ABŞ-la Türkiyə arasında iki təməl problem

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru Murad Yeşiltaşın sözügedən mövzuda yazısını təqdim edirik

1729594
ABŞ-la Türkiyə arasında iki təməl problem

 

  Romada ötən həftə reallaşan “Böyük iyirmilik” (G-20) Liderlər Zirvə Toplantısı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında keçirilən görüş Türkiyə-Amerika əlaqələrinin gələcəyi baxımından mühüm xarakter daşıyır. Söhbətin görüşün bir neçə həftə əvvəl “səfirlər böhranı”ndan sonraya təsadüf etməsi daha çox əhəmiyyət kəsb edir.

  “Səfirlər böhranı” ötsə də, Türkiyə-Amerika əlaqələrindəki digər problemlər görüş zamanı müzakirə olundu, amma məsələyə bir həll yolu tapılmadı. Söhbətin müsbət abu-havada keçməsi, problemlərin həllilə bağlı ortaya iradə qoyulması Türkiyə-Amerika münasibətlərindəki gərginliyin artmasının qarşısını aldı.

  Əlaqələrdə yeni bir səhifə açmaq üçün gözlənilən ən mühüm müsbət irəliləyiş Türkiyənin ABŞ-dan tələb etdiyi F-16 döyüş təyarələrinin alınması və təhvil-təslim prosesinin Amerika Konqresinin maneəsinə ilişmədən əldə edilməsi məsələsi idi. Ancaq Bayden hökumətinin bu mövzuda vədlərini tam zəmanət hesab etmək olmaz. Çünki bu cür satışlar Amerika Konqresinin təsdiqindən keçməlidir. ABŞ prezidentinin əlindən gələni edəcəyini söyləməsinə baxmayaraq, mütəxəssislər Konqresin bu mövzuya isti yanaşmadığını dilə gətirirlər. F-16-nın alışı ilə əlaqədar iki ölkə bir razılığa gələ bilməzsə, Türkiyə-Amerikaa əlaqələrində müdafiə əməkdaşlığı daha mübahisəli şəklə düşə bilər.

  İki başçı arasında söhbətin digər mövzusu Suriyada ABŞ-ın YPG terror təşkilatına köməyə davam etməsilə bağlı idi. Ərdoğanın "artıq səbrimiz qalmadı" sözləri Türkiyənin yaxınlarda Suriyada hərbi əməliyyatına işarə kimi sayılsa da, hələ görünən gözləmə mövqeyidir.

  Türkiyə prezidenti görüşdən sonra Co Bayden rəhbərliyini yenidən YPG-yə dəstək verməkdə tənqid etdi və bu şəkildə davam etmənin mümkün olmadığını söylədi ki, bu da yaxınlarda Türkiyə-Amerika arasında Suriya mövzusunda razılığa gəlmənin müşkül olduğunu göstərir.

  Ərdoğan-Bayden görüşünün müsbət tərəfləri isə ondan ibarət idi ki, ABŞ prezidenti xüsusilə, Əfqanıstan mövzusunda Türkiyənin icra etdiyi müddətin əhəmiyyətini, Türkiyənin Əfqanıstanda mühüm rol oynaya biləcəyinin vurğuladı. Bundan başqa, Şərqi Aralıq dənizi və Liviya məsələlərində iki ölkənin ortaq çalışacağına da toxunuldu.

  Qısası, ABŞ və Türkiyə arasında iki təməl problem qalır: birincisi, güvən böhranıdır ki, hər iki ölkə bir-birinə qarşı etibar hissini itirib, ikincisi isə təhlükəsizlik məsələsidir, Amerikanın xüsusilə, Suriyada izlədiyi siyasət Türkiyə üçün təhlükəsizlik böhranına səbəb olur. Bu iki böhranı keçmədən bu iki dövlətin birlikdə yeni səhifə açması asan deyil.



Әlaqәli Xәbәrlәr