Göz quruluğu sindromu

Gözdə quruluq və ya quru göz sindromunun səbəbləri və təbii yollarla müalicəsi

1760215
Göz quruluğu sindromu

Gözlərdə yanma, qaşıntı, yapışqan maye ifrazatı, siqaret tüstüsünün təsirindən, küləkli havada narahatlıq yaranması göz quruluğunun başlıca xəbərçiləridir. Bu xəstəlikdən qorunmanın yolları ilə sizi tanış edəcəyik.

-Quruluğa səbəb ola biləcək küləkli havalarda və ya üzgüçülük zamanı qoruyucu eynəklərdən istifadə edilməlidir.

-Gündəlik ən azı 2 litr su içilməlidir.

-Omeqa 3 ilə zəngin balıq yağı istifadə edilməlidir.

-Gözlər nizamlı və kifayət qədər istirahət etdirilməlidir.

- Qışda evdə qeyri-təbii isitmə vasitələri havanı qurudur. Buna görə, gözlər daha çox quruyur. Bunun üçün evin havası xüsusi cihazlarla rütubətləndirilməli və ya qablarda su qoyulmalıdır.

- Ekran qarşısında olmaq gözlərin yorulması və qurumasına səbəb olur. Bunu edən zaman gözlərə istirahət verilməlidir.

-Gözlər tez-tez ovuşdurulmamalıdır.

Göz quruluğunun təbii yollarla müalicəsi:

* Vitaminlər və qida maddələri

Quru göz sindromunda qida rasionuna D, B12 və A vitaminləri ilə zəngin qidalar əlavə edilməlidir. Yumurta sarısı, taxıl, portağal suyu, yerkökü, ispanaq, brokoli və kərə yağı kimi D və A vitaminləri, sardina, qızılbalıq, skumbriya, soya toxumu kimi omeqa-3 yağ turşuları ilə zəngin qidaların qəbulu artırılmalıdır.

*Xiyar

Xiyar quru gözləri müalicə etmək üçün ən asan və ən yaxşı bitki mənşəli reseptlərdən biridir. Soyulmuş bir xiyar yuvarlaq dilimlərə kəsilir, gözlərin üstünə qoyulur. Bu proses gündə 2-3 dəfə tətbiq edilir.

* Qızılgül suyu

Qızılgül suyu quru gözlər üçün faydalı olan ən təsirli vasitələrdən biridir. Gül suyuna batırılmış pambıq 10 dəqiqə göz qapaqlarının üstünə qoyulur. Bu, gündə 2-3 dəfə təkrar edilir.

* Çobanyastığı çayı

Çobanyastığı gözlərdəki nəm miqdarını artırır və quruluğun səbəb olduğu qıcıqlanmanı azaldır.

Bir stəkan qaynar suya bir çay qaşığı qurudulmuş çobanyastığı otu əlavə edilir və dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Soyuduqdan sonra pambıqla gözlərə çəkilir. Proses gündə 3-4 dəfə tətbiq edilir.

*Razyana toxumu

Razyana toxumu iltihabı azaldır və gözün nəmliyini artırır.

Bir çay qaşığı razyana toxumu 10-15 dəqiqə qaynar suda isladılır. Soyuduqdan sonra pambıq vasitəsilə gözlərə çəkilir. Gündə 2-3 dəfə tədbiq edilir.

* Aloe vera

Aloe vera gözləri qoruya bilən təbii antioksidantdır.

Təzə Aloe vera kəsilir, içərisindən axan gel göz qapaqlarına çəkilir. Gündə iki dəfə təkrar edilir.

* Lavanda yağı

Lavanda yağı sakitləşdirici və rahatlaşdırıcı xüsusiyyətə malikdir.

Bir stəkan suya bir neçə damcı lavanda  yağı əlavə edilərək qarışdırılır. Hazırlanan məhlul təmiz bir parçanın üstünə tökülərək göz qapaqlarının üstünə qoyulur və 15-20 dəqiqə gözlədikdən sonra yuyulur. Bunu gündə üç dəfə tətbiq etmək olar.

*Çobanyastığı yağı

Çobanyastığı yağı gözlərdəki iltihabı azaldır.

Bir stəkan isti suya bir neçə damcı çobanyastığı yağı əlavə edilir. Təmiz bir parça qarışdırılan həmin məhlul ilə isladılır və göz qapaqlarının üstünə qoyulur. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə suyulur. Bu resept gündə iki dəfə təkrar olunmalıdır.

* Zeytun yağı

Zeytun yağı gözlərdə qıcıqlanma və iltihabı azaltmağa kömək edər.

Göz qapaqları zeytun yağı ilə masaj edildikdən sonra yumularaq istirahət etdirilir. Bu, gündə 2-3 dəfə tətbiq olunur.

*Balıq yağı

Balıq yağı istehlakı göz quruluğuna qarşı ən faydalı qidalardan biridir.

*Yaşıl çay ekstraktı

 Yaşıl çay ekstraktı gözlərin qıcıqlanmasının qarşısını alar.

 Bir stəkan qaynar suya bir qaşıq yaşıl çay əlavə edilərək 10-15 dəqiqə dəmlənir. Həmin çayda isladılmış pambıq göz qapaqlanının üstünə qoyulur. Gündə bir neçə dəfə tekrar edilir.



Әlaqәli Xәbәrlәr