Varikoz xəstəliyinin təbii üsullarla müalicəsi

Varikoz damarları problemindən ev şəraitində təbii və tətbiqi asan üsullarla xilas olmaq.

1870977
Varikoz xəstəliyinin təbii üsullarla müalicəsi

Sağlıq Olsun-52-2022

Varikoz, dövrümüzün ən çox yayılmış və estetik baxımdan narahatedici xəstəliklərindən biri hesab edilsə də, bundan təbii və ev şəraitində tətbiq edilən müalicə üsulları ilə xilas olmaq mümkündür.

Varikoz xəstəliyinin qarşısının alınması və xəstəliyin müalicəsi üçün tətbiq edilən təbii və bitki mənşəli üsullar:

 1- Alma sirkəsi

Alma sirkəsini bir dəsmal və ya pambıq yardımı ilə varikoz nahiyəsinə çəkin və ya sirkə ilə isladılmış dəsmalı varikoz damarları üzərinə qoyub 30-35 dəqiqə gözləyin. Daha sonra ayaqlarınızı 10-15 dəqiqə bədən səviyyəsindən yuxarıya uzaltın. Bunu gündə iki dəfə olmaqla 5 həftə davam etdirin.

2. Adaçayı

Adaçayı damarlarda varikoza səbəb olan iltihabların yayılma sürətinin azalmasına kömək edər.

3-At şabalıdı kremi

At şabalıdı sidikqovucu və iltihab azaldıcı xüsusiyyətə malikdir. Bu səbəbdən varikoz damarlarının əmələ gəlməsinə səbəb olan qan dövranı problemlərinin müalicəsi üçün istifadəsi yayğındır. Varikoz damarları üçün istifadəsi ən çox tövsiyə edilən At Şabalıdı kremi damar sağlamlığını qorur iltihabı və ağrıları azaldır.

4-Exinasea

Exinasea-nın varikoz damarlarının müalicəsinə kömək məqsədi ilə çay kimi istifadəsi məsləhətdir.

5-Cəfəri suyu

Varikoz damarlardan xilas olmaq üçün bir stəkan qaynar suya bir xörək qaşığı təzə cəfəri əlavə edin və 15 dəqiqə gözlədikdən sonra için. Bunu hər gün səhər yeməyindən əvvəl bir ay müddətlə davam etdirin.

6- qatırquyruğu çayı

Qatırquyruğu çayı damarlarda qan dövranını artır və iltihabın qarşısını almaq üçün kapilyarları gücləndirir.

Bir stəkan qaynar suya bir xörək qaşığı qatırquyruğu əlavə edin və dəmlənməsi üçün 10 dəqiqə gözlədikdən sonra istehlak edin. Varikoz damarlardan xilas olmaq üçün bu çaydan 3 həftə müddətlə gündə iki stəkan içmək məsləhətdir.

7. Hamamelis

Hamamelis çayı ödemi aradan qaldırır və qan dövranını artırır. Güclü sidikqovucudur. Kapilyarları gücləndirir və qanın geri qayıtmasını asanlaşdıran klapanların funksiyasını bərpa edər.

Bir stəkan qaynar suya bir çay qaşığı hamamelis əlavə edin. 10-15 dəqiqə dəmləndikdən sonra için. Bunu gündə iki stəkan olmaqla üç həftə istehlak edin.

8-Holli

Bu bitki damarların tıxanmasının qarşısını alır və tıxanmış damarların açılmasına kömək edər. Qan damarlarını gücləndirir. Bu xüsusiyyətləri səbəbindən gündə ən azı 100 mq istehlak etmək məsləhətdir.

9-Tərkibində flavonoidlər olan qidalar

Tərkibində flavonoidlər olan qidaların istehlakı damarları gücləndirir, varikoz damarların çoxalmasının qarşısını alır.

Flavonoid baxımından ən zəngin qidaların sitrus meyvələri, qırmızı üzüm, tərəvəzlər, xüsusilə qırmızı kələm və yaşıl çay olduğu bilinir.

10-Qırmızı kələm

Qırmızı kələmin yarpaqlarını qaynadın, soyuduqdan sonra varikoz damarların olduğu nahiyəyə çəkin

11. Zəncəfil

Varikoz damarlarına zəncəfil ekstraktı tətbiq etmək qan dövranını artırır və ağrıların azalmasına kömək edər.

12- Sarımsaq

Sarımsaq iltihabı aradan qaldırdığı üçün varikoz müalicəsində də yayğın istifadə olunur.

Üç diş döyülmüş sarımsağa bir neçə damçı limon suyu əlavə edib qarışdırdıqdan sonra varikoz damarlarının üzərinə çəkin.

12-Rosemary

Rosemary qan dövranını sürətləndirir. Bu xüsusiyyətinə görə varikoz damarlarına tətbiq etmək həm ağrıları aradan qaldırır, həm də damarın şişməsinin qarşısını alır.

13- Qırx qıfıl və çəmənlik ürəkotu

Bir stəkan qaynar suya 1 çay qaşığı qırx qıfıl otu əlavə edin və qapaqlı bir qabda vam odda 3 dəqiqə qaynadın. Daha sonra bir stəkan qaynar suya 5-6 qram çəmənlik ürəkotu əlavə edib yenə eyni şəkildə 3 dəqiqə qaynadın. Hazırladığınız çaylardan birini səhər yeməyindən iki saat əvvəl, digərini isə axşam yeməyindən iki saat sonra için. Bunu müntəzəm olaraq bir ay davam etdirin. İki həftə fasilə verdikdən sonra resepti  daha bir ay tətbiq edin. Bu varikoz damarlarınızın yox olmasına kömək edəcək.



Әlaqәli Xәbәrlәr