuya  necə təsir etdiyi araşdırılır. Tədqiqat  travma sonrası stress pozğunluğundan yaranan kabusları daha yaxşı başa düşmək və müalicə etmək üçün həyata keçirilir. Ən azından verilən açıqlamada belə deyilir.

Məqalə müəlliflərindən ikisi MİT tərəfindən hazırlanmış bu cihazı istehsal edən komanda ilə işləyir.

Diqqət çəkən məqam isə marketinq firmalarının yuxu mühəndisliyinə olan marağıdır.

Firmaların yuxu piratlığı vasitəsilə  davranışı dəyişdirmək və manipulyasiya etmək üçün yeni yolları açıq şəkildə sınaqdan keçirdikləri deyilir.

Yuxunun məzmununa təsir etmək üçün yuxudan əvvəl və ya yuxu zamanı müdaxilə edilməsi kommersiya və mənfəət məqsədli istifadəyə çevrilir.

Bunun necə ediləcəyi ilə bağlı təfərrüatlar hələ aydın deyil. Bununla belə, marketinq firmalarının “yuxu mühəndisliyi”nə marağı narahatlıq doğurur.

Tədqiqatçılar ABŞ-da reklamları tənzimləyən Federal Ticarət Komissiyasına da çağırış edərək bunun qadağan edilməsini tələb edirlər.Yuxu mühəndisliyinin gerçək peşəyə necə çevriləcəyini proqnozlaşdırmaq mümkün deyil.Lakin filmlər texnologiyanın ən güclü ilham mәnbәyi  olmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr