“Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun  "“Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı" başlıqlı yazısı.

1910530
“Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı

Həftənin Analizi-13-2022

Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-dən istifadə edərək İstanbulda həyata keçirdiyi terror hücumundan sonra Türkiyenin gözlənilən cəza tədbiri tətbiq edildi. Milli Müdafə Nazirliyinin verdiyi açıqlamaya görə, Türkiye Silahlı Qüvvələri "Pəncə-Qılınc" adı altında antiterror hava əməliyyatına start verərək Suriya və İraqdakı PKK/YPG-yə məxsus hədəfləri bombaladı. İndiyədək 500-ə yaxın hədəf vurulub. Təşkilatın 250-yə yaxın üzvünün zərərsizləşdirildiyi açıqlanıb. Əməliyyat 1200 km-lik sərhəd xəttində 150 ​​km sərhəd aralığında çox böyük bir ərazini əhatə etdikdə, PKK/YPG-nin panika içində olduğu müşahidə olunur.

Terror təşkilatı PKK Türkiye Ordusunun İraq və Suriyada həyata keçirdiyi əməliyyatlar və MİT-in (Türkiyenin Kəşfiyyat İdarəsi) birbaşa idarəçilərini hədəf aldığı bir tənlik içində getdikcə küncə sıxışmış, xüsusilə İraqın şimalındakı Zap bölgəsində ciddi itkilər verərək, özü üçün strateji bir bölgəni itirib. Bu vəziyyəti həzm edə bilməyən terror təşkilatı intiqam axtarışı ilə, xüsusən də Türkiyenin metropoilislərində terror aktı törətmə axtarışında idi. Çoxsaylı terror cəhdlərinin qarşısı alınsa da, sonda İstanbulun Taksim meydanı yaxınlığında terror aktı törədərək, çoxlu sayda dinc sakinin ölümünə səbəb oldular.

Türkiye bu hücuma çox sərt reaksiya verdikdə, "Pəncə-Qılınc" adı altında antiterror əməliyyatına start verdi. İraq və Suriyanı eyni vaxtda əhatə edən bu əməliyyat çərçivəsində 1200 km-lik sərhəd xəttində 150 ​​km dərinliyə qədər uzanan geniş ərazi havadan vuruldu. Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, ilk 3 gündə cəmi 500 hədəf vurularkən, təxminən 250 PKK terrorçusu zərərsizləşdirilib. Suriyanın Tel Rifat, Mənbic, Ayn əl-Ərəb, Ayn İsa, Qamışlı və Malikiye kimi bölgələrindən tutmuş İraqın Hakurk, Qəndil və Asos bölgələrinə qədər bir hədəf aralığı var idi. PKK/YPG-nin bu qədər əhatəli cəza əməliyyatını gözləmədiyi və verdikləri ağır itkilər fonunda panikaya düşdüyü başa düşülür.

Onlarla döyüş təyyarəsi və SİHA-lar ilə komanda-idarə mərkəzləri, hərbi bazalar, təlim sahələri, sursat anbarları və tunel xətləri hədəf alınarkən, Türkiye Silahlı Qüvvələri ilk dəfə olaraq Suriyada PKK/YPG-nin enerji infrastrukturu və əlaqəli obyektlərinə zərbələr endirməyə başladı. Xüsusilə Malikiye-Qamışlı xəttində neft quyuları, neftayırma zavodları və qaz yataqları dağıdıldı. Deyr əz-Zor bölgəsi 75 km dərinlikdə yenidən vurularkən, həmin zamanda PKK/YPG-nin YAT adlı ABŞ əsgərləri tərəfindən təlim keçən ünsürlərinin mərkəzi qərargahı da SİHA-ların hədəfində oldu.

Türkiye havadan və qurudan PKK/YPG-yə qarşı hərtərəfli cəzalandırma tədbirlərini davam etdirir, lakin terror təşkilatı da mülki insanları hədəfə alaraq cavab verməyə çalışır. Ayn əl-Ərəb bölgəsindən Türkiyenin Qaziantep vilayətinin Karkamış rayonunda mülki şəxslərə qarşı hücumlar təşkil etdilər. Bundan əlavə Azəz şəhərinin hədəfə alındığını gördük. Türkiye Silahlı Qüvvələrinin qarşısında hərbi cəhətdən varlığı olmayan təşkilat mülki vətəndaşları hədəf alaraq özünü göstərməyə çalışır. Lakin mülki şəxslərə qarşı edilən bu hücumlar Türkiyənin terrorla mübarizə qətiyyətliliyini daha da artırır. Prezident Ərdoğan son açıqlaması ilə bir daha qurudan əməliyyat siqnalını verdi. Dövlət başçısı Ərdoğan bir müddət əvvəl quru əməliyyatı ilə bağlı açıqlamalar vermişdi, lakin Putinin Əsəd rejimi ilə görüş təklifini qəbul edərək əməliyyatı dondurdu. Aradan keçən müddətdə Rejimlə hər hansı bir məsafə qət etməkdən söhbət getmədi. Eyni şəkildə, son hava əməliyyatlarında PKK ilə birgə addımlayan çoxlu sayda rejim əsgəri də öldürüldü. Nəhayət, Türkiye milli təhlükəsizliyini gücləndirmək və hücumları tamamilə dayandırmaq üçün geniş əhatəli quru əməliyyatları ilə PKK-nı sərhəd xəttlərindən tamamilə təmizləməlidir.

Beynəlxalq konyukturanın Türkiyenin tərəfində olduğu belə bir dövrdə Türkiye Silahlı Qüvvələrinin qurudan əməliyyatlarına başlayacağı güman edilir. İlk hədəfə alınacaq bölgələr isə Tel Rifat, Mənbic və Ayn əl Ərəbdir.



Әlaqәli Xәbәrlәr