Nemrut dağının milli park olduğunu bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Nemrut dağının eyni zamanda milli park olduğunu bilirsinizmi?

1895557
Nemrut dağının milli park olduğunu bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Nemrut dağının eyni zamanda milli park olduğunu bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsində yerləşən vә heyrәtamiz heykәllәri ilә mәşhur olan Nemrut dağında salınan ‘‘Nemrut dağı milli parkı’’1988-ci ildә  milli park statusunu alıb. Park 13 827 hektarlıq әrazi üzәrindә yerlәşir.

Milli Parkın hüdudları daxilində çox sayda gəzməli yerlər var. Nemrut dağında ilk ziyarət olunan yer günəşin necə doğulduğunun seyr edildiyi şərq balkonudur. Dağın şərq balkonunda günəşi heyrətamiz heykəllər ilə qarşılayırsan. Nemrut dağının qərb balkonundakı piramida şəklindəki məqbərə və tanrıları simvolizə edən heykəllər ziyarətçiləri ovsunlayır. Burada Kommagen kralı I Antioxun tanrıları salamladığı və aslan fiqurunu təsvir edən beş qabartma var. Dağın qərb balkonunda bölgənin ən hündür dağı olan Nemrutun kölgəsinin digər dağ və təpələrdə yaratdığı mənzərə ziyarətçilərin diqqətlərini cəlb edir.

Milli Park daxilində həmçinin  Köhnə Qala olaraq  da adlandırılan Arsameia xarabalıqları var. Nemrut dağının qarşısında yerləşən Karakuş təpəsində Kommagen Krallığına aid abidə var. Hələ də istifadə edilən dünyanın ən qədim körpülərindən biri olan Cendere körpüsü də Nemrut dağı Milli Parkında yerləşir. 120 metr uzunluğunda, 7 metr enində olan körpü 200-cü illərdə Roma imperatoru Septimus Severusun göstərişi ilə inşa olunub. Körpü piyadalar üçün nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr