"Bayramiç beyazı''nın yalnız Qaz dağlarında yetişən nektarin növü olduğunu bilirsinizmi?

"Bayramiç beyazı''nın yalnız Qaz dağlarında yetişən nektarin növü olduğunu bilirsinizmi?

1932194
"Bayramiç beyazı''nın yalnız Qaz dağlarında yetişən nektarin növü olduğunu bilirsinizmi?

"Bayramiç beyazı''nın yalnız Qaz dağlarında yetişən nektarin növü olduğunu bilirsinizmi?

Bu endemik bitki Anadolunun qərbində yerləşən Qaz dağlarının yamacındakı Çanaqqalanın Bayramiç rayonunda bitir. Dadı və ətri ilə digər nektarin növlərindən fərqlənən bu meyvənin özünəməxsus bir ləzzəti var. Bayramiç rayonundakı mikroiqlim "Bayramiç beyazı''nın  başqa yerdə yetişməsini qeyri-mümkün edir.

Rəngi, dadı və ətri ilə diqqətləri cəlb edən ''Bayramiç beyazı'' 2013-cü ildə Türkiye coğrafi göstəricilər siyahısına daxil edilib. 2021-ci ilin 16 aprel tarixində Avropa İttifaqının rəsmi qəzetində yayımlanan bu meyvə növü Türkiye coğrafi göstəricilər siyahısına daxil edilən yeddinci məhsul olub. Yeddi min hektar sahədə yetişdirilən  “Bayramiç beyazı” digər nektarin növlərinə nisbətən daha davamlıdır.

Zəngin aromatik tərkibə malik "Bayramiç beyazı'' sağlamlıq üçün çox faydalıdır. Antioksidantlarla zəngin olan bu nektarin növü başda kolon xərçəngi olmaqla xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, dərinin elastikliyini artırır, dəridə olan xırda qırışları açır. Tərkibindəki luteinlə göz sağlamlığını qoruyur. Bu xüsusiyyətlərinə görə Türkiyedə yetişən bu meyvə növünə böyük tələbat var.



Әlaqәli Xәbәrlәr