Bәşәr Әsәd rejimi ilә razılaşmaq mümkündürmü?

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1869682
Bәşәr Әsәd rejimi ilә razılaşmaq mümkündürmü?

Türkiye prezidenti  Rәcәb Tayyib Ərdoğanın Soçi sammitindən sonra verdiyi açıqlamalar və xarici işlər naziri Mövlud Çavuşoğlunun Suriya ilә bağlı açıqlaması Türkiyənin Suriya ilә bağlı mövqeyini dəyişib-dəyişdirmədiyi sualını  gündəmə gətirdi. Bәşәr Əsəd rejimini legitim bir güc kimi qәbul etmәk və onu normallaşdırmaq həqiqətən mümkündürmü? Belə bir addım Türkiyənin və suriyalıların xeyrinə olarmı?

Türkiyə son aylarda terrorla mübarizə çәrçivәsindә  PKK/YPG-nin nәzarәt altına  aldığı Tel Rıfat və Münbic kimi bölgələrdə böyük hərbi əməliyyata hazırlaşarkən, Rusiya və İranın alternativ təklifləri ilә  üzləşib. Xüsusilə Rәcәb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçidə baş tutan zirvə görüşündən sonra Ərdoğan Putinin Əsəd rejimi ilə əməkdaşlıq edərək bölgәni PKK/YPG-dәn  təmizləmək üçün ona təkliflər verdiyini bəyan edib.

Lakin media orqanlarının  görmək istəmədiyi başqa bir açıqlamada isә  kəşfiyyat orqanlarının uzun müddətdir görüşdüyünü, lakin terrorla mübarizədə irəliləyişin  əldə olunmadığını ortaya qoyub. Ərdoğandan sonra Mövlud Çavuşoğlunun davamlı sülh vә ölkәnin bölünmәmәsi üçün müxaliflәrlә Әsәd rejimini ‘‘barışdırmalıyıq’’ ifadәsi Türkiyәnin Suriya ilә bağlı mövqeyini dəyişib-dəyişdirmədiyi sualını  gündəmə gətirdi. Hətta Suriyada Türkiyә hәrbçilәrinin olduğu әrazilәrdә nümayişlər də keçirildi.

Türkiyәnin Xarici İşlәr Nazirliyi mәsәlә ilә bağlı bәyanat yayaraq Türkiyәnin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Astana prosesi ilә bağlı  mövqeyində heç bir dәyişikliyin olmadığını vә Suriya inqilabına və inqilabi qüvvələrə verilən dəstəyin davam etdiyini vurğulayıb.

Türkiyə artıq uzun zamandır  Suriyada siyasi həllin vacibliyini vurğulayır və Astana prosesi çәrçivәsindә keçirilәn  siyasi danışıqlara və yeni konstitusiyanın  qəbulu ilә bağlı prosesә  sona qədər dəstək verir. Lakin buradakı prosesә mane olan әsas faktor Suriya rejimi vә ona dәstәk verәn Rusiya vә İrandır. Onlar İdlibdә hərbi həll yoluna üstünlük verdilәr. Türkiyә isә buna ‘‘Bahar qalxanı’’ әmәliyyatı ilә cavab verdi.

Rejim və müttəfiqləri indiyə qədər yeni konstitusiyaya vә müxalifətin administrasiyaya inteqrasiyasına hazır olmadıqlarını nümayiş etdirdilər. Əgər bu mövqedən geri çəkilib həll yoluna hazır olacaqlarsa, bu, Türkiyənin və müxalifətin çoxdan arzuladığı mövqedir.

Ancaq Əsəd rejimi siyasi həll prosesi ilә bağlı mövqeyini  davam etdirәrsә, onu legitim aktyor kimi qәbul etmәk vә  münasibətləri normallaşdırmaq yanlış mövqe olardı.



Әlaqәli Xәbәrlәr