Çin müharibəyə nə zaman daxil olacaq?

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Çin müharibəyə nə zaman daxil olacaq?" başlıqlı məqaləsi...

1960730
Çin müharibəyə nə zaman daxil olacaq?

Həftənin Analizi-29-2023

Hava şəraitinin dəyişməsilə (istiləşməsi) Rusiya ilə Ukrayna arasında qarşıdurmaların artmağa başladığı müşahidə olunur. "Vaqner" muzdlu hərbi təşkilatının başçılıq etdiyi Rusiya əsgərlərinin xüsusilə Baxmut şəhərinə hücumları artarkən, Qərb ölkələrinin Ukraynaya hərbi və iqtisadi dəstəyi də günü-gündən artmaqda davam edir. ABŞ-ın rəhbərliyi altında bütün qərb bloku Rusiyaya qarşı eyni cəbhədə olduğu halda, Çinin tərəddüdlü mövqeyini qoruyub-saxlaya bilməyəcəyi və Rusiyaya hərbi dəstək verib-verməyəcəyi sualı gündəmə gəlib.

Rusiyanın Ukraynaya qarşı işğal cəhdi bir ili geridə qoyduqda, meydanda hərbi münaqişələrlə yanaşı iqtisadi və siyasi mübarizə də tam sürətlə davam edir. Xüsusən də ABŞ-ın rəhbərliyi altında Anqlosaks ölkələri Rusiyaya qarşı gözdən salma müharibəsinə çevrilən prosesi axıradək davam etdirmək niyyətində görünürlər. Ukraynaya qabaqcıl hərbi texnologiyaya əsaslanan ağır silahların daşınması davam edir və Avropa İttifaqının da töhfəsi ilə bu ölkəyə qeyri-məhdud iqtisadi dəstək verilir. Bütün bunlarla yanaşı, Rusiyaya qarşı çox ciddi iqtisadi sanksiyalar da var. Ümumiyyətlə, görüntü belədir ki, ABŞ Rusiyanı diz çökdürməyənə qədər bu işdən əl çəkməyəcək.

Rusiya isə Kuba, Koreya və İran kimi kiçik ölkələrdən dəstək alsa da, əsas müttəfiqi Çindən hələ də istədiyini ala bilməyib. Çin Rusiyanın işğal cəhdini işğal kimi qiymətləndirmir və Rusiyaya qarşı sanksiyaların da əleyhinədir. Bundan əlavə, Çin ciddi mənada iqtisadiyyat sahəsində idxal reallaşdırmaqla Rusiyanı dəstəkləyir. Yenə kritik texnologiya transferi ilə Rusiyaya Qərb ölkələrinin sanksiyalarından daha az əziyyət çəkməyə imkan verir. Lakin indiyədək hərbi dəstəkdən söz açılmayıb.

Müharibənin əvvəlində Çin Rusiyanın onunla məsləhətləşmədən işğal cəhdinə başlamasını alqışlamadı və bunun qərb dünyası ilə özü üçün erkən mübarizəyə səbəb ola biləcəyini düşündü. Ayrıca Rusiyanın bir az zəifləməsi və daha çox öz qanadı altına almasını da strateji qazanc kimi görməsi də çox mümkündür. Ancaq indiki mərhələdə Rusiyanın daha çox əzilməsinə və hərbi olaraq Ukraynada böyük məğlubiyyətə məruz qalmasına Ukraynada daha da sarsıdıcı və hərbi məğlubiyyətə dözə biləcəyini düşünmək olmaz. Bu vəziyət strateji baxımdan Çin üçün böyük itki demək olardı. Çin Rusiyanı sıradan çıxarandan sonra növbənin ona çatacağını dərk edərək addım atmalıdır. Axı indinin özündə də ABŞ AUKUS kimi strukturlar tikərək Çini geosiyasət baxımından mühasirəyə almaq üçün addımlar atmağa davam edir. Ona görə də Rusiya ABŞ-ın Qərbə qarşı yaratdığı yeni müttəfiqlik şəbəkələrinə qarşı Çinin ən böyük və önəmli müttəfiqi olacaq.

Çin qarşıdakı aylarda seçim qarşısında qalacaq. Ya Rusiyaya daha mənalı şəkildə hərbi dəstək verməklə Ukrayna cəbhəsində əlini gücləndirəcək, ya da ən böyük müttəfiqinin meydanda əzilərək oyundan kənarda qalmasına göz yumaraq öz növbəsini gözləyəcək.



Әlaqәli Xәbәrlәr