İstanbuldakı Sultan Əhməd məscidinin bütün dünyada tanındığını bilirsinizmi?

İstanbulda meydanlardan birinə adını verən Sultan Əhməd məscidi 17-ci əsrin mühüm memarlıq sənət əsərlərindən biridir.

1748905
İstanbuldakı Sultan Əhməd məscidinin bütün dünyada tanındığını bilirsinizmi?

İstanbulda meydanlardan birinə adını verən Sultan Əhməd məscidi 17-ci əsrin mühüm memarlıq sənət əsərlərindən biridir. Topkapı Sarayı və Ayasofya ilə üzbəüz yerləşən bu görkəmli bina dövrün baş memarı Sedefkar Mehmet Ağa tərəfindən Sultan I Əhmədin əmri ilə tikilmiş şah əsərdir. Onun tikintisi 1609-cu ildə başlanır və 1617-ci ildə tamamlanır. Osmanlı İmperiyasında altı minarəli yeganə məsciddir. Bütün Osmanlı məscidlərində ən mühüm elementlərdən biri olan günbəz Sultan Əhməd məscidində daha möhtəşəmdir. Sultan Əhməd Məscidində 260 pəncərə yerləşdiyinə görə böyük günbəz sanki havadan asılıb. Bu məscid demək olar ki, hər bir məscid kimi işıqlı və genişdir.
Daxili və xarici bəzəkləri ilə təkcə Türkiyədə deyil, bir çox ölkədə özünü tanıtmağı bacaran Sultan Əhməd Məscidi minlərlə mavi, yaşıl və ağ İznik çinilərilə bəzəndiyi üçün Türkiyə xaricində “Mavi məscid” (Bli Mosque)kimi tanınır. YUNESKO tərəfindən Dünya Mədəniyyət İrsi Siyahısına daxil edilmiş bina Türkiyənin tarixi zənginliyinin mühüm bir hissəsidir.



Әlaqәli Xәbәrlәr