Londonda yaranmış Osmanlı Saray Musiqi Akademiyası Orkestri olduğunu bilirsinizmi?

London Osmanlı Saray Musiqi Akademiyası Orkestri klassik musiqi bəstəkarı, dirijor və musiqişünas Əmrə Aracı tərəfindən yaradılıb.

1844714
Londonda yaranmış Osmanlı Saray Musiqi Akademiyası Orkestri olduğunu bilirsinizmi?

Bunları Bilirsinizmi_42_2022

İngiltərənin paytaxtı Londonda yaranmış Osmanlı Saray Musiqi Akademiyası Orkestri olduğunu bilirsinizmi?

London Osmanlı Saray Musiqi Akademiyası Orkestri klassik musiqi bəstəkarı, dirijor və musiqişünas Əmrə Aracı tərəfindən yaradılıb.

Edinburq Universitetinin Musiqi Fakültəsindən bakalavr və doktorluq dərəcələri alan Əmrə Aracı incəsənət, antik memarlıq, ədəbiyyat, tarix və diplomatiyaya olan marağını birləşdirərək fərqli musiqi karyerası davam etdirir.

Əmrə Aracı 1997-ci ildə Türkiyə səfirinin Edinburq konsulluğuna ziyarəti ilə əlaqədar türk mövzulu konsert proqramı hazırlayıb. Konsertdə 19-cu əsr Osmanlı Sarayına aid bır sıra marşlar və rəqslər ilk dəfə səsləndirilib. Proqramda Sultan V Murad, Sultan Əbdüləziz, Donizetti Paşa və Quatelli Paşanın bəzi əsərləri ifad edilib. Böyük maraqla qarşılanan konsert 6 ay sonra Londonda genişləndirilmiş repertuarla iki dəfə təkrarlanıb. Bu konsertlər böyük marağa səbəb olanda Osmanlı dövründə qərb üslublu əsərlər ifa edən London Osmanlı Saray Musiqi Akademiyası Orkestri yaradılıb. Akademiyanın araşdırmaları arasında Avropa musiqi ədəbiyyatında türklərə aid başqa əsərlərin də üzə çıxarılması və səsləndirilməsi var.

Əmrə Aracı beynəlxalq əsərləri ilə Türkiyə ilə İngiltərə və Avropa, Şərq və Qərb arasında güclü bir musiqi körpüsü qurmuşdur.



Әlaqәli Xәbәrlәr