Göyə baxanda ulduzlar əvəzinə peyklərmi görəcəyik?

Bu günkü proqramımızda Yer kürәsinә yaxın yerlәşәn peyklәr vә elmi müşahidәlәrdәn bәhs edәcәyik.

1891434
Göyə baxanda ulduzlar əvəzinə peyklərmi görəcəyik?

Hәyatın maraqlı anları_07_2022

Dünya əhalisinin və şəhərlərin artması səbəbindən yaranan problemlərdən biri də işıq çirklənməsidir. İşıq çirklənməsi ilə səmanın parlaqlığı artdı. Nəticədə xüsusilə böyük metropollarda yaşayanlar üçün çox parlaq ulduzlar, bürclər, yaxınlıqdakı bir neçə planet və Ay istisna olmaqla, gecə adi gözlə görünən heç bir göy cismi yoxdur.

Belə olduqda, metropollarda Süd yolunu görmək artıq mümkün deyil deyə bilərik. Xüsusilə peyk texnologiyasının və özəl sektorun, eləcə də dövlət qurumlarının inkişafı ilə yeni bir problem ortaya çıxdı:

Bu günə qədər dünya üzrə kosmosa göndərilən peyklərin sayı 11 mini, orbitə çıxan peyklərin sayı isə 7 mini ötüb.

Bu peyklərdən aktiv olanların sayı 4 mindir. Digərləri isə kosmik tullantıya çevrilib.

1957-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ilk peyki “Sputnik 1”i kosmosa buraxdıqdan  sonra elmi tədqiqatlar, meteorologiya, rabitə və hərbi məqsədlər üçün minlərlə peyk kosmosa göndərilib. Hazırda ABŞ-ın kosmosda 2 min 27, Çinin 224, İngiltərənin 129, Rusiyanın 83, Yaponiyanın isə 82 peyki var.

Peyklərin ən çox təsir etdiyi iki sahə asteroid (meteorit) müşahidələri və astro-fotoq-rafiyadır. Xüsusilə göy cisimləri müşahidəsi ilə maraqlanan insanların yerə yaxın peyklərlə bağlı problemləri var. Ehtiyat tədbiri olaraq peyklərin keçid vaxtlarını göstərən proqram təminatı, internet saytları və mobil proqramlar mövcuddur.

Bununla belə, problemi hələ də aradan qaldırmaq mümkün deyil, çünki peyklərin sayı sürətlə artır. İlon Maskın 'Starlink' layihəsi bütün dünyanı əhatə edəcək internet xidməti üçün dünya üzrə minlərlə peyk yerləşdirməyi hədəfləyir.

Yer kürəsinə yaxın yerləşən peyklər də elmi müşahidələrə mənfi  təsir göstərir. Türkiyenin Ərzurumda inşa etdiyi 4 metrlik nəhəng teleskop kimi əhəmiyyətli teleskoplarla səma davamlı olaraq izlənilir. Bu müşahidələrin  bəziləri asteroidlərə yönəlib. Yer kürəsinə yaxın olan kiçik asteroidlər dünyanın müxtəlif nöqtələrində, xüsusən də günəş doğmadan əvvəl araşdırılır və orbitləri hesablanır.

Asteroidin yerin yaxınlığından keçib-keçməyəcəyi və ya toqquşacağı bu müşahidə ilə anlaşılır. Ancaq Yer kürəsinə yaxın olan peyklər də bu müşahidələrə mənfi təsir göstərir. ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi  (NASA) bu məqsədlə Planetlərin Müdafiəsi Koordinasiya Ofisini (PDCO) yaradıb.

Qlobal miqyasda ortaya çıxan bu problemlərin aradan qaldırılması üçün araşdırmalar davam edir.



Әlaqәli Xәbәrlәr