Türkiyenin dünyanın ən çox ziyarət edilən ölkələri arasında 6-cı yerdə olduğunu bilirsinizmi?

BMT Ümumdünya Turizm Təşkilatının statistikasına görə, Türkiye 45 milyondan çox ziyarətçi ilə dünyanın ən çox ziyarət edilən ölkələri sırasındadır.

1910456
Türkiyenin dünyanın ən çox ziyarət edilən ölkələri arasında 6-cı yerdə olduğunu bilirsinizmi?

Bunları Bilirsinizmi_13_2022

Türkiyenin dünyanın ən çox ziyarət edilən ölkələri arasında 6-cı yerdə olduğunu bilirsinizmi?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Turizm Təşkilatının statistikasına görə, Türkiye 45 milyondan çox ziyarətçi ilə dünyanın ən çox ziyarət edilən ölkələri sırasındadır.

Tarixi və mədəni sərvətləri ilə ziyarət edənləri özünə heyran buraxan Türkiyeni hər il Çindən Rusiyaya, Almaniyadan İrlandiyaya, Cənubi Koreyadan Yaponiyaya kimi 100-dən çox ölkədən milyonlarla insan ziyarət edir. Üç böyük imperiyanın paytaxtı olmuş İstanbul dünyanın iki qitəyə yayılmış yeganə şəhəridir; Mavi dənizi, qızıl sarısı qumlarla örtülmüş çimərlikləri və təbii gözəllikləri ilə Antalya və Muğla; Memarlığı və tarixi ilə Ədirnə dünyanın ən çox ziyarət edilən 100 şəhəri sırasındadır.

Türkiyedə yay turizmindən qış idmanlarına, təbiət, mədəniyyət, inanc, idman, sağlamlıq və konqres turizminə qədər turizmin hər sahəsində tədbirlər həyata keçirilir. Qədim dövrlərdən bu günə qədər bir çox sivilizasiyaların doğulub hökm sürdüyü həm də möhtəşəm bir tarixi sərvətə sahib olan Türkiye mədəniyyət zənginliyi baxımından dünyanın nadir ölkələrindən biridir. Türkiyedə YUNESKO-nun Ümumdünya irsi siyahısında 17-si mədəniyyət, 2-si qarışıq olmaqla 19 irs obyekti var. Ümumdünya irsi müvəqqəti siyahısında isə Türkiyenin 77-si mədəniyyət, 4-ü qarışıq və 3-ü təbii olmaqla 84 irs obyekti yer alıb.



Әlaqәli Xәbәrlәr