Bit təmizləmənin ən təsirli təbii müalicə üsulları

TRT “Türkiyənin səsi” radiosundan bugünkü “Sağlıq olsun” rubrikamızda sizə bit təmizləmənin ən təsirli müalicə üsullarından danışırıq

1875472
Bit təmizləmənin ən təsirli təbii müalicə üsulları
bit darağı.jpg

 

   Bit hər kəsdə görünə bilən yoluxucu bir xəstəlikdir. Ondan arınmaq üçün nələrdən və necə istifadə etmək lazımdır?

1. Sirkə

  Ağ sirkə bitləri təmizləmək üçün ən təsirli üsullardan biridir. Eyni nisbətdə olmaq şərti ilə bir qabda ağ sirkə və suyu qarışdırın. Sonra qarışığı bütün baş dərisinə yeritməklə saçınıza tam yayın və beləcə 1-2 saat qalsın. Daha sonra saçlarınızı incə aralıqlı bit darağı ilə darayın. Ölü bitlər töküldükdən sonra saçınızı şampunla yaxşıca yaxalayıb yuyun.

2. Vazelin

  Ovcunuza xeyli vazelin tökün və iki əllə baş dərinizə çəkərək yayın. 1 saatdan sonra bit darağı ilə darayın. Şampunla yuyarkən də su altında darayaraq bitləri tökün.

3. Üçlü yağ qarışığı (1)

  Hərəsindən 5 damcı olmaqla evkalipt, rozmarin və zeytun yağlarını qarışdırın və bütün saç köklərinə çəkin. Barmaqlarınızla masaj etdikdən sonra 1 saat saxlayıb bit darağı ilə darayın, yuyun, qurulayın.

4. Yenə üçlü yağ qarışığı (2)

  Beş damcı nanə yağını azca zeytun yağı ilə qarışdırın. Bu qarışığı saçın köklərinə və özünə yaxşıca yeridin. 1 saatdan sonra yuyun. Sonra saç diblərinə alma sirkəsi çəkin. 15 dəqiqədən sonra bit darağı ilə darayın. Bu üsulu 4 gün tətbiq edə bilərsiniz.

5. Zeytun yağı

  Əvvəlcə zeytun yağını saç dərinizin yanmaması üçün qızdırın və 1 xörək qaşığı limon suyu ilə qarışdırın. Qarışığı baş dərisinə və bütün saça sürtün, klyonka ilə örtün, 1 gecə saxlayın. Səhər saçınızı incə aralıqlı bit darağı ilə darayın və ölü bitləri saçınızdan çıxarın. Bundan sonra saçınızı şampunla yuyun, qurulayın.

6. Hindistan qoz (və ya kokos) yağı

  Saçınızı bir neçə hissəyə bölün, Hindistan qoz yağını çəkin və 15-20 dəqiqə saxlayın. Daha sonra saçlarınızı incə aralıqlı bit darağı ilə darayın. Ölü bitlər töküldükdən sonra saçınızı şampunla yuyun. 

7. Zeytun və kokos yağları

  Əvvəlcə zeytun və kokos yağlarını qarışdırıb məhlul halına gətirin. Saçınızı bu məhlulla yuduqdan sonra alma sirkəsi çəkin və bit darağı ilə darayın.

  Bit yumurtalarının ömrü 1-5 həftə arasında dəyişə bilər. Bu səbəbdən bitlərdən tamamilə xilas olduğunuzdan əmin olana qədər prosesi davam etdirməlisiniz.

8. Alma sirkəsi və gicitkən

  Kiçik qazana 2 stəkan su (500 ml) töküb qaynadın. Sonra ona 1 xörək qaşığı qurudulmuş gicitkən əlavə edib 5 dəqiqə daha qaynamasını gözləyin. Qaynadıqdan sonra soyuması üçün kənara qoyun, orta ölçülü bankaya süzün, qalsın.

  İkisi bərabər olmaqla alma sirkəsi ilə su qarışığını baş dərisinə, sonra isə ucları daxil olmaqla bütün saçınıza çəkin. 30-35 dəqiqədən sonra saçı darayın, təbii sabunla yaxşıca yuyun, hamamdan çıxmazdan bayaq hazırladığınız gicitkən qarışığını saçınıza yayın. Yarım saat qaldıqdan sonra saçınızı su ilə yaxalayın. Bu üsulu həftədə bir dəfə tətbiq etməklə çox qısa müddətdə bitlərdən xilas ola bilərsiniz.

9. Alma sirkəsi və kokos (Hindistan qozu) yağı

  Alma sirkəsi ilə saçı nəmləndirin, 15-20 dəqiqə belə qalsın. Saçlar sirkəni udub quruduqdan sonra ovcunuza bir qədər kokos yağı götürün, başınızı yağlayın. Sonra bütün saçınızı bone və ya dəsmalla sarıyın. Təxminən 6-7 dəqiqədən sonra dəsmalı saçınızdan çıxarın, rakvina üzərinə əyilərək və ya duşakabində tükləri yaxşıca darayın, sonra şampunla yuyun. Bu prosesi həftədə 2 dəfə tətbiq etməklə qısa müddətdə bit və sürfələrindən xilas ola bilərsiniz.

10. Sarımsaq və limon suyu

  On diş sarımsağı əzin və üç xörək qaşığı limon suyu ilə qarışdırın. Sarımsaq suyu özünə tam çəkməlidir, yoxsa saçınızda parçaları qalar. Kremə bənzər bu qarışığı baş dərisi və bütün saça çəkin, 30 dəqiqə saxlayın, sonra incə aralıqlı bit darağı ilə darayın və ölü bitləri saçınızdan tökün-getsin.

11. Aloe vera geli

  Başınıza Aloe Vera geli sürtün, yaylıq və ya dəsmalla bağlayın, saçınız quruyana qədər gözləyin. Sonra alma sirkəsi ilə yaxalayın, bit darağı ilə darayın, şampunla yuyun.

12. Bit şampunu

  Əgər saçınızdakı bit çox deyilsə, aptekdən ən uyğun bit şampunu alıb təlimatına uyğun şəkildə istifadə edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr