Köp (qaz sancısına) faydalı olan təbii vasitələr

Qaz sancısının təbii  yollarla müalicəsi  və tətbiqi  tövsiyə  edilən reseptlər

1818630
Köp (qaz sancısına) faydalı olan təbii vasitələr

Sağlıq Olsun_36_2022

Köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır. Bağırsaq bakteriyaları tərəfindən udulan hava və qəbul edilən qidalar ilə birgə ağızdan alınan hava həm mədədə həm də bağırsaqlarda köpün yaranmasına və nəticədə qaz sancısına səbəb olur.

Köp nəticəsində qaz sancısının yaranmasına aiml olan əsas səbəblər:

• Qidaya qarşı allergiya,

• Uzun müddət hərəkətsiz qalmaq

• Hava udmaq

• İstifadə müddəti bitmiş qidalardan istifadə etmək

• lifli qidaların həddindən artıq istehlakı

• Böyük dişləmələrdə yemək istehlakı

•Yeməkləri kifayət qədər çeynəmədən udmaq

• Bağırsaqlarda sağlamlıq problemləri

• Bədənin uzun müddət soyuğa məruz qalması, xüsusilə ayaq və qarın bölgəsi

 • Çox yağlı və ədviyyatlı qidalar qəbul etmək

 • Südün həddindən artıq istehlakı

• Həddindən artıq qazlı və şəkərli içkilərdən istifadə etmək

• Zərərli vərdişlər

Köp nəticəsində yaranan qaz sancısı üçün faydalı olan və ümumiyyətlə tövsiyə edilən təbii vəsaitlər isə bunlardır:

• Zəncəfil

Zəncəfil qaz sancısını, xüsusən də qaz səbəbiylə qarında his edilən ağrıları azaldan ən təsirli bitki mənşəli reseptlər arasındadır. Ancaq zəncəfil də həddindən artıq istehlak edildikdə mədə ağrılarına səbəb ola bilər. Buna görə də ehtiyatla istifadə edilməlidir. Təzə zəncəfili soyulub sürtgəcdən keçirdikdən, və ya nazik dilimlərə kəsib çaydanda qara çay kimi dəmləyərək içdikdə qaz sancısı azalır. Zəncəfil çayı dəmlənərkən çini çaydandan istifadə etmək məsləhətdir. Dəmlənmiş çay çox gözləmədən içilməlidir. Zəncəfil çayı hazırlayarkən çaydana limon dilimləri də əlavə etmək olar.

• Zirə

Bir çimdik zirə 1 stəkan qaynar suya əlavə edilir, dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Yeməklərndən sonra içilir. 1 çay qaşığı zirə südə qarışdırıb içmək də çay qədər faydalıdır.

• Sirkə

Bir stəkan ilıq suya təxminən 1 xörək qaşığı alma sirkəsi əlavə edib içmək sancını azaldır.

• Razyana toxumu

Bir cimdik razyana toxumu çeynəmək və ya çay kimi dəmləyib içmək qaz sancıasına faydalıdır.

• Darçın

Darçın ağrı kəsici təsirinə görə qaz səbəbi ilə yaranan qarın ağrısını kəsər, mədə və bağırsaqların rahatlamasına kömək edər. Zəncəfil kimi çayını dəmləyib içmək və ya qatığa əlavə edib yemək məsləhətdir.

Darçın çayı, darçın tozundan olduğu kimi qabığından da hazırlamaq olar. Darçın qabığından çay dəmlənərkən qabıqlar suda yuyulduqdan sonra üzərinə qaynadılmış su tökülür və dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Ancaq qabıqlar suda qaynadılmamalıdır. Əks təqdirdə darçın qabığı həm vitaminini, həm də dadını itirəcək. Toz darçından çay isə 1 stəkan suya 1,5 çay qaşığı toz darçın əlavə edilərək hazırlanır. Dəmlənmiş darçınlı çayı şirinləşdirmək üçün baldan istifadə etmək olar.

• Çörək soda

Qaz sancısını azaltmaq üçün bir stəkan ilıq suya 1 və ya yarım çay qaşığı Çörək soda əlavə edib qarışdırdıqdan içmək məsləhətdir.

• İsti su torbası

İsti su torbasını ağrılı nahiyəyə qoyub 5 dəqiqə gözləmək faydalıdır.

 • Məşq

Arxa üstə uzanıb yarım oturaq hərəkətlər etmək və ya ayaqları dizdən büküb qarnına çəkərək məşq etmək ağrının azalmasına səbəb olar.

Qaz sıxılması və şişkinlik üçün faydalı tövsiyələr:

İnsanların təxminən 16-30% -nin mütəmadi olaraq şişkinlik və qaz sıxılması problemi ilə qarşılaşdığı müəyyən edilmişdir.

Qaz sıxışması və şişkinlik üçün tətbiqi tövsiyə edilən tədbiqlər:

Az-az yemək yemək çox

Yeməkləri yaxşı çeynəmək

Yeməkləri xırda-xırda çeynəmək

Bəzi qidaların digərlərindən daha çox qaz və ya şişkinlik yaratdığını anlamaq üçün bir qida gündəliyi tutulmaq,

Saqqız çeynəmək, içəcəkləri pipetlə içmək, danışaraq və ya tələsik yemək yemək kimi havanın udulmasına məhz qaz sıxılmasına səbəb olacaq vərdişlər başda olmaqla, ksilitol, sorbitol və mannitol kimi dadlandırıcıların istifadəsindən imtina etmək

Qəbiz olmamaq. Qəbizlik şişkinlik və qaz sıxılmasını artırır.

Probiyotik əlavələr istifadə etmək. Çünkü probiyotiklər bağırsaqdakı bakteriya mühitini yaxşılaşdırdıqları üçün qaz və şişkinlik azalır.

 



Әlaqәli Xәbәrlәr