Dünyanın ən ləzzətli pendirlərindən birinin Qars qrüyeri olduğunu bilirsinizmi?

Qars qrüyeri adlanan bu pendir dünyada məşhur ləzzətli pendir kimi tanınır

1743243
Dünyanın ən ləzzətli pendirlərindən birinin Qars qrüyeri olduğunu bilirsinizmi?

 

  Adını İsveçrənin Qrüyer (Gruyere) qəsəbəsindən alan pendirin bir növü də Türkiyənin Şərqi Anadolu bölgəsində - Qarsda istehsal edilir. Qars qrüyeri adlanan bu pendir dünyada məşhur ləzzətli pendir kimi tanınır.

  1878-ci ildə Osmanlı-Rusiya müharibəsi zamanı Qars Rusiya tərəfindən işğal edilir. Bu dövrdə çarın dəvəti ilə Qarsa gələn isveçrəli Devid Mozer (David Moser) bölgənin İsveçrə qrüyer pendiri istehsalı üçün uyğun olduğunu görür və yüksək bir yaylada qərar tutan Boğatəpə kəndində ilk pendir-süd zavodunu qurur.

  1918-ci ildə Türkiyə Qarsı ruslardan geri alır, işğal sona çatır. Devid Mozer pendir-süd zavodunu Aleksandr Kayzer (Kaiser) adlı bir almana sataraq bölgəni tərk edir. Kayzer bölgədəki pendir istehsalında yeniliklər edir və Qarsa xas dəlikli Qars qrüyeri yaradır. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra pendirçiliyin bir iş sahəsi kimi qəbul edilməsiylə Boğatəpə kəndi tamamilə pendir istehsalına yönəlir.

  Bu gün Boğatəpədə istehsal edilən Qars qrüyeri dünyanın ən ləzzətli və qida dəyəri ən yüksək olan pendirlərindən biri sayılır.



Әlaqәli Xәbәrlәr