Sina hәbsxanasına edilәn hücum

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1773191
Sina hәbsxanasına edilәn hücum

Terror tәşkilatı DEAŞ Suriyanın Haseke şәhәrindә yerlәşәn vә terror tәşkilatı PKK/YPG-nin nәzarәtindә olan Sina hәbsxanasına hücum etdi. Yüzlәrlә insanın hәyatını itirdiyi hücumdan sonra DEAŞ tәhlükәsinin davam edib-etmәdiyi sualı gündәmә gәldi. PKK-dan  istifadә edәrәk DEAŞ ilә mübarizә aparmağın nә dәrәcә sәhv bir addım olduğu bir daha sübuta yetirildi.

Yanvar ayının sonunda  DEAŞ terror təşkilatına tabe olan terrorçular  Suriyanın Haseke şәhәrindә yerlәşәn vә terror tәşkilatı PKK/YPG-nin nәzarәtindә olan Sina hәbsxanasına hücum etdi. Terror tәşkilatının üzvlәri hәbsxananı hәdәf alarkәn hәbsxanadakı DEAŞ-a üzv mәhbuaslar da koordinasiyalı şәkildә üsyan başladıb. Həbsxana xaricindəki DEAŞ terrorçuları həbsxananın şimal hissəsinin girişindә minalanmış avtomobil ilә hücum törәdәrәk  DEAŞ terrorçularının hәbsxanadan qaçmasına  şarait yaradıb. Hücum zamanı yüzlәrlә DEAŞ terrorçusunun hәbsdәn qaçdığı güman edilir. Yeri gәlmişkәn qeyd edәk ki, terror tәşkilatı DEAŞ Haseke şәhәrinin bәzi mәhәllәlәrini nәzarәtinә keçirib. Qarşıdurmalar zamanı terror tәşkilatı PKK/YPG-nin iki yüzdәn çox üzvü ölüb. ABŞ vә İngiltәrәnin Xüsusi Tәyyinatlı Qüvvәlәri DEAŞ-a müdaxilә edib vә ABŞ Hәrbi Hava Qüvvәlәri DEAŞ üzvlәrinin nәzarәtinә keçirdiyi Sina hәbsxanası vә әtrafındakı bölgәlәri bombalamaq mәcburiyyәtindә qalıb.

Bəs Sina hәbsxanasındakı üsyan bizə nə göstәrir?

Bu, ilk növbədə, DEAŞ-ın PKK/YPG bölgəsində yenidən güclənməyə başladığını və terror təşkilatı PKK/YPG-nin DEAŞ-a qarşı ciddi mübarizə apara bilmədiyini göstərir. DAEŞ-ın son hücumu bizә terror tәşkilatının daha koordinasiyalı hәrәkәt etdiyini göstәrir. Əslində Sina həbsxanasındakı üsyan cәhdi vә sonra baş verәnlәr Türkiyәnin  “Bir terror təşkilatından istifadə edərək başqa bir terror təşkilatına qarşı mübarizə aparılmaz’’tezisinin nә dәrәcә doğru olduğunu bir daha sübuta yetirir. PKK/YPG kimi bir terror təşkilatından istifadə edərək DEAŞ-la mübarizədə uğur əldə etmək heç vaxt mümkün deyil. Əksinə  DEAŞ PKK/YPG-nin Fərat çayının şərqindəki mövcudluğundan  qidalanır və bundan  sui-istifadə edərək yenidən güclənməyə çalışır.

DAEŞ-a qarşı həqiqi mübarizə aparmaq üçün bölgənin sosiologiyasına uyğun hökumətlər yaradılmalıdır. Bunun üçün Dəməşqdəki  rәhbәrlik dәyişdirilmәlidir, Fərat çayının  şərqindəki bölgələr PKK/YPG işğalından azad edilməlidir.



Әlaqәli Xәbәrlәr