”TEKNOFEST” və Türk dünyası

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun "TEKNOFEST” və Türk dünyası” başlıqlı yazısı.

1776017
”TEKNOFEST” və Türk dünyası
TEKNOFEST-Bakü
Reşat Nebiyev-TEKNOFEST

Məlum olduğu kimi XVI- XVII əsrlərə qədər Türk-İslam dünyası sadəcə qurduğu nəhəng imperatorluqlar, qüdrətli ordularıyla deyil, həm də elm və fikir dünyası, təhsil sistemiylə də insanlığın qabaqcıl gücü, istiqamət vericisi idi. Hələ XI əsrdə qurulan Darül- Hikmət qısa bir zamanda  sadəcə İslam dünyasının deyil geniş coğrafiyalarda yaşayan digər dini kimliklərin də  fikir və düşüncə dünyasını bəsləmiş, dövrün elmi mərkəzi halına gəlmiş, tərcümələr, qələmə alınan əsərlər elm və mədəniyyət mühitini canlandırmışdır.

Türküstan aydınlanmasının da memarları olan Xarəzmi, Biruni, Farabi kimi alimlər fəlsəfədən musiqiyə bir çox elm və sənət sahələriylə bağlı fundamental əsərlər qələmə almış, polimat şəxsiyyətlər olduqlarını sübut etmişdir. Ancaq millətlərin də ayrı-ayrı coğrafiyaların da tarixində yüksəlmə dövrləri olduğu kimi əsasən çağın gedişatını düzgün görə bilməmək , mədəniyyət və elm bayraqdarlığını davam etdirmək  üçün çox vacib bir amil olan əsrə görə qaynaqlarımızı yenidən yorumlama, təcrid etmək kimi istiqamətlərdə gərəkli addımları atmaqda gecikmək səbəbiylə bir dövrdən sonra Türk-İslam aləmi üçün total bir geriləmə də labüd olmuşdur. Bu mənada Bayraktar ailəsinin timsalında Anadoludan başlayan yüksək texnologiya həmləsi Türk Dünyası və əslində daha ədalətli, insancıl bir dünya nizamının qurulmasını arzulayan bütün tərəqqipərvər bəşəriyyət üçün ilham qaynağıdır.   Hazırkı dünya reallıqları içində Türk Dünyasının münasibətlərinin, əməkdaşlıq və ortaq güc inşa etmək prosesinin mərkəzinə insana, elm və texnologiyaya yatırımı almaqda böyük  fayda vardır. Çünkü həm əsrlər əvvəl yıxıldığımız yerin ora olması, həm də Türk Dünyasının gənclərinin intelektual hazırlığının ,milli həyəcanının yüksək olması bunu zəruri edir. 44 günlük Qarabağ müharibəsi başda olmaqla dünyanın fərqli coğrafiyalarında aparılan milli mübarizəmizdə böyük avantajlar yaradan, şəhid sayısının azalmasına, ordularımızın daha qüdrətli hala gəlməsinə səbəb olan dünyanın ən qabaqcıl silahlı və silahsız hava aparatlarının( Bayraqdar, Axınçı ) mucidi,  salqının ilk dövrlərində müxtəlif inkişaf etmiş ölkələrdə süni tənəffüs aparatlarının çatışmazlığı səbəbiylə təlaş və ölümlər yaşanırkən qısa bir müddət ərzində Türkiyədə bu aparatları dizayn edərək istehsala göndərən ixtiraçıların da böyük əksəriyyəti gənc mühəndislərdən ibarət olmuşdur.  Bu mənada da Səlcuq Bayraktarın ciddi çətinlik və maneələri aşaraq əldə etdiyi uğur heykayəsi, tətbiq etdiyi metodologiya gənclər üçün model təşkil etməkdədir. 

Səlcuq Bayraktarın  başlatdığı  “TEKNOFEST” hərəkatının Türkiyədən sonra Azərbaycandan başlayaraq Türk Dünyasına yayılması da milli reflekslərin formalaşdırılması, bu sahədə  oxumağa, çalışmağa həvəsi olan orta və ali məktəb tələbələrinin həvəsləndirilməsi, ibtidai layihələrdən mürrəkkəbə doğru müxtəlif robotik məhsullar hazırlamağa başlayaraq onu festivallarda sərgiləmələri baxımından çox mühümdür. May ayında Bakıda keçiriləcək “TEKNOFEST” iki qardaş ölkə arasındakı əməkdaşlıq və ortaqlığın  daha üst bir müstəviyə çıxarıldığının da  əlamətidir. Bu həfdə Səlcuq Bayraktarın Bakıda “TEKNOFEST” tədbirləri çərçivəsində bir neçə konfransda iştirak etməsi, gələcəyin texnologiyaları, silah növləriylə bağlı  orada verdiyi mühüm mesajlar Azərbaycanda ciddi əks-səda doğurmuşdur. Azərbaycan xalqı Qarabağ müharibəsi dövründən onu özünün də  qəhrəmanı kimi görməyə başladığı, Prezident İ. Əliyev tərəfindən  Qarabağ ordeniylə təltif edildiyi üçün bu tədbir və konfranslar həm də  fərqli bir duyğusal atmosferdə keçmişdir.  Səlcuq Bayraktarın ifadəsiylə dünya tarixində ilk dəfə dron müharibəsini  qazanan da yenə Türk orduları olmuşdur. Bu bağlamda da yüksək texnologiya, kosmos kimi  sahələrdə birgə ciddi  həmlələrin həyata keçirilməsi rəqabət və mübarizələrin şiddətləndiyi hazırkı dünya reallığında Türk Dünyası üçün həm də  milli təhlükəsizlik məsələsinə çevrilmişdir.



Әlaqәli Xәbәrlәr