Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın sözügedən mövzuda “Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti” yazısını təqdim edirik

1907597
Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti

TDT Səmərqənd Zirvə Toplantısı

 

  Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanın paytaxtı Səmərqənd şəhərində “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda IX zirvə toplantısı keçirildi.

2021-ci ildə Türkiyənin ev sahibliyi ilə İstanbul Zirvə Toplantısında Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi.

  Səmərqənd Zirvə Toplantısında təşkilatın türk dünyasının bütövlüyünə doğru necə perspektivlər təqdim edəcəyi, hansı addımlar atacağı maraqla gözlənilirdi. Mərasimdə Türk Dünyası 2040-cı il Görüntü Sənədi qəbul edildi ki, bütün təfərrüatları 103 bəndlik Səmərqənd Bəyannaməsində əks olunur.

  SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın sözügedən mövzuda “Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti” yazısını təqdim edirik. Mətni oxuyur mən Sevda Mirzə.

  TDT Səmərqənd Zirvə Toplantısının mühüm nəticələrindən biri şübhəsiz ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) müşahidəçi statusu qazanması oldu. Bəyannamənin 7-ci maddəsində “Qıbrız türkləri Türk dünyasının bir parçasıdır” ifadəsi işlədilməklə ŞKTR-na müşahidəçi statusunun verilməsi Qıbrızın təcridinin aradan qaldırılması baxımından əhəmiyyət kəsb edir və artıq Türkiyədən başqa TDT üzvləri də onu özündən biləcək.

  Azərbaycan prezidenti İlham Əliyevin “Türk dünyasının coğrafi sərhədləri daha genişdir” kimi hamının razılaşdığı bəyanatdan sonra Türk dünyasının hüquqları, təhlükəsizliyi, milli kimliklərinin qorunması, assimilyasiya olmaması məsələləri təşkilatın üzvü olmayan ölkələrdən kənarda yaşayan soydaşlarımıza da bir ümid işığı oldu. Bu çağırış TDT platformasında həm də Azərbaycanın İrana verdiyi açıq mesaj idi.

  Son zamanlar gərginliyin yaşandığı Qırğızıstan-Tacikistan sərhəd problemi ilə bağlı Qırğızıstana beynəlxalq hüquq əsasında açıq dəstək mesajları verən bəyannamədə immiqrasiyadan, qeyri-qanuni miqrasiyadan tutmuş terrorizm və Əfqanıstanda sabitliyin təmin edilməsinə qədər bir çox mühüm mövzular yer alır.

  TDT-nin inkişafında və əməkdaşlığın dərinləşməsində diqqətdə olmalı mühüm amillərin başında üzv dövlətlərin təşkilatdan kənar ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar qurmalarıdır. Əslində bu cür əməkdaşlıq nümunələri çox olsa da, konkret müsbət nəticələr Türkiyə ilə Azərbaycan arasında münasibətlərdir ki, TDT-nin bütün əməkdaşlarına ideal bir örnək sayıla bilər.

  Üzv dövlətlərin rəhbərlərinin ikitərəfli və çoxtərəfli təşəbbüsləri bu baxımdan əhəmiyyət daşıyır və TDT çərçivəsində əməkdaşlığın inkişafına gözəl töhfədir. Əslində, TDT katibliyi və üzv dövlətlərin texniki komitələri öz layihələrində ölkələrinin və başçılarının baxışlarını nəzərə alır və bu işlərin həyata keçirilməsi üçün əllərindən gələni edirlər.

  Bu məqamda TDT-nin son dövrlər yüksəlişində Türkiyənin irəliləyişlərinin və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyinin mühüm rol oynadığı danılmazdır. Azərbaycanda İ.Əliyev, Qazaxıstanda Tokayev və Nazarbayev, Qırğızıstanda Japarov və Özbəkistanda Mirziyoyev TDT-nin yüksəliş sürətində mühüm rola malikdirlər. Müşahidəçi üzv dövlət olan Macarıstan da baş naziri Viktor Orbanın sayəsində bu prosesdə ahəngdar fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr