Ukrayna-Rusiya müharibәsi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1789467
Ukrayna-Rusiya müharibәsi

 

Ukrayna-Rusiya sәrhәdindә uzun müddәt yaşanan gәrginlikdәn sonra Rusiya ordusu Ukraynaya müxtәlif istiqamәtlәrdәn hücum etmәyә başladı. Rusiya ordusuna Ukrayna әrazisindә xüsusi әmәliyyatın keçirilmәsi ilә bağlı göstәriş verәn Vladimir Putin Kiyevi ələ keçirib qısa zamanda müharibəni bitirəcəyini düşünürdü. Ancaq Ukrayna ordusunun müqaviməti, Ukrayna xalqının işğala qarşı nümayiş etdirdiyi  birliyi və Zelenskinin siyasi liderliyi ilə Rusiyanı uzun və yorucu bir prosesin gözlədiyi müşahidə olunur. Qərb ölkələrinin qətiyyətli mövqeyi Rusiyanı böyük strateji iflasa sürükləyir.

Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etməklə ölkəsi adına böyük qumar oynadı və hazırda işlər yaxşı getmir. Vladimir Putin bu әmәliyyatla Kiyevi qısa müddәtdә әlә keçirәcәyini, Zelenski rәhbәrliyini mәğlub edәcәyini vә Ukrayna xalqının Rusiya tәrәfindәn seçilmiş rәhbәrliyi qәbul edәcәyini düşünәrәk hәrәkәtә keçdi.

Lakin müharibənin  əvvəlində Rusiya ordusunun әmәliyyatı uğursuzluğa düçar oldu. Rusiya ordusunun hәyata keçirirdiyi әmәliyyat Ukrayna ordusunun əks-hücumları ilə nəticəsiz qaldı. Beləliklə, həm Ukraynanın siyasi rəhbərliyi, həm də komanda-nəzarət strukturu dağılmadı, əksinə, gücləndi və böyük iradə nümayiş etdirdi. Әmәliyyatın uğursuzluğundan sonra Rusiyanın B planı üzərində kifayət qədər çalışmadığı müşahidə edildi. Ukrayna ordusu Rusiyanın hәyata keçirdiyi hәrbi әmәliyyata ölkənin həm cənub, həm də şərq istiqamәtindәn lazımı cavabı verdi.

 Kiyevə doğru irəliləyən şimaldakı qüvvələrin irəliləyişinin çox yavaş olduğu müşahidə edildi. Xüsusilə Rusiyanın Ukrayna üzərində hava hökmranlığını tam təmin edə bilməməsi, silahlı pilotsuz uçuş aparatlar da daxil olmaqla zirehli birliklərə havadan dəstək verə bilməməsi vә logistika ilә bağlı yaranan problemlәr Rusiya ordusunun yavaş irәlilәmәsinә, hәm dә çox sayda itki vermәsinә sәbәb oldu. Rus piyadalarının әhval-ruhiyәsinin dә yaxşı olmadığı müşahidә olunur.

Ukrayna ordusunun xalqla birlikdә göstәrdiyi müqavimәtini vә Türkiyәnin TB2 silahlı pilotsuz uçuş aparatları vә anti tanklarına әsaslanan hәrbi strategiyasını vurğulamaq lazımdır. Rusiya ordusu bir neçә gün әrzindә çox sayda itki verdi.Yeri gәlmişkәn qeyd edәk ki, Ukrayna ordusu çox sayda rus hәrbçisini әsir  götürdü. Qәrb ölkәlәrinin birlikdә hәrәkәt etmәsi vә Rusiyaya tәtbiq edilәn sanksiyalar müharibәnin Rusiya üçün  necә nәticәlәnәcәyindәn xәbәr verir. Hәm hәrbi, hәm dә iqtisadi vә siyasi nәticәlәri baxımından Putinin Ukraynada hәyata keçirdiyi әmәliyyat mәğlubiyyәtlә nәticәlәnәcәk vә Putin vә ölkәsi üçün strateji intihara çevrilәcәk. Bütün әlamәtlәr bizә bu hәqiqәti göstәrir.

 



Әlaqәli Xәbәrlәr