Bolu vilayətinin Mengen qəsəbəsinin "aşpazlar diyarı" olduğunu bilirsinizmi?

Bolu vilayətinin Mengen qəsəbəsi Osmanlı İmperatorluğundan bu günə qədər yetişdirdiyi və 7 qitəyə göndərdiyi aşpazlarla eynilə “aşpazlar diyarı”dır...

1736695
Bolu vilayətinin Mengen qəsəbəsinin "aşpazlar diyarı" olduğunu bilirsinizmi?

Bolu vilayətinin Mengen qəsəbəsi Osmanlı İmperatorluğundan bu günə qədər yetişdirdiyi və 7 qitəyə göndərdiyi aşpazlarla eynilə “aşpazlar diyarı”dır... Mengen mətbəxinin tarixi Osmanlı saray mətbəxinə əsaslanır. Məlumdur ki, yeməyi sevən sultanların ən məşhuru 1604-cü ildə taxta çıxan I Əhməd Mengendən Topqapı sarayına aşpazları gətirən ilk sultandır.

Osmanlı saraylarında başlayan kulinariya macərası Cümhuriyyət dövründə yetişmiş aşpazlarla davam edib və mengenli aşpazlar dünya liderlərinin mətbəxlərində işləyiblər. Mustafa Kamal Atatürk başda olmaqla, demək olar ki, bütün cümhurrəislərinin aşpazı olmuş  mengenli ustalar var idi. Dünyanın ən yaxşı 5 məktəbi arasında yer alan və Türkiyədə açılan ilk kulinariya məktəbinin yerləşdiyi Mengendə təhsil alan aşpazlar da xarici dövlət qonaqlarını qəbul etmək üçün ilk üstünlük verilən aşpazlar sırasındadır. Bu gün Avropa, Orta Şərq, Amerika, Afrika və hətta Uzaq Şərqdə Mengendən olan aşpazlara və onların ləzzətli yeməklərinə rast gəlmək mümkündür.



Әlaqәli Xәbәrlәr