“Mazol”ların ev şəraitində müalicəsi

Ayaqlarda və barmaqlardakı mazolların təbii üsullar ilə müalicəsi.

1862238
“Mazol”ların ev şəraitində müalicəsi

Sağlıq Olsun-49-2022

Mazollar ayaq altında, barmaqların üstündə və ya arasında inkişaf edən, sərt mərkəzi nüvəsi olan ölü dəri böyüməsidir. Ayağın ön hissəsində də əmələ gələ bilər. Bir sözlə, dərinin sürtünmə və ya təkrar təzyiqə qarşı müdafiə reaksiyasıdır. Lakin dözülməz ağrıya səbəb olan  mazollardan ev şəraitində və asan tətbiqlərlə xilas olmaq mümkündür.

Mazollardan xilas olmaq üçün  tətbiqi  ən çox bilinən üsullar

1- İlıq su

Ayaq və ya barmaqlardakı Mazollar 20 dəqiqə ilıq suda isladılır. Daha sonra nahiyə oxalanır və yumuşalmış dəri xaric edilir. Bu üsul həftədə 2-3 dəfə  tətbiq  edilir.

2- Ağ Sirkə və Soğan Müalicəsi

Bu resept  üçün  lazımlı  materiallar belədir:

• Bir stəkan ağ sirkə

• Bir ədəd soğan

• şüşə qab

• Pambıq

• Bint

Soğanı doğrayın və  ağ sirkə ilə birlikdə  şüşə qaba  qoyub qapağını bağlayın.  8 saat  gözlədikdən sonra biraz pambığı  qabdakı tərkib ilə  isladaraq Mazolun üzərinə  qoyub bintlə bərkidin. Resepti 10 gün tətbiq edin.

 3-Alma sirkəsi

4 stəkan suya dörd xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Mazol olan nahiyəni  məhlul ilə 20 dəqiqə isladın. Daha sonra oxalayaraq dərini təmizləyin.

4- Sarımsaqlı Zeytun yağı

Materiallar:

• Üç diş sarımsaq

• İki xörək qaşığı zeytun yağı

• Bint

• Pambıq

Üç diş sarımsağı bir qabda incə doğradıqdan sonra   üzərinə iki xörək qaşığı zeytun yağı  əlavə edib qarışdırın. Pambıq yardımı ilə əvvəlcə  tərkibi  mazolun üzərin çəkin daha sonra  pambığı  mazolun üstünə qoyub bintlə bərkidin. Bunu  bir həftə, gündə  bir dəfə  tətbiq edin.

5- Gənəgərçək yağı

5 xörək qaşığı gənəgərçək yağını 1 litr suya əlavə edin. Daha sonra  Mazollu  nahiyəni  məhlulla  yaxşıca islatdıqdan sonra  oxalayaraq ölü dəriyi təmizləyin.

6- Pomidor qabığı

Pomidorun qabığını mazolun  üzərinə qoyub tənzif  və ya  bir təmiz dəsmal ilə  bağlayın.

7- Epsom duzu

Bir kasa isti suya 2-3 qaşıq Epsom duzu  əlavə edib qarışdırın. Daha sonra məhlul ilə mazol nahiyəsini isladıb və yaxşıca yümuşalana dək gözləyin. Daha  sonra dərini təmizləyin.

8-Ananas qabıqları

Ananasın qabığını soyun. Qabığın daxili hissəsini mazolun üzərinə  qoyub  tənzif və ya dəsmal ilə  bağlayın. Bunu 7 gün  tekrar edin.

9- Çay ağacı yağı

İlıq su ilə dolu bir qaba 2-3 damcı çay ağacı yağı  əlavə edin. Dəriniz yumşalana və Mazolun qalxdığını hiss edənə qədər problemli nahiyəni  məhlulda isladın. Sonra  ilıq su ilə yuyun

10- Çobanyastığı suyu

Təxminən 1 litr suya təzə çobanyastığı və ya çobanyastığı çayı əlavə edin. Bir neçə  dəqiqə gözləyib daha sonra  ayaqlarınızı  30 dəqiqə  hazırladığınız məhlulda  saxlayın. Bunu  fasiləsiz bir neçə gün tətbiq edin.

11-Banan qabığı

Bananın qabığını  Mazolun üstünə qoyun

12- Əncir

Yaşıl, yetişməmiş əncir şirəsi əllərdə və ayaqlardakı  mazolların müalicəsində  təsirlidir. Yaşıl  əncirin şirəsi gündə üç dəfə Mazollu nahiyəyə çəkilir.  

13- Limon

Mazolun  üzərinə təzə limon suyu çəkin və qurumasını gözləyin. Bunu gündə üç dəfə tekrar edin və ya  bir xörək qaşığı limon suyuna iki mixək atın və təxminən 15 dəqiqə  gözlədikdən sonra mixəkləri çıxarın və limon suyunu  Mazolun  üzərinə çəkin.  Bu gündə üç dəfə tətbiq edilmilidir.

14- Sarımsaq

Bir diş  soyulmuş sarımsaq  mazollu nahiyəyə çəkilir. Bu gündə bir dəfə  olmaqla iki həftə tətbiq edilməlidir.  

15- Qabartma tozu və limon

Bir qaba ilıq su  və 2 xörək qaşığı limon suyu əlavə edin və mazol  nahiyəsini 2 dəqiqə məhlulda saxlayın daha  sonra  qabartma tozunu əlavə  edin və  5-10  dəqiqə  daha  gözlədikdən sonra  mazolun  üzərini  oxalayaraq dəriyi təmizləyin.



Әlaqәli Xәbәrlәr