Sosial mediadan sıx istifadə tənhalığa gətirib çıxarır

Texnologiya günü-gündən inkişaf edir və bu, dövrümüzdə hər yaş qrupunda olan insanların marağını cəlb etməyi bacaran, bəlkə də, ən əhatəli konsepsiyadır.

1938737
Sosial mediadan sıx istifadə tənhalığa gətirib çıxarır

Texnologiya günü-gündən inkişaf edir və bu, dövrümüzdə hər yaş qrupunda olan insanların marağını cəlb etməyi bacaran, bəlkə də, ən əhatəli konsepsiyadır.

Son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Həyatımızın bir çox sahəsində iş görə bilmək üçün internetdən istifadə edirik.

Sosial mediadan sıx istifadə tənhalığa gətirib çıxarır.

Sosial mediadan şüurlu şəkildə istifadə bizə bir çox üstünlüklər təqdim edir. Ancaq  sosial mediadan sıx  istifadə bəzi problemlərə səbəb olur. Bunlardan biri də sosial medianın istifadəçiləri tənhalığa sövq etməsidir.

Bu günkü proqramımızda sosial medianın faydaları və zərərlərindən danışacağıq.

Sosial mediadan aktiv şəkildə istifadə edənlər daha tənha və təcrid olunmuş həyata sürüklənirlər.

Ünsiyyət qurmaq, bəyənilmək, həyatda önəmli anları paylaşmaq... Sosial media insanların  vazkeçilməz vərdişidir. Bu, hətta bir növ asılılıqdır. Dünyada hər gün milyonlarla insan sosial media sayəsində başqaları ilə əlaqə yaradır.

Sosial media şüurlu istifadə edildiyi təqdirdə bir çox üstünlüklər təqdim edir. Xüsusilə insanların başqaları ilə ünsiyyət qurmalarını asanlaşdırır. Ancaq  sosial mediadan sıx  istifadə bəzi problemlərə səbəb olur. Bunlardan biri də sosial medianın istifadəçiləri tənhalığa sövq etməsidir.

Kliniki psixoloq Cemre Ece Gökpınar deyir: “Bu,əslində bizi az adamla əlaqə yartmağımıza, yəni gerçək həyatla əlaqəni kəsməyə yönəldir.”

 “Məndən başqa hamı çox yaxşı yaşayır”

Gökpınarın sözlərinə görə, sosial mediadan intensiv istifadə edənlərin başqa bir yanlışı da “məndən başqa hər kəs çox yaxşı yaşayır” düşünməsidir.  Gökpınar bunu daha çox yeniyetmə yaşındakı gənclərdə müşahidə etdiklərini deyir.

“Sosial media platformalarında paylaşdıqlarımız başqalarının görməsini və bəyənməsini istədiyimiz şeylərdir. Sosial mediadan istifadə edən insanlar təbii ki, ən gözəl, mükəmməl və ən yaxşı mənliklərini paylaşaraq insanların, xüsusən də gənclərin 'məndən başqa hər kəs çox yaxşı yaşayır' düşünmələrinə səbəb olurlar'',-deyə Cemre Ece Gökpınar deyib.

Sosial mediadan şüurlu şəkildə  istifadə edilməlidir

Sosial media artıq müasir həyatın əvəzolunmaz parçasıdır. Bəs həyatımıza bu qədər nüfuz edən sosial medianın sәbәb olduğu  tənhalığa məhkum olmamağın bir yolu varmı?

“Bunun üçün şüurlu istifadəçi olmaq lazımdır” deyən Cemre Ece Gökpınar sözlәrinә belә davam edib:

“Əslində sosial medianın çox faydalı və həqiqətən yaxşı tərəfləri var. Təbii ki, paylaşılmaq və bəyənilmək ehtiyaclarına cavab verir. Amma bu platformalarda insan öz qavrayışını müəyyən səviyyədə saxlamalıdır. Ona görə də sosial mediadan daha çox vasitə kimi istifadə etmək lazımdır. Bunu məqsədə çevirmək düzgün deyil”.



Әlaqәli Xәbәrlәr